Türkiyəli yazar Bülent AKYÜREKLƏ Reportaj

    PDF faylını alÇapE-poçt

      Share

      Mükəmmələ yüksəlmiş yeganə insan Hz. Muhamməddir!

      İrfan: Bülent bəy, Azərbaycana nə ilə əlaqdədar gəlmisiniz? Bakını bəyəndinizmi?

      Bülent Akyürek: Buraya konfrans vermək üçün dəvət olundum. 10-a yaxın yerdə konfrans verdim. Bakıya, yəni Azərbaycana gəlişimin səbəbi budur. Şəhərinizi çox bəyəndim. Mütləq görüləcək yerlərdəndir. Ümumiyyətlə dünyanın harasına gedirsən get,  bizim yazıçılara faydalı olacaq imkanlar var.

      İrfan: Yəqin ki, Azərbayacana ilk səfərinizdir.

      Bülent Akyürek: Bəli, ilk səfərimdir. Gəldik, gördük, yeni fikir sahibi olduq. Televizorda, radioda izləyirdik və yenə də gəlib öz gözlərimizlə görməkdə fayda var. Yəni bura gəlib gördüklərimi Türkiyəyə döndükdə normal vətəndaşlar kimi televizorda, radioda eşidilən fikirləri deməyəcəyəm. Çünki burada gördüklərim mənə kifayət qədər informasiya verdi. Azərbaycan haqqında gözəl təəssüratlarımı oradakı vətəndaşlarımla bölüşəcəyəm.

      İrfan: Nə vaxtdan yazmaqa başlamısınız? Ümumiyyətlə sizi buna nə vadar etdi?

      Bülent Akyürek: Uşaq yaşlarında kitablara çox böyük həvəsim olub, elə uşaqlıq illərindən də yazıram. Hətta 12 yaşım olanda ilk romanım da çıxmışdı. Yazma səbəbini bilmirəm. Deyə bilmərəm nə üçün, nə səbəbə yazıram. Yəqin oxumağa kitab tapmamışam, ona görə yazmağa başlamışam. Bəlkə mən də belə danışmaq istədim və ona görə yazmağa başladım. Uzun sözün qısası, bunun səbəbi bilinməz. İllər sonra qarşına nələr çıxacaq, nə işlə məşğul olacaqsan və s.. Bunun səbəbini müəyyən etmək olmur. Yazmaq