Hasan Enes ÜNLÜ / Haradan Hara

      Share

      Ekranların fenomen serialı, səkkiz ildir tamaşaçıların maraqla gözlədiyi, cümə axşamı günü ilə eyniləşən Kurtlar Vadisi Pusu. Türkiyədə reytinq rekordları vuran bu serial qardaş ölkə Azərbaycanda da bir xeyli tamaşaçı kütləsinə sahibdir.

                  Yenə güllələrin arasından keçərək hədəfinə çatan Polad Aləmdar eyni üz ifadəsi ilə daha bir sezonu geridə qoydu. Hər kəsin üzündə yenə eyni ifadə: Ən maraqlı yerində bitərmi?..

                  Serialın bir sezonu da sona çatdı və biz hər zamanki kimi şərh etməyə başladıq. Mübahisə  edə-edə edə otağımıza yollanarkən yan otaqdan bir nəfər səsimizdən narahat halda bizə xəbərdarlıq etmək üçün isti yatağından qalxmaq məcburiyyətində qalaraq çölə çıxdı. Onun dediklərinə fikir vermədən otağımıza girdik və qaranlıq otağı işıqlandırmaq üçün işığı yandırdıq. Bir az daha yüksək səslə danışmağa başladıq. Elə çığır-bağır salmışdıq ki,sanki yerin-göyün sahibi bizdik. Kurtlar Vadisi ilə uzaqdan-yaxından əlaqəsi olmayan, erkən yatıb, gecə ibadət edə bilmək üçün qalxmağa çalışan yoldaşımız qorxmuş halda ağlayaraq qəflətən yuxudan sıçrayaraq oyandı. Üzünün o ankı ifadəsini görsəydiniz, sanki qorxulu bir mənzərə qarşıısnda qaldığını hiss edərdinix. Biz isə onun bu halına heç diqqət etmədən davam etdik Türkiyəni qurtaran adamı, Fələstini və İraqı qurtaran insanı müzakir etməyə.

                  Yuxudan oyanmasına səbəb olduğumuz yoldaşımız isə əsəbi bir şəkildə otaqda çıxdı. Aradan iki gün keçdikdən sonra, o gecə ibadət etmək üçün qurduğu saatın səsinə oyana bilmədiyini, beləliklə də təhəccüd namazını qıla bilmədiyini, Rəbbinin hüzurunda o gecə səcdə etməkdən məhrum olduğunu, həmin gün universitetə gedə bilmədiyini, bütün gününün pis keçdiyini və s. kimi hadisələr yaşadığını öyrəndim. Çox peşman oldum, amma iş-işdən keçmişdi artıq. Onun haqqına girmişdim və necə halallıq alacağımı bilmirdim. Etdiyimiz hərəkət həqiqətən də böyük haqsızlıq idi. O insanın ibadətinə mane olmuş və bütün bir gününün pis keçməsinə səbəb olmuşduq.

                  Halbuki 3 qitəyə hökm edən Osmanlı Dövləti zamanında belə idimi...

      Məkanı cənnət olsun, Osmanlı padşahlarından Sultan II Abdulhəmid Xan zamanında Hicaz Dəmiryolunun inşası zamanı iş Mədineyi-Münəvvərənin 20 kmlik yaxınlığına gəldikdə Peyğəmbərimiz narahat olmasın deyə Mədinənin mərkəzinə qədər relslərə keçə döşədilmiş və qatarın relslər üzərindən keçməsi nəticəsində çıxacaq səslər əngəllənmişdi.

      Dövlətini daha da böyütmək üçün digər dövlətlərə diz çökdürən Sultan Süleymanın həssas davranışı da çox ibrətlidir.

      Bir gün Qanuni Sultan Süleyman sarayın bağçasında armud ağaclarını qurudan qarışqaların öldürülməsi üçün Şeyxülislam Əbussuud Əfəndidən aşağıdakı beytlə fətva istəmiş:

      Dırahta gər ziyan etsə qarınca

      Zərəri vardırmı anı qırınca?

      Padşahın bu fətva tələbi üzərinə, Əbussuud Əfəndi də, bir beytlə belə cavab vermişdi:

      Yarın Haqqın divanına varınca;

      Süleymandan haqqın alır qarınca!.

      Bir qarışqanı belə incitməkdən çəkinəcək qədər mükəmməl bir mənəvi tərbiyədən keçmiş olan Qanuni Sultan Süleyman Xan həm dahi bir komandan, çox ağıllı, təşkilatçı bir dövlət xadimi, eyni zamanda da alim və ədib şəxsiyyət idi.

      Bir yazar əsrlər sonra bu hadisəni belə ifadə edir. Torpağın üzərindəki qarışqaları əzməmək üçün nağıllarda nəleyinlərinə zınqırov taxaraq gəzən adamlar kimi nəzakətli qəlbləri ilə incəliklərin fərqində olduğu üçün ərzin səthində basacaq yer tapa bilməyən fərdlər, belə könüllər, belə cəmiyyətlər deyir.

      Məhz belə bir nəzakət və fəzilətlər mədəniyyətinin övladlarıyıq, nəvələriyik. Əcəba, onlar bu qədər incə düşüncəyə sahibkən biz niyə bu haldayıq. Bizə ötürülən mirasa bu cür sahib olmaqdan  heç utanmırıqmı?! Ürək qırmaqdan qorxan, bir insanın haqqına girməkdən, hətta insandan da kənar bir həşəratı belə incitməkdən çəkinən ataların belə nəvələri olduğumuz üçün şəxsən mən öz adıma utanc hiss edirəm. Allah bizə də atalarımızın əxlaqına sahib olmamızı nəsib etsin. AMİN…

      • Hits: 846 clicks

      Tecox component by www.teglo.info