Hasan Enes ÜNLÜ / MƏN KİMƏM

      Share

      (Bu yazı Qarabağ şəhidlərinə

      və türk millətinin bütün şəhidlərinə ithafən qələmə alınmışdır)

      Ey Türk Gəncliyi!

      İlk vəzifən,Türk istiqlalını, Türk Cümhuriyyətini əbədi olaraq mühafizə və müdafiə etməkdir. Mövcudluğunun və gələcəyinin yeganə təməli budur. Bu təməl sənin ən qiymətli xəzinəndir.

      Universitetə gəldiyim ilk il idi. Demək olar ki, eyni başlıqdan istifadə etmişdim. Bir seminar dərsindəydik. Müəllimimiz hər kəsin kağız, qələm çıxarmasını, sərbəst və fərqli mövzularda inşa yazmamızı istədi. Müəllimimizin bu sözlərini eşidənlər başını önünə əyib dərhal yazmağa başladılar. Mən və bir neçə yoldaşım isə ətrafa baxırdıq, sanki heç yazı yaza bilmirdik..

      O zamanlar TRT-nin  Azərbaycantəmsilçisi Abdulhamid Avşarın “Azərbaycan Yazıları” adlı kitabını oxuyurdum. Kitabda keçən bir bölümdən ilham alaraq yazıma başlamaq istədim. Öz-özümə danışa-danışa yazımı tamamladım və müəllimimizə təqdim etdim. Aradan bir həftə keçdikdən sonra yenə eyni müəllimin dərsindəydik. Müəllim yazılarımızı oxumuş, qiymətləndirmişdi. Qeydləri açıqlamaq, təkliflərini və tənqidlərini etmək üçün sinfin sakitləşməsini gözləyirdi. Müəllimimizin bizi gözlədiyini anlayan yoldaşlarım isə birdən susdular. Sinifdə sanki fırtınadan əvvəlki səssizlik hökm sürürdü. Bu tapşırıq bəzilərimiz üçün ilk inşa idi və bir mütəxəssisin bu yazıları qiymətləndirməsi bizi istər-istəməz həyəcanlandırmışdı. Müəllim bir-bir adları çəkib, qeyd etdiklərini dilə gətirirdi. Adı çəkilən hər kəs 7-8 bal almışdı.

      Qəflətən addımın çəkilməsiylə xəyallarımdan ayrıldım və diksinərək ayağa qalxdım. Müəllimimiz balımın 9 olduğunu dedikdə sinifdən “o o o!!!” səsləri yüksəldi. Mən də çoxbilmiş ədasıyıa yerimə oturdum.

      Aradan 3 il keçdi və yenə eyni mövzu haqqında yazmaq istəyirəm. O gün bəlkə bir səbəbi olmadan yalnız yazmaq məcburiyyətində qaldığım üçün qaraladığım bu boş səhifəni indi bir səbəbə əsasən qaralamaq, doldurmaq istəyirəm. Sözü çox da uzatmadan sizə səbəbimi də açıqlayım. Facebook adlı sosial-şəbəkə saytında, həmçinin bir çox yerdə bir şəklə rast gəldim. Çox təəssüf ki, həmin şəkil bəzi yoldaşlarımın profillərində də qürurla sərgilənir. Logonun üstündə yazanlar isə həqiqətən tükürpədicidir. “Hrant 4 ildir aramızda yoxdur, hamımız Hrant Dinkik”. Bu cümləni yazdıqda sözün daha da narahatedici olduğunu anladım.

      Hrant Dink bir sui-qəsd nəticəsində həyatını itirdi və hər cinayət kimi bu da lənətlənməli idi. Etnik mənşə, inanc, düşüncə fərqi belə bir hadisənin əhəmiyyətini azalda bilməzdi. Lakin Türkiyəmizdə hadisəyə göstəriləcək reaksiya belə olmalı idi? Və bu reaksiya, bu nümayişlər hər il təkrarlanmalı idimi? Hələ şüara baxın! Necə yəni “hamımız erməniyik”.

      Ey ulu türk insanı, 20 Yanvarı necə unuda bilərsən, Xocalını, Qarabağı və ya Hatayda yolda şəhid edilən polislərimizi, əsgərlərimizi necə unuda bilərsən?

      Hər kəs erməni oldu. Səbəb isə bir jurnalistin qətl edilməsi. Niyə onların işlədiyi cinayətlərdən sonra heç kim Əhməd, Məmməd, Aişə, Zeynəb olmur. Niyə aradan illər keçdikdən sonra “mən Xocalıda şəhid edilən, qətlə yetirilən filankəsəm” deyə Facebook profilində o insanın şəkilini paylaşan yoxdur?

      Bu çox böyük biyabırçılıqdır. Biz niyə öz insanımızın arxasında dayanmırıq. Niyə onların həyatlarını sərgiləməyib gözlərdən, ağıllardan uzaqlaşdırılmasına icazə veririk. Niyə onların necə öldüklərini unuduruq, unutdururuq.

      Bəli, biz böyük imperatorluq quran bir millətik və bu gün yaşayanlar da bu ulu imperatorluğun övladları, nəvələridir. Hər zaman cəmiyyətimizdə fərqli millətlər, fərqli inanclar olub və biz onlara həmişə hörmətlə yanaşmışıq. Rahatlıqla aramızda yaşayıblar. Bu gün də onlara heç bir ayrı-seçkilik etmirik. Hətta etmək istəyənlərə də imkan vermirik. Başqa millətə mənsubdur deyə onlara nifrət etmirik, etmərik də.

      Lütfən, öz insanımıza, öz millətimizə, öz şəhidlərimizə sahib çıxaq. Onları yad edək. Onları qoruyub, xatırlayaq. Ölümlərinin ildönümündə şəkillərini nümayiş etdirək. Adlarını zikr edərək onları ölümsüzləşdirək. Bizdən olmayan bəzilərini, düşmənimiz sayılan insanları gündəmə gətirməyək.

      Heç kim inciməsin, mən türkəm. Ey “hamımız erməniyik” deyənlər, sizi bilmirəm, amma mən türkəm. Türk oğlu türk. Türk olaraq yaşayacaq və türk olaraq da öləcəyik. 

      • Hits: 629 clicks

      Tecox component by www.teglo.info