Eldar Kərimov / ÜRƏKLİ OL!

      Share

      Əgər buna yaşamaq deyirsənsə, yanılırsan. Həyat belə yaşanılmır. Bolluqlar içərisində yoxluqları hiss edirsənsə, deməli bu yaşamaqdan çox sürünməyin təzahürüdür. Boynubükük bənövşə kimi ayaqlar altında əzilməyi özünə rəva görürsənsə, daima dikəlmədən yaşayacaqsan. Özünü başqalarının yanında kiçik görmək heç bir zaman yüksəlməyəcəyindən xəbər verir. Gəlib-gedən başından vurub əlindən alacaq və yoxluqlar içərisində məhv olacaqsan. Və bunun adını həyat qoyub özünə və cəmiyyətə fayda vermədən yaşayacaqsan.

      Sən heç kimdən, heç bir sahədə arxada ola bilməzsən axı. İnsanlar arasında qərib bir varlıq kimi dolaşmaqdan əl çək artıq. Onların səndən heç bir artıq xüsuslarının olmadığının fərqinə var. Uca Yaradan tərəfindən böyük keyfiyyətlərə sahib bir şəkildə yaradılan bir insansan sən. Özünün qiymətini bil.

      Bəli, öz dəyrini bilməyən insan! Günlərin bir günü “Mənimlə müsahibə etmək istəyirsən?” deyə soruşdu Həyat. “Vaxtın varmı?” -deyə soruşdum. Gülümsədi. “Mənim zamanım Sonsuzduz” - dedi Həyat. “Nə suallar var ürəyində?” “İnsanlarla əlaqədar ən çox nəyə təəccüblənirsən?” -deyə soruşdum. Həyat cavab verdi:  “Uşaqlıqdan sıxılıb böyümək üçün tələsirlər, sonra yenə uşaq olmağın həsrətini çəkirlər. Pul qazanmaq üçün sağlamlıqlarını itirirlər, sonra sağlamlıqlarını qazanmaq üçün pullarını itirirlər. Gələcəklə əlaqədar maraqlandıqları üçün indini unudurlar. Sonra da nə indini, nə gələcəyi yaşaya bilirlər. Təcrübə yaxşı bir müəllimdir deyirlər, amma təcrübənin əvəzini ödəmək istəmirlər. Həyatlarını qazanmaq üçün təhsil alırlar, amma həyat ustası olmağı bilmirlər. Ona görə də, heç ölməyəcəkmiş kimi yaşayırlar, heç yaşamamış kimi ölürlər.” Həyat əlimi tutdu. Bir müddət səssiz qaldıq. Dərin bir nəfəs aldım. Ona, insanların nələri öyrənməklərini istədiyini soruşdum. Həyat cavabladı. “Heç kimi səni sevməyə məcbur edə bilməyəcəyini, edə biləcəyin tək şeyin səni sevmələrinə icazə verməyini istərdim. Bağışlamanın bağışlayaraq öyrənilə biləcəyini bilməyini istəyərdim. Başqalarıyla özlərini müqayisə edərək özlərini öyrənmələrini istəyərdim. İki insanın eyni şeyə baxıb fərqli şeyləri görə biləcəyini öyrənmələrini istəyərdim”. “Zəngin insanın ən çox şeyə sahib olan deyil, ən az şeyə ehtiyac duyan insan olduğunu öyrənmələrini istərdim. Bir mehriban ürəyi dərindən yaralamağın bir anda olduğunu, amma yaxşılaşdırmağın çox uzun sürdüyünü öyrənmələrini istərdim. Səni sevən insanların duyğularını necə ifadə edə biləcəklərini bilmədikləri üçün səni sevmədiklərini sanmaq yerinə onların sevgisini hiss etməyi öyrənməni  istəyərdim.” Həyat dərin bir nəfəs verdi. Həyatın nəfəsi sözlərə çevrildi. “Söylədiklərimi ürəyinə qeyd et” dedi. Söylədiyi cümləni ürəyimə qeyd etdim. “Başqalarını bağışlamaq yetərli deyil, özünü də bağışlamağı öyrən.” Ürəyim quş kimi yüngülləşmişdi. “Son bir sual da verirəm” -dedim. “Məndən nə istəyirsən?” Bütün otağı ağ bir işıq bürüdü və Həyat cavabladı. “Sənin özün olmağını istəyirəm, yoxsa başqası olardın. Sənə bu gün ehtiyacım olduğunu bil, yoxsa bu gün mənimlə olmazdın. Öz bənzərsizliyini və təkrarolunmazlığını bil. Belə fikirləş: Mən özümü təkrar etməyəcək qədər yaradıcı və zənginəm. Və həqiqətən tək qiymətli olanam. Dəyərini bil. “

                  Nəhayət məşhur filosof Fredrix Nişenin sözləriylə desək: Gedənə qal deməyəcəksən. Gedənə qal demək - yazıqlara, dönməyənə dön demək- acizlərə, layiq olana get demək güclülərə yaraşar. Heç kimə layiq olmadığından artıq dəyər vermə, yoxsa dəyərsiz olan sən olarsan.

      Düşün. Kim incidə bilər səni, səndən başqa? Kim doldura bilər içindəki boşluğu, sən istəməsən? Kim xoşbəxt edə bilər səni, əgər sən hazır deyilsənsə? Kim sevər səni, sən özün-özünü sevməsən? Hər şey səndə başlayıb, səndə qurtarır... Yetər ki, ürəkli ol! Tükənmə, tükətmə, tükətdirmə içindəki yaşamaq sevgisini...

      Ya Çarə SənSən, Ya Da ÇarəsizSən...

      Dənizləri sevirsənsə, dalğaları da sevəcəksən!

      Sevilmək istəyirsənsə, əvvəlcə sevməyi biləcəksən!

      Uçmağı bilirsənsə, yerə düşməyi də biləcəksən!

      Qorxaraq yaşayırsansa həyatı , yalnız seyr edəcəksən!

      • Hits: 804 clicks

      Tecox component by www.teglo.info