Zəki ŞAHİN /ƏDƏBƏ RİAYƏT

      Share

      Məscidlər din və sosial həyatın vazkeçilməz məkanlarındandır. İslam mənsublarını birləşdirən mərkəz məscidlərdir. Bu müqəddəs yerlərdə məqsədlər, duyğu və düşüncələr birləşir. Dualar aminlərə qarışır, əllər səmaya, qəlblər Rəhmana açılır. Qullar səcdədə olarkən ruhlar ülviləşir.

      Bütün bunları nəzərə alaraq müsəlmanların məscidə gedərkən bəzi şərtlərə riayət etməsi əsas götürülür. Allah-Təala Qurani-Kərimdə: “Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!” (əl-Əraf, 31) Bu ayədən də başa düşdüyümüz kimi məscidlərə gedərkən Allahın hüzuruna çıxdığımızın fərqində olaraq təmiz və gözəl paltarlarımızı geyməli, bütün ədəb qaydalarına riayət etməliyik. Bu ədəb qaydalarının bir neçəsini aşağıda sıralayacağıq:

      ·         Məscidə sağ ayaqla girib, sol ayaqla çıxmaq

      ·         Qabaq cərgələrə keçmək üçün başqalarına əziyyət verməməlidir.

      ·         Məsciddə camaatla namaz qılınarkən təkbaşına bir tərəfdə sünnə namaz qılmamaq.

      ·         Mümkün mərtəbə iş paltarı, iy gələn corab və s. kimi paltarlarla deyil, təmiz və səliqəli paltarla namaza durulmalıdır.

      ·         Sünnə ilə fərz namazların arasında lüzumsuz söhbət etməmək.

      ·         Məscidə dəstəmazsız girməmək.

      ·         Qabaq cərgədə yer olduğu halda arxa cərgədə durmamaq.

      ·         Məsciddə alver etməmək.

      ·         Zərurət yoxdursa məsciddə yeyib-içməmək.

      ·         Camaat namazına çatmaq üçün qaçaraq səs-küy etməmək.

      ·         Yüksək səslə danışmamaq.

      ·         Ayaqqabı ilə girməmək.

      Həzrət Mövlana deyir: Ağlımdan “İman nədir?” –deyə soruşdum. Ağlım qəlbimin qulağına “İman ədəbdən ibarətdir” –deyə pıçıldadı. Elə isə hər yerdə, xüsusən də Allahın adının anıldığı mübarək yerlərdə ədəbə riayət edək.

      • Hits: 734 clicks

      Tecox component by www.teglo.info