Akif Hüseyinli / Orqan və ya toxumaların transplantasiyası

      Share

      İnsan orqan və toxumalarının transplantasiyası – insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üчün cərrahiyyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqan və ya toxumaların donorun və ya insan meyitinin orqan və ya toxumaları ilə əvəz edilməsidir. Məlum olduğu kimi müasir elmi nailiyyətlərə və tibbi təcrübəyə əsaslanan orqan transplantasiyası (köчürülməsi) məsələsi son dövrlərdə meydana чıxmış məsələlərdən biridir. Belə ki, XVI əsrdə təməli qoyulmaqla, get-gedə inkişaf etdirilmiş və XIX əsrdə orqan və toxumaların transplantasiyasına başlanmışdır. 

      İlkin mərhələdə dəri, damar və əzələnin köчürülməsi ilə başlayan cərrahiyyə əməliyyatı daha sonra inkişaf etdirilərək ürək, ağ ciyər (ürək-ağ ciyər kompleksi), böyrəklər, qara ciyər, mədəaltı vəzi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və digər orqan və toxumalar transplantasiyanın obyekti olmuşdur. Beləliklə, XX əsrin ikinci yarısından etibarən müsbət nəticələrə nail olunmuş və zəmanəmizdə ölümcül xəstəliyə tutulan minlərlə insan üчün ümid işığı və həyat mənbəyi olmuşdur.  

      İslam alimləri və orqan transplantsiyasına icazə verən digər dini qurumlar[1] ümumiyyətlə zərurət qarşısında qalan müsəlmanın haram olan bir şeyi etməsinə, dinin təmiz saymadığı və qadağan etdiyi hər hansı bir şeylə müalicə olunmasına icazə verən ayə və hədisləri, eləcə də bunlardan чıxarılaraq ortaya qoyulan fiqhi qaydaları və ictihadları dəlil kimi irəli sürmüşlər. Belə ki, onlar ilk növbədə “Bəqərə” surəsinin 173-cü ayəsini dəlil gətirmişlər. Uca Allah həmin ayədə belə buyurur: “O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir. Lakin naəlac qaldıqda (başqasının malını) zorla mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə qədər, yəni ölməyəcək qədər) bunlardan yeməyə məcbur olan kimsənin heч bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!”[2] Bundan əlavə “Maidə” surəsinin 32-ci, yəni “...Kim bir insanı ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar...” ayəsini dəlil kimi irəli sürmüşlər.  

      Odur ki, müasir İslam alimləri və digər müvafiq dini qurumlara görə, meyitdən orqan və ya toxumaların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır:

       

      1.    Zərurət qarşısında olmalıdır; (Transplantasiyanın zəruriliyi barədə tibbi qərar müvafiq tibb müəssisəsində müalicə həkimi, cərrah, anestezioloq və lazım gələrsə, digər mütəxəssislərdən təşkil olunmuş komissiya tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qəbul edilir).

      2.    Mütəxəssis-həkimlər tərəfindən resipiyentin (müalicə məqsədi ilə orqan və ya toxumalar köчürülən şəxsin) həmin transplantasiya nəticəsində sağalmasının mümkünlüyü barədə rəy olmalıdır;

      3.    Şəxs sağlığında donorluğa razılıq bildirməli, eləcə də ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi olmalıdır;

      4.    Meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və ya toxumaların götürülməsi yalnız həkim konsiliumu tərəfindən bioloji ölümün baş verməsini və baş-beyin fəaliyyətinin tam dayanmasını (beyin ölümünü) təsdiq edən inkaredilməz faktın olmasından sonra həyata keчirilməlidir;

      5.    Orqan və ya toxumalar hər hansı əvəz və ya mənfəət müqabilində verilməməlidir;

      6.    Transplantasiya yalnız resipiyentin (müalicə məqsədi ilə orqan və ya toxumalar köчürülən şəxsin) razılığı əsasında həyata keчirilməlidir.

      Yaşayan donordan (öz orqan və ya toxumalarını xəstə şəxslərə köчürmək üчün könüllü olaraq verən şəxsdən) orqan və ya toxumalarının transplantasıyasına gəldikdə, müasir islam alimləri və digər bir sıra dini qurumlar[3] müəyyən şərtlərə əməl etməklə buna da icazə vermişlər. Belə ki, onlara görə, donordan orqan və ya toxumaların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır:

      1.    Zərurət qarşısında olmalıdır;

      2.    Donor kənar təsirlər olmadan orqan və ya toxumaların götürülməsinə öz razılığını bildirməlidir;

      3.    Donorun hərtərəfli tibbi müayinədən keчməsi və mütəxəssis-həkimlər tərəfindən ondan orqan və ya toxumaların götürülməsinin mümkünlüyü barədə rəy olmalıdır. Bundan əlavə, resipiyentin sağlamlığı üчün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan və ya toxumaların götürülməsinə yol verilməməlidir;

      4.    Mütəxəssis-həkimlər tərəfindən resipiyentin həmin transplantasiya nəticəsində sağalmasının mümkünlüyü barədə rəy olmalıdır;

      5.    Transplantasiya üчün nəzərdə tutulan bütün imkanlar – həm tibbi, həm də texniki olmaqla, kifayət qədər mövcud olmalıdır;

      6.    Orqan və ya toxumalar hər hansı əvəz və ya mənfəət müqabilində verilməməlidir.

      Onu da qeyd etmək lazımdır ki, İslam alimləri orqan və ya toxumaların transplantasiyasına verilən fətvanın dəlili kimi xüsusilə iki ayəni qeyd etmişlər. Birincisi: “...Kim bir insanı ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar...” (“Maidə” surəsi, 5/32 ). İkincisi isə: “...Yaxşılıq etməkdə və Allahdan qorxmaqda (pis əməllərdən чəkinməkdə) bir-birinizə yardım edin (əlbir olun)...” (Maidə surəsi, 5/2).


      [1] Bax. Diyanət İşləri Başqanlığı Din İşləri Yüksək Qurulu 1980-ci il tarixdə 396/13 nömrəli qərarlar; İslam Konfransı Təşkilatının nəzdində olan İslam Fiqh Akademiyası 1988-ci il tarixdə 4/1 saylı qərarda fətva vermişlər.

      [2] Eyni məzmunlu ayə və hədislər üчün bax. Maidə, 5/3; Ənam, 6/119, 145; Əbu Davud, Ətimə, 31.

      [3] Din İşləri Dövlət Qurumuna bağlı Küveyt Fitva Komissiyasının 1979-cu il tarixdə 132/79 saylı qərarında Səudiyyə Ərəbistandakı Dünya İslam Birliyinə bağlı Fiqh Akademiyasının 1985-ci il tarixdə Məkkədə keчirilən VIII Rüb Yığıncağında qəbul edilən qərarlarda və İslam Konfransı Təşkilatına bağlı İslam Fiqh Akademiyasının 1988-ci il tarixdə 4/1 saılı, eləcə də 1990-cı il tarixdə 6/58 saylı qərarlarında yaşayan donordan orqan və ya toxumaların transplantasiyası müəyyən şərtlərlə caiz hesab olunmuşdur.

       

      • Hits: 637 clicks

      Tecox component by www.teglo.info