Adəm Şahin / ZƏİFLƏRİN YARDIMI

      Share

                 ŞƏKİL-1:

      TİMSAH: Biz timsahlar heç vaxt qarnımız toxkən hansısa bir canlıya hücum etmərik. Xidmət edənə xidmət göstərmək, onu qorumaq lazımdır. Cani olsaq da, o qədər də vəfasız deyilik. Dişlərimizin arasında qalan artıqları yeyən quşlara toxunmuruq.

      QUŞ: Uşaqlar daş ilə, böyüklər silahla məni hədəf alırlar. İnsanlar mənim bir tikə ətimdən nə istəyirlər ki? Qarınları acdır desəm, belə deyil. Keflərindən öldürürlər məni. Quşları zövq üçün öldürənlər qarnı toxkən heç bir canlıya qıymayan timsahlardan utanmalıdırlar. İnsanların əlindəki dəni yeməkdənsə, timsahın ağzının içindəki artıqları yemək daha təhlükəsizdir.

      İNSAN: Timsahın yerində olsaydım, ləzzətlə yeyərdim quşları. Bu timsah bir az axmaqdır, hər halda?

       

      ŞƏKİL-2:

      TİMSAH: Bir neçə gündür ac-yalavac üzürdüm. Bunu bir öldürə bilsəm, bir neçə gün bəs edər mənə. Xortumundan bərk yapışım.

      ANA FİL: Beş-on vedrə su içməyə gəldik, başımıza gələnə bax.

      BALA FİL: Aman Allahım, anama heç nə olmasın!

      ŞƏKİL-3:

      TİMSAH: Səni bu suya sala bisəm, işin bitdi. Ay fil, dişlərimdən xilas ola bilməyəcəksən.

      ANA FİL: Hər kəs öz bölgəsində güclüdür. Bu timsah məni suya salsa, işim bitəcək. O zaman əlvida dünya həyatı!  

      BALA FİL: Mən nə edə bilərəm ki? Gücüm çatar görəsən? Kaş, böyük olaydım, anama kömək edə biləydim…

       

      ŞƏKİL-4:

      TİMSAH: Hər xoruz öz zibilliyində banlayar, deyirlər. Bu fil məni öz sahəsinə çəkdi. Mübarizəyə davam etməliyəm.

      ANA FİL: Şükür Allaha! Ey timsah, sənin ayaqqabı, çanta olmuş halını görmək istəyərdim. Səni öldürüb dərindən istifadə edən insanlar min yaşasın!

      BALA FİL: Nə olacaq indi? Anama bir şey olsa, mən nə edərəm?

      ŞƏKİL-5

      BALA FİL: Ey timsah! Bəlkə üüstünə atılarkən sənə olan qəzəbim və anama olan sevgim də fiziki ağırlığıma əlavə oldu. Mənim ağırlığıma tab gətirəcək halın qalmayınca, anamın xortumunu buraxdın.

      TİMSAH: Ac qaldıq! Hardan çıxdı bu bala fil? “Sürüdən ayrılan fili timsah qapar.” atalar sözünü çox sevirəm. Bundan sonra mən yalnızlığı sevən filləri seçməliyəm.

      ANA FİL: Xilas olduq, çox şükür! Ey Timsah, indi sənin üçün peşmanlıq göz yaşları tökmək vaxtıdır.

      İNSAN: Ey fil! Xilas oldun deyə sevinmə. O gözəl dişlərini sökmək istəyirəm. Ona görə də səni öldürməliyəm.

      Ey timsah, darıxma! Ayaqqabı, çanta olmaq üçün sənə də növbə çatacaq.

      NƏTİCƏ:

      “Uşaqlarda güc ayaqda, gənclərdə beldə, ixtiyarlarda dildə olur” deyirlər. Uşaq yaşda deyə biləcəyimiz bala fil fiziki ağırlığı və ayaq zərbələri ilə anasını ölümdən xilas etmişdir. Qadınlar, uşaqlar və yaşlıların da çətin zamanlarda edə biləcəkləri kömək hər zaman vardır. Nəmrudun bir ağcaqanad tərəfindən öldürülməsi və hicrət əsnasında mağaraya sığınan Hz. Peyğəmbər (s.ə.s) və dostu Hz. Əbu Bəkrin göyərçin və hörümçək toru tərəfindən qorunması zəif və gücsüz kəlmələri üzərində bizi təkrar düşündürməlidir. Zəif, gücsüz və qərib insanların xeyir duası fil balasının timsahın üstünə atılması kimi təsirli olaraq nicata vəsilə olar. Bu hal zülmə məruz qalanların qarğışı üçün də keçərlidir. Məzlumun qarğışı neçə-neçə güclü və qüvvətli insanların həlak olmasına kifayət edər, hətta artıqlaması ilə.

      • Hits: 816 clicks

      Tecox component by www.teglo.info