Home Arxiv 2013 № 79 İyun Osman Nuri Topbaş / HAQQ DOSTLARINDAN HİKMƏTLƏR İMAM RƏBBANİ -1-


    Osman Nuri Topbaş / HAQQ DOSTLARINDAN HİKMƏTLƏR İMAM RƏBBANİ -1-

    PDF faylını alÇapE-poçt

      Share

      İmam Rəbbani həzrətləri buyurur:

      “(Allahın razı olacağı gözəl bir qulluğa) nail olmağımızda sərf etdiyimiz əməklərimizin heç bir payı yoxdur! Nə varsa, hamısı Allahın lütfüdür. Ama mütləq buna hansısa bir səbəb göstərmək lazımdırsa, deyərdim ki, bütün lütflərin səbəbi gəlmiş və gələcək olan bütün bəşəriyyətin əfəndisi olan Rəsulullah r-ə bağlanıb, Onun mübarək izi ilə get­məkdir...

      İnsana bir şeyin azı və ya tamamı nəsib olmamışdırsa, bunun yeganə səbəbi Rəsulullah -ə kamil şəkildə tabe olmaq məsələsində nöqsanlarının olmasıdır.

      Bir dəfə qəflətə düşərək dəstəmazxanaya sağ ayağımla girdim. (Sünnəyə uyğul olmayan bu hərəkətimə görə) o gün bir çox mənəvi haldan məhrum qaldım.”[1]

      [İnsanı Rəbbinə yaxınlaşdıran yüksək feyz və ruhaniyyətə yalnız Allah Rəsuluna kamil bir təslimiyyətlə itaət edərək nail olmaq mümkündür. Zira ayeyi-kərimələrdə Rəbbimiz belə buyurur:

      “Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur…” (ən-Nisa, 80)

      “(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın…” (Ali-İmran, 31)

      Yəni Allah-Təalanın məhəbbətinə yalnız Onun Həbibinə itaət, təslimiyyət, xüsusilə də məhəbbət yolundan nail ola bilərik. Bu yolda ən kiçik bir səhlənkarlıq göstərənə, tərəddüd və ya şübhəsi olana, ilahi məhəbbət qapısı bağlı qalar. Çünki Həzrət Peyğəmbərə məhəbbətin Allaha məhəbbət, Ona itaətin Allaha itaət, Ona üsyanın da Allaha üsyan mahiyyətində olduğu ayeyi-kərimələrlə sabitdir.

      Buna görə mömin istər böyük, istərsə də kiçik, hər bir hərəkətində Quranın canlı təfsiri sayılan Həbibullahın həyat tərzinə, yəni Sünneyi-Səiyyəyə hərfiyyən riayət etmə həssaslığını hiss etmək məcburiyyətindədir.

      Bu bir həqiqətdir ki, Rəsulullahın sünnələrinə layiqincə bağlanan möminlərin -əsasən- fərzləri yaşamaq xüsusunda da hər hansı bir laqeydliyi, nöqsanı görünmür. Lakin sünnələrə laqeyd yanaşanların fərzlərdə də böyük nöqsanlara yol verdikləri bilinən bir həqiqətdir.

      Yəni sünnəyə riayət həssaslığı dini həyatın təməl rüknləri sayılan fərzləri də bir növ mühafizə altına alan möhkəm bir zireh kimidir. Ona görə iblis və əsgərləri bir insanın dininə və imanına ürcah olanda onu əvvəlcə sünnələrdən uzaqlaşdırmağa çalışırlar. Çünki yaxşı bilirlər ki, buna müvəffəq olmasalar, fərzlərə əsla nüfuz edə bilməyəcəklər.

       

      Məhz ona görə də Abdullah bin Deyləmi (q.s) sünnəyə tam bağlılıq və təslimiyyətin əhəmiyyətini belə ifadə etmişdir:

      “…Dinin (zəifləyərək gücünün) aradan qalxmasının başlangıcı sünnənin tərk edilməsiylə olacaqdır. Kəndirin lif-lif sökülərək ən sonda qopması kimi din də sünnələrin bir-bir tərk edilməsiylə ortadan qalxar.” (Darimi, Müqəddimə, 16)

      Bu səbəbdən sünnələrin bir-bir həyatımızdan çıxması -Allah qorusun- əbədi qurtuluşumuzu da incə pambıq ipliyindən asılı hala gətirər.

