İsmayil Vəliyev / Hədəf Seçmək

      Share

      Hədəf seçmək uğur üçün ən önəmli addımlardan biridir. Hədəfi olmayan insan dənizdəki yelkənsiz gəmi kimidir. Onun istiqamətini, çatacağı yeri təyin edənsə kənar faktorlardır. Öz hədəfi olmayan bir adam təbii ki, başqalarının, yəni hədəfi olanların hədəflərini reallaşdırmaq üçün çalışacaq. Hədəf seçmək sadəcə nəyisə arzulamaq, istəmək deyil. Hədəf seçməyin də müəyyən üsulları var.  Əsil hədəf necə olmalıdır? 

      1.                      Hədəf hər şeydən öncə yazılı olmalıdır.

      2.                      Bu seçdiyin hədəfə nə vaxt çatacağını təyin etməli, özün üçün son tarix qoymalısan.

      3.                      Bu hədəfinə  çatmaq üçün kimlərin, hansı qurumların, təşkilatların köməyinə, əməkdaşlağına ehtiyacın olacaqsa onları yazmalısan.

      4.                      Bu hədəfi reallaşdırmaq üçün yiyələnməli olduğun vərdişləri, istedadları və bilgiləri yazmalısan.

      5.                      Qəlbində bu hədəfə çatmaq üçün şiddətli bir arzu olmalıdır.

      6.                       Secdiyin bu hədəfə çatacağına özünü inandırmalısan. Nə olursa-olsun vaz keçməyəcəyinə söz verməlisən.

      7.                      Hər hədəfin bir əvəzi olduğunu və bu tələb olunan əvəz ödənmədən istəyini də əldə edə bilməyəciyini daim ağlında saxlamalısan.

      8.                      Hər tək gün səni hədəfinə doğru aparan nələrsə etməlisən. İstirahət və ya fasilələr də olmalıdır amma çox uzun müddətli olmamalıdır ki, hədəfinlə arandakı bağ qopmasın.

      9.                      Bu hədəfi əldə etməyi nəyə görə istədiyini ətraflı şəkildə yazmalısan. Kifayət qədər “niyəsi” olana “necə” də özünü göstərəcəkdir.

      10.                  Hədəfinə çatacağın vaxt həyatının necə olacağı, ətrafında kimlərin olacağı, necə yeriyib, davranıb, necə hərəkət edəcəyini yazmalısan.

      11.                  Hər gün özünü hədəfinə çatmış olaraq zehnində canlandırmalı, o an hədəfini əldə etdiyini tam əldə edəcəyi anda necə hiss edəcəksə o cür hiss etməlisən.

      12.                  Hədəf seçərkən önəmli olan başqa bir xüsus da böyük düşünməkdir. Böyük düşünməli, ətrafdakıların reaksiyasına önəm vermədən ürəyinin arzusu nədirsə onun üçün çalışmalı və lazım olanları etdikdən sonra vaxtı gələndə o hədəfini əldə edəcəyini unutmamalısan.

      13.                  Daha öncə bu və ya bənzər hədəflərə çatmış insanları tapıb onlarla söhbət etmək və ya onların həyat hekayələrini oxumaq da hədəfinə çatmaq üçün dəyərli fikirlərə yiyələnməyinə kömək edəcək.

      14.                  Başladığın yeri təyin etmək də nə qədər ilərilədiyini ölçə bilmək üçün önəmli bir addımdır. Nə qədər irəlilədiyini görməksə əlavə həvəsləndirici bir vasitədir.

      15.                  Özünü mükafatlandır. Hədəfini bəlli vaxtlara görə hissələrə ayır və hər hissəni tamamladıqda özünü mükafatlandır. Bu hədəf səni istiqamətli yaşamağa həvəsləndirəcək və zehninin kənar faktorlar tərəfindən başqa istiqamətlərə yönəlməsinin qarşısını almağa kömək edəcək.

      16.                  Gündəlik danışığında kəlmələri diqqətli seç. Heç vaxt edə bilməyəcəm, olmayacaq, alınmayacaq kimi zəiflədici sözlərdən istifadə etmə. Əksinə, bunu edəcəyəm, qalib olacağam və s. kimi gücləndirici sözlərlə danışmağa vərdiş et.

      Bütün bu yuxarıda göstərilənləri etmək sənə gələcəyin haqqında daha dəqiq bir görüşə və həyatdan nə istədiyinə dair daha konkret fikrə sahib olmağına kömək edəcək.

      Hər hədəfi seçərkən və onu əldə edəcəyini xəyal edərkən hər şey çox cazibədar görsənir. Amma işə başlayanda bunun əksi də çox olur. Çıxdığın yöldan dönməmək və sonuna qədəq gedib istədiyinə nail olmaq üçün bir şeyi unutmamaq lazımdır. O da hədəfinə doğru gedərkən, bu uğurda çalışarkən böyük çətinliklərlə üçləşəcəyin, uğursuzluqlara düçar olacağın, aldadılma, rədd edilmə, tək qalma, nsanların razılaşmaması,  hətta gülüb, istehza etmələri, aclıq və başqa bir çox problem və çətinliklərlə üzləşəcəyini əvvəlcədən qəbul edib və bunlara baxmayaraq sonuna qədər  nə olursa-olsun mübarizə aparacağına dair özünə söz  vermək və bu sözünə də sadiq qalmaqdır.

      İnsanı kənar faktorların təsirindən əlavə olaraq özü də çox vaxt əngəlləyir. Bu ən çox insanın öz-özü ilə danışması nəticəsində baş verir. Hər hansı bir hədəf üçün çalışarkən müəyyən çətinliklərlə üzləşəndə insanın zəif tərəfi ona “bu çətindir, olmayacaq, sən bunu edə bilməzsən” və bənzər məsləhətlər edir və bu da adətən insanın yorğun, həvəsini itirdiyi, uğurlu nəticədən şübhəyə düşdüyü anlarda olur. Bu da öz növbəsində həmin şəxsi zəiflədir, yalançı məsləhətlərə daha tez inanıb məğlubiyyəti qəbul etməsinə səbəb olur.

      Bu təhlükəyə düşməmək və həyatdan istədiyini almaq üçün daim xatırlamaq lazımdır ki; çətinlik, problemlər, istənməyən, arzuolunmayan hallar daim olur və bu hər insanın həyatında davamlı olaraq yaşadığı şeylərdir. Demək önəmli olan bunlarsız bir həyatın olması deyil, bütün bunlara necə münasibət göstərmək, düzgün seçım etməkdir.

       

      • Hits: 670 clicks

      Tecox component by www.teglo.info