AŞURA GÜNÜ NƏDƏN XƏBƏR VERİR ? / Zeki ŞAHİN

      Share

      Aşura günü məhərrəmlik ayının onuncu gününə verilən addır. Tarixi qaynaqlarda keçdiyinə görə e. ə. ərəb, israil və fars millətləri tərəfindən, məhərrəm ayının aşura günü müqəddəs qəbul edilirdi. Bu günün dəyərini və müqəddəs oluşunu tarixlər belə nəql edir:

      1. Atamız Adəmin tövbəsinin qəbul edildiyi gün.

      2. Nuh Peyğəmbərin gəmisinin quruya çıxdığı gün.

      3. İbrahim Peyğəmbərin Nəmrudun atəşindən xilas olduğu gün.

      4. Musa Peyğəmbərin qövmünü Fironun şərindən qurtardığı gün.

      5. Yunus Peyğəmbərin balığın qarnından xilas olduğu gün.

      6. Əyyub Peyğəmbərin dərdlərinə şəfa tapdığı gün.

      Bu gün saymaqla qurtarmayacaq qədər qiymətli, bütün peyğəmbərlərin rifaha, qurtuluşa və müvəffəqiyyətə çatdıqları bir gündür. Onun üçündür ki, Nuh peyğəmbər də daxil olmaqla ondan sonra gələn bütün peyğəmbərlər, Hz. Məhəmməd və Hz. Əli də 10 Məhərrəm Aşura günü şükür və sənalarını ifadə edərək, oruc tutmuşlar. Nuh peyğəmbərin qurtuluş şorbası olan aşura yeməyini bişirib fəqir-füqəraya yedirmişlər, ehsanlar vermişlər.

      Aşura günü ediləcək işlər:

       

      1- Aşura günü oruc tutmaq sünnədir. Hədisi-şəriflərdə buyuruldu ki:

      “Aşura günü oruc tutanın bir illik günahları bağışlanar.” (Müslim, Tirmizi, I. Əhməd, Təbərani)

       

      “Aşura günü oruc tutan o il tuta bilmədiyi [nafilə] oruclarının savabına qovuşar.” (Deyləmi)

       

      “Aşura günü bir gün əvvəl, bir gün sonra da tutaraq yəhudilərə müxalif çıxın.” (Əhməd)

       

      Tək Aşura günü oruc tutmaq məkruhdur. Bir gün əvvəli və ya bir gün sonrası ilə tutmaq lazımdır!

      Peyğəmbərimiz bir gün günortaya doğru buyurdu ki:

      “Hər kəsə élan edin! Bu gün bir şey yeyən, axşama qədər yeməsin, oruclu kimi dayansın! Bir şey yeməyən də oruc tutsun! Çünki bu gün Aşura günüdür.” (Buxari, Müslim, Əbu Davud)

       

      Bəzi rəvayətlərdə keçir ki, Peyğəmbərimiz bu gün bir xurmanı mübarək ağızında isladıb uşaqların ağızına verərdi. Uşaqlar Rəsulullahın möcüzəsi olaraq axşama qədər bir şey yeyib içməzdilər.

      2- Sileyi-rəhm etməli. Yəni qohum-əqrəbanı ziyarət edib, hədiyyə ilə və ya müxtəlif yardımlarla könüllərini almaq lazımdır.

      3- Elm öyrənməli!

       

      4- Sədəqə vermək sünnədir, ibadətdir.

       

      6- Uşaqları sevindirməli! Hədisi-şərifdə: “Aşura günü, ailə əfradının nəfəqəsini bol edənin, bütün il nəfəqəsi bol olar.” buyuruldu. (Beyhəqi)

       

      Görüldüyü kimi Aşura gününün İslam dünyasında özünəxas yeri və dəyəri vardır. Bu günün müsəlmanların qəlbində yaşamasının ən başlıca səbəblərindən biri də Peyğəmbərimiz Həzrət Məhəmmədin ciyərparası, cənnət gənclərinin rəhbəri Həzrət Hüseynin şəhid edilməsidir. Hz. Hüseyn zülmlə mübarizə apararaq İslam adına yaddaşlarda həkk olacaq qəhrəmanlıqla dövrün zalımlarına qarşı sonuna qədər dirənərək yer üzündə ədalət naminə çarpışmağın simvoluna çevrildi. Bu gündə şəhid edilərək canını İslam uğrunda, Allah və Rəsulu yolunda fəda etdi. Aşura dedikdə hər bir müsəlmanın gözü önündə Hz. Hüseyn, Hz. Hüseyn dedikdə isə Aşura günü canlanır. Bu mübarək gündə şəhidlərin rəhbəri, cənnət gənclərinin əfəndisi Həzrət Hüseyni çox yad etməli, onun yolunu  öyrənməli, gənclərə öyrətməliyik. Aşura günü həm də bir İmam Hüseyn məktəbidir. Hansı ki, o məktəbdə iman, saleh əməl, mərdlik, cəngavərlik, comərdlik, namus öyrədilir. Elə bir məktəb ki, hər bir müsəlmanın baş tacı olan İmam Hüseyn əxlaqını bütün ümmətə nümunə göstərir.  

      • Hits: 1007 clicks

      Tecox component by www.teglo.info