      Necə ki, dinlər tarixində yəhudilik və xristianlığın pozulması da belə başlamışdır. Əvvəlcə peyğəmbərlərin sünnələri tərk edilmiş, daha sonra da etiqad və ibadətlər təhrif olunmuşdur. Sonunda namaz tərk edilmiş, yerini ayin tutmuş, oruc tərk edilmiş yerini pəhriz tutmuş, təsəttür tərk edilərək yalnız rahibələrə aid geyim tərzinə çevrilmişdir. Hətta zəmanəmizdə rahibələrin təsəttürünü belə ləğv etməyə başlamışlar.

      Bu nöqtədə möminlər olaraq hamımızın böyük bir fərasət və bəsirətlə buna diqqət yetirməyimiz lazımdır. Çünki yaşadığımız dövrdə Islamı da xristianlarda olduğu kimi eyni təhrif metodlarıyla təhrif etməyə çalışan gizli və açıq din düşmənləri bütün gücləriylə durmadan çalışırlar. Onlar da əsas niyyətlərini bildirməmək üçün ilk mərhələdə dinin təməl inanc əsaslarına və fərz hökmlərinə hücum etməyib, əvvəlcə bunları qoruyan zireh mövqeyindəki sünnələri gözdən salmaqla məşğuldurlar.

      Dəhşətli haldır ki, Əhli Sünnə vəl-Camaat yolundan uzaq fikirlərin yayıldığı və bir çox  müsəlmanın əqidəsinin sarsılıb ibadət və müaməlatının pozulduğu indiki vaxtda bu pozulma hərəkətlərinin içində din alimi donuna girmiş, ilahiyyat müəllimi etiketli kəslərə də son zamanlarda tez-tez rast gəlirik. Belə ki, bu kəslər 1400 ildir icma ilə, ittifaqla gələn xüsuslarda belə camaatın fikirlərini qarışdırmaqda, könüllərini bulandırmaqdadırlar.

      Bu kəslər naqis ağıllarına sığdıra bilmədikləri üçün möcüzələri inkar edə bilməkdə, qəti nəssin (ayə və hədisin) sabit olduğu bir məsələdə ictihada yer olmadığını bilə-bilə, miras hüququnda öz fikirlərinə görə düzəlişlər etmə gərəyi duymaqda, təsəttürü xəfifə almaqda, öz fikirlərinə uyğun gəlməyən hədisləri rədd etməkdə, sünnələri əhəmiyyətsiz görməkdədirlər.

      “Bizə Quran kifayətdir!” deyərək zahirən haqq kimi görünən bu şüarla Qurani-Kərimin təfsili, təfsiri, şərhi və həyata tətbiqi demək olan Sünnəni ixtisar etməyə və öz fikirlərincə bir “Quran Islamı” icad etməyə çalışmaqdadırlar.

      Halbuki Rəsulullah r Quranı эуйа ön planda tutaraq əsil məqsədlərini gizlətməyə çalışan “din alimi” libasına bürünən bu cür “din təhrifçiləri”nə işarə edərək belə buyurmuşdur:

      “Diqqət edin, mənə Kitab və onun bir misli verildi. Diqqət edin, qarnı tox bir adamın arxasına söykənərək sizə: “Bu Qurana tabe olmalısınız. Onda halal gördükləriniz halal, haram gördükləriniz haramdır (başqa mənbəyə ehtiyacınız yoxdur!)” deyəcəyi gün yaxındır. Diqqət edin! Allahın Elçisinin haram qıldıqları Allahın haram qıldıqları kimidir.”[2]

      Başqa bir rəvayətdə də Rəsulullah r sünnəyə bağlılığın zəruri olduğunu belə bəyan edir:

      “…Yoxsa sizdən biri arxasına söykənərək Allahın bu Quranda haram etdiklərindən başqa şeyləri haram etmədiyini zənn edir?! Diqqət edin! Vallah, mən öyüd verdim, əmr etdim və qadağan etdim. Bunlar (əmrlər və qadağalar) Qurandakılar qədərdir, hətta ondan çoxdur…” (Əbu Davud, Xərac, 31)

      Quranın ancaq sünnə ilə düzgün başa düşüləcəyi barəsində bu ayeyi-kərimələr çox diqqət çəkicidir:

      “Onu Cəbrail (Ruhuləmin) endirdi: (Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi); Özü də açıq-aydın ərəb dilində.” (əş-Şüəra, 193-195)

      Nəticə etibarilə Quranın sirr və hikmətləri yalnız Həzrət Peyğəmbərin qəlbi duyğularından pay götürməklə aydın olur. Həzrət Peyğəmbərin 23 illik nəbəvi həyatı da başdan-sona Quranın canlı təfsiri mahiyyətindədir.

      Bu etibarla Rəsulullah r -i anlamaq Haqqa qulluqda ən mühüm pillədir.

      Onu tanımadan, Onu anlamadan, Onun izindən getmədən və Onun könül iqlimindən faydalanmadan nə imanımız kamil olar, nə Qurani-Kərimi tam mənasıyla idrak edə bilərik, nə də qulluğumuz kamil olar…

      Necə ki, Qurani-Kərimdə bir çox ilahi əmrin həyata necə tətbiq ediləcəyi bildirilməmişdir. Onları ancaq Rəsulullah r -in tətbiqatından öyrənirik.

      Məsələn, Qurani-Kərimdə ölü əti yeməyin haram olduğu bildirilmişdir. Bu barədə canlı tutulduqdan sonra öz-özünə ölən balığın müstəsna olduğunu və onun yeyilə biləcəyini isə sünnədən öyrənirik.

      Yenə Quranda namaz ibadəti əmr edilməkdə, lakin onun necə qılınacağının təfsilatı, yəni rükətlərinin sayı, içində oxunacaq surə və duaları, tədili-ərkanı kimi xüsuslar sünnədən öyrənilir.

      Həmçinin Qurani-Kərim öz sirlərini və hikmətlərini “təqva əhli”nə açar. Necə ki, ayeyi-kərimədə belə buyurulur:

       “Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır.” (əl-Bəqərə, 2)

      Bu səbəblə Quranı ən yaxşı idrak edənlər təqva üzrə yaşayıb qəlblərinə ali səviyyələrə yüksəldə bilənlərdir. Hamı eyni Quran qarşısında diz çöküb Quran oxusa da, hər kəs ondan qəlbi səviyyəsi nisbətində istifadə edər.

      Bu xüsusda Həzrət Ömər t-ın bu halı, nə qədər ibrətlidir:

      Bir gün Həzrət Ömər t bir evin qarşısından keçərkən ev sahibi­nin çöldə eşidiləcək qədər yüksək səslə Tur surəsini oxuduğunu eşitdi. Həmin adam:

      “Rəbbinin əzabı (Ya Peyğəmbər!) mütləq vaqe olacaqdır! Onu heç kəs dəf edə bilməz!” (ət-Tur, 7-8) ayeyi-kəriməsinə çatanda Həzrət Ömər miniyindən endi, bir müddət divara söykənərək qulaq asdı. Sonra bu ayənin xəbərdarlığındakı şiddətin təsiriylə evində bir müddət xəstə yatdı.[3]

      Gördüyümüz kimi Qurani-Kərim qəlblərin səviyyəsi nisbətində insanların dərinliyinə dala bildiyi ucsuz-bucaqsız bir okean kimidir. Necə ki, üzmək bilməyən bir adam ancaq dayaz sahillərdə əl-qol ata bilirlər, mahir bir dalğıc isə dənizin ən dərin yerlərinə dalar və sahildəkilərin görə bilmədiyi qeyri-adi və rəngarəng mənzərələrlə tamam fərqli aləmlər seyr eər. Təqva yolunda qəlbən mərhələlər qət edən kəslər də Quranda bir çox hikmət təcəlliləriylə qarşılaşar, ondan gerçək mənada feyz alarlar.

      Məhz bunun kimi bir çox həqiqəti görməməzlikdən gələn bəzi bədbəxtlər -guya Qurana tabe olmaq adı altında- dinin hökmlərini budayıb onu öz dayaz fikirlərinə uydurmağa cəhd etməkdədirlər. Elm və irfanda tələbəsi belə ola bilməyəcəkləri böyük ustadlar olan müctəhid imamları da hörmətsizcə tənqid edə bilməkdə­dirlər:

      “- Onlar min il əvvəlki alimlər idi, indi zaman çox dəyişdi…” fikrinin ardında gizlənərək dinin zamanların fövqündə və dəyişməz olan hökmləriylə oynamaqda­dırlar. Bu isə qeyri-müslimlərin, müstəşrik və missionerlərin etdiklərindən da­ha betər dini təxribatdır. Bunlar din alimli­yini dinə xidmət etmək yerinə, onu tənqid etməkdən ibarət zənn edən qafillər güruhu­dur.

      Bu baxımdan xüsusilə dini təhsil alan gənc qardaşlarımızın bu məsələlərdə ayıq-sayıq olmaları, dini kimdən öyrənəcəklərinə çox diqqət yetirmələri lazımdır. Çünki Peyğəmbər r çox sevdiyi səhabələrin­dən olan Abdullah bin Ömərə bu xəbərdarlığı etmişdir:

      “Ey İbni Ömər! Dininə yaxşı sarıl, dininə yaxşı sarıl! Çünki o sənin həm ətin, həm qanındır. Dinini kimdən öyrəndiyinə yaxşı diqqət yetir! Dini elmləri və hökmləri istiqamət sahibi olan alimlərdən öyrən, sağa-sola meyil edənlərdən öyrənmə!”[4]

      Həmçinin belə bir həssaslığa sahib olan əshabi-kiram və onların izindən gedən saleh möminlər yeri gəldikdə bir ravidən hədis ala bilmək üçün o dövrün çətin şərtləri altında bir ay davam edən elm səfərləri etmişlər. Yenə onlar nəbəvi tərbiyə ilə elə bir fəzilət abidəsi halına gəlmişlər ki, heyvanını yanına çağırmaq üçün boş yem torbasını göstərib aldadan adamın əxlaqını mötəbər saymamışlar. Yəni xasiyyət və əxlaqında bir heyvanı belə olsa aldatma zəifliyi olan adamı Allah Rəsulunun hədisi-şərifləri gərəyincə yaşamadığı üçün hədis nəql etməyə layiq görməmişlər.

      Tabiun nəslinin böyük imamlarından Əbul-Aliyə həzrətləri deyir:

      “Biz (hədis rəvayəti) almaq üçün bir adamın yanına getdiyimiz zaman əvvəlcə onun namaz qılmasına baxardıq, əgər namazını gözəl qılardısa, “digər işləri də gözəldir” deyərək yanına yaxınlaşardıq. Namazını xüşu və tədili-ərkana riayət etmədən qılardısa, “digər işləri də nöqsandır” deyərək yanından uzalaşardıq”. (Darimi, Müqəddimə, 38/429)

      Məhz bu gün də dini savadına etibar ediləcək elm mütəxəssisini bu ölçülər işığında qiymətləndirmək şərtdir. Çünki Allah-Təala ayeyi-kərimədə:

       

      “…Qulları içindən ancaq alimlər Allahdan (layiqincə) qorxar…” (Fatir, 28) -buyurur. Bu o deməkdir ki, həqiqi bir alimdə əvvəlcə “təqva”, yəni “Allah qorxusu”nun olması şərtdir. Haqq-Təala ancaq belə bir quluna “alim” deyir. Allahdan qorxmadan, Rəsulundan utanmadan, öz nöqsanlı ağıllarını yeganə həqiqət meyarı zənn edib, dini onun süzgəcindən keçirərək ağlına uyğun gələni götürəm, uyğun gəlməyəni atan qafillərə deyil!..

      Əslində iman ağlın tamamilə qavramaqdan aciz qalacağı bir çox xüsusu qəlbən təsdiq etməyi zəruri qılan bir qəbuldur. Necə ki, gözün müəyyən bir görə bilmə məsafəsi var, ağlın da məhdud bir idrak qabiliyyəti var, ona görə də hər şeyi qavraya bilməz. Məhdud ağıla və cüzi elmə sahib olan insan oğluna dini həqiqətləri külli elm sahibi olan Haqq-Təala vəz etdiyinə görə əlbəttə ki, ağlın qavramaqdan aciz qalacağı, saysız sirr və hikmətlər olacaq.

      Bu hədisi-şərif məhz həmin həqiqəti açıq-aşkar bəyan edir:

      “Xı­zır u-ın Mu­sa u-a qeyri-adi və hik­mə­ti məc­hul ha­di­sə­lər gös­tər­di­yi sə­ya­hət əs­na­sın­da bir sər­çə gə­lə­rək onların min­diyi gə­mi­nin göyərtəsinə qon­du. Son­ra dimdiyi ilə də­niz­dən su götürdü. Xı­zır u bu mən­zərə­ni Mu­sa u-a gös­tə­rə­rək belə dedi:

      “- Al­lahın el­mi ya­nın­da sə­nin, mə­nim və bütün məxluqatın elmi bu qu­şun dimdiyi ilə də­niz­dən götürdüyü su qə­dər­dir”. (Bu­xa­ri, Təf­sir, 18/4)

      Necə ki, bir qarışqanın elm və ağlı insanın elm və ağlı qarşısında sıfıra yaxındır, Allaha qarşı bizim vəziyyətimiz də bir “heç”dən ibarətdir. İnsanın bilmədikləri yanında bildikləri bir heçdir. Ayeyi-kərimədə insanın əsas xüsusiyyətlərindən birinin “cəhul”[5], yəni “çok cahil” olaraq ifadə edilməsinin səbəbi də budur. Bunun müqabilində Allah-Təala elmi-ilahisinin əzəmət və nəhayətsizliyini belə bəyan buyurmuşdur:

      “Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq (mürəkkəb) olsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət, hikmət sahibidir!” (Loğman, 27)

       -ə ayan olmuşdur. Elə buna görərYaradılmış bütün varlıqların elmi onları yaradan Allah-Təalanın elmi yanında dəryadan bir damla hökmündə olduğu üçün insanın məhdud ağlıyla qavraya bilməyəcəyi bir çox ilahi sirr və hikmətlər var. Bunların bir qismi xavassul-xavassa, bir az daha irəlidəki bəzi sirlər peyğəmbərlərə, onun da fövqündəki bəzi sirlər yalnız Rəsulullah  Həzrət Peyğəmbərr :

      “Əgər mənim bildiklərimi bilsəydiniz, az gülər, çox ağlayardınız”,- buyurmuşdur. (Buxari, Təfsir, 5/12)

      Beləliklə bizə bəxş edilən məhdud ağıl yalnız Quran və Sünnənin məzmunu içində bir qiymət ifadə edər. Necə ki, Mövlana həzrətləri də ağlın bütün şübhə və suallarını bir kənara atıb Allah və Rəsuluna qəlbən təslim ola bilməyin əhəmiyyətini ifadə mahiyyətində belə buyurmuş­dur:

      “Ağıl dünyəvi işlərimizdə istedadlı olsa da, mahiyyəti gərəyi olaraq həqiqətə, ilahi sirrə, yəni marifetullaha çatmaq məsələsində qeyri-kafi qalar. Bu ülvi səfər üçün bir vasitəyə ehtiyac var. O da könüldür, eşqdir, vəcddir, istiğraqdır (ilahi sirlərə qərq olmaq). Ağıl, Mustafaya qurban olsun!”

      Çünki ağıl ancaq bu təslimiyyət nəticəsində insanın dünya və axirət səadətinə xidmət edə bilər. Əks halda insanı çıxışı olmayan dalanlarda azdırar.

      Məhz Allah-Təala da -möcüzələr kimi, qədər və qeybə iman kimi- ağlın tam mənasıyla qavramaqdan aciz qaldığı ilahi həqiqətlərin qəbulunda ağıldan daha ülvi bir idrak mərkəzi olan qəlbi fəaliyyətə gətirməyimizi istəyir. Beləcə, tam bir təslimiyyət üfüqündə yüksəlməmizi arzu edir.

      Həqiqi bir iman da dil ilə təsdiqə əlavə olaraq qəlb ilə təsdiq nəticəsində meydana gəlir, ağılla təsdiq nəticəsində deyil. Sırf ağlın başa düşdüklərini qəbul etmək “iman etmək” deyil, “razılaşmaq”dır. Bununsa Haqqa təslimiyyət tərəfi olmadığı üçün ilahi dərgahda bir qiyməti yoxdur.

      Xülasə, uca dinimiz olan İslamı təqva sahibi, gözəl əxlaqlı, əməlisaleh həyat sürən, Quran və Sünnə istiqamətində yaşayan alim və ariflərdən öyrənmək şərtdir. Quran və Sünnəyə möhkəm sarılıb əmr olun­duğu kimi dostdoğru ola bilmək, yəni istiqamət sahibi olmaq yaşadığımız zəmanənin ən böyük kəramətidir.

      Haqq dostlarından Bəyazid Bistami həzrətlərinin bu halı dini sa­hədə etibar ediləcək kəslərin müəyyənləşdirilməsinə dair necə də ibrətli bir misaldır:

      Bəyazid Bistami həzrətləri bir gün camaay arasında “vəli” kimi məş­hurlaşmış bir şəxsi görmək məqsədilə müridləriylə yola çıxmışdı. O şəxs evindən çıxıb məscidə gedərkən qiblə istiqamətinə tüpürdü. Bəyazid (q.s) o şəxsin bu xam və laqeyd halından çox təsirləndi və hətta ona salam vermədən geri qayıtdı. Tələbələrinə isə belə dedi:

      “- Bu adam Rəsulullah r-in öyrətdiyi ədəblərdən birinə riayət xüsusunda belə etibar sahibi deyil! Haqqın sirri xüsusunda ona necə güvənmək olar?!”.[6]]

      İmam Rəbbani həzrətləri buyurur:

      “Müstəhəb əməllərin yerinə yetirilməsi xüsusunda tənbəllik göstərilmə­məlidir. Çünki müstəhəblər Allahın sevdiyi və razı olduğu şeylərdir. İnsan yer üzünün bir guşəsində Haqq-Təalanın sevdiyi və razı qaldığı bir əməldən xəbərdar olar və onu işləmək imkanı olarsa, bunu qənimət bilməlidir. Bu hal bir neçə qırıq saxsı parçasıyla qiymətli brilyantları satın alan adamın halına bənzəyər.”[7]

      [İmam Rəbbani (q.s) bir gün tələbələrindən birinə:

      “- Bağçadan bir neçə qərənfil gətir!”,- buyurdu. Oda bağçaya gedərək altı dənə qərənfil gətirdi. Həzrət bunu görüb hüznlü bir əda ilə belə buyurdu:

      “- Tələbələrimiz hələ Allah Rəsulunun “Allah təkdir, təki sevər”[8] hədisi-şərifinə diqqət etmirlər. Halbuki buna diqqət etmək müstəhəbdir.

      İnsanlar müstəhəbi nə zənn edirlər? Müstəhəb Allah-Təalanın sevdiyi əməldir. Allahın sevdiyi bir əməlin qarşılığında bütün dünya və axirət verilsə, yenə də heç nə verilməmiş sayılar. Biz müstəhəbə o dərəcədə riayət edərik ki, hətta üzümüzü yuyanda belə suyu əvvəlcə sağ tərəfimizə gətiririk. Çünki hər işə sağdan başlamaq müstəhəbdir.”[9]

      Gördüyümüz kimi Rəsulullah r-i ən yaxşı tanıyan Haqq dostu olan alim və ariflərin ən mühüm kəraməti böyük-kiçik, bütün hal və hərəkətlərində Süneyi-Səniyyəni böyük bir həssasiyyətlə yaşamağa çalışmalarıdır.

      Bunu da unutmamalıyıq ki, Haqq-Təala bütün saleh əməllərə can atıb, bütün günahlardan çəkinməmiz üçün rizasının da, qəzəbinin də hansı əməldə təcəlli edəcəyini gizli saxlamışdır. Allahın razılığı da, qəzəbi də bəzən böyük, bəzən orta, bəzən də çox kiçik bir əməldə təcəlli edə bilər.

      Necə ki, bir hədisi-şərifdə bildirildiyi kimi susuz qalmış bir itə su verən günahkar bir qadın bu mərhəməti səbəbiylə bağışlanaraq cənnətlik olmuşdur. Bunun əksinə, pişiyinin ac qalmasına əhəmiyyət verməyən ibadət əhli bir qadın da bu mərhəmətsizliyi səbəbiylə cəhənnəmlik olmuşdur.[10]

      Əshabi-kiramdan Ənəs bin Malik t belə buyurmuşdur:

      “Siz tük qədər əhəmiyyət vermədiyiniz bəzi işlər görürsünzü ki, biz Rəsulullah r zamanında onları həlak edən böyük xətalardan sayardıq”. (Buxari, Riqaq, 32)

      Çünki onlar könüllərindəki Allah sevgisi və qorxusu səbəbiylə kiçik günahları belə böyük bir itki, hətta mənəvi bir həlak səbəbi sayardılar. Çünki onlar günah vəxətanın kiçikliyinə deyil, əmrinə qarşı gəlinən Allahın böyüklüyünə diqqət kəsilmişdilər.

      Demək ki, kamil bir mömin ola bilmək üçün yalnız fərzlərin ifası və haramlardan çəkinmək kifayət deyil. İman həyəcanıyla dolu bir könül həssaslığı da vacibdir. Necə ki, mərhum atam Musa Əfəndi (q.s) bu barədə belə buyurmuşdur:

      “Çox adam namazlarını qılmaq və oruclarını tutmaqla dini vəzifələrini əda etdiklərini sanaraq rahatlıq tapırlar. Ancaq bu kifayət etmir. Allahın əmrlərinə riayət və təzimlə yanaşı məxluqatına qarşı da şəfqətli olmaq lazımdır. Bu da ancaq fədakarlıq və səmimi bir xidmətlə əldə olunar. Ağlı-səlim sahibi olan hər bir müsəlmanın fərzləri əda edib, haramlardan qaçındıqdan sonra diqqət edəcəyi xüsus müsəl­manlığa, cəmiyyətə və bütün məxluqata xidmət edib faydalı olmasıdır… Çünki bu sayılanlar fərz­lərin tamamlayıcısı və Rəsuli-Əkrəmin Süneyi-Səniy­yəsinden parçalardır…”[11]]

      Sözlərimizə İmam Rəbbani həzrətlərinin bu gözəl duası ilə son verək:

      “Allah-Təala ağ-qara, bütün irqlərə göndərilən Bəşəriyyətin Əfəndisi r hörmətinə bizi və sizi yaşanmayan sözdən, əməlsiz elmdən xilas etsin”.[12]

      Amin!..

       


      [1] Kişmi, Bərəkat, s. 197.

      [2] Əbu Davud, Sünnə 6, hədis. № 4604, 4/200; İbn Macə, Müqəddimə 2, hədis № 12, 1/6; Tirmizi, Elm 10, 2663, 2801; 5/37; Əhməd bin Hənbəl, 6/8.

      [3] İbn Rəcəb əl-Hənbəli, ət-Təhvif minən-Nar, Dəməşq 1979, s. 30.

      [4] Xətib əl-Bağdadi, əl-Kifayə fi İlmir-Rivayə, əl-Mədinətul-Münəvvərə, əl-Məktəbətul-İlmiyyə, s. 121.

      [5] Bax. əl-Əhzab, 72.

      [6] Quşeyri, Risalə, s. 57, 416-417.

      [7] İmam Rəbbani, Məktubat, II, 172, №: 266.

      [8] Buxari, Daavat, 68.

      [9] Kişmi, Bərəkat, s. 198; Əbul-Həsən ən-Nədvi, İmam Rəbbani, s. 180-181.

      [10] Bax. Müslim, Salam, 151-153.

      [11] Bax. Sadiq Danə, Altınoluk Sohbetleri, III, 117, 167; V, 78-79.

      [12] İmam Rəbbani, Məktubat, I, 159, № 23.

       

      • Hits: 734 clicks

      Tecox component by www.teglo.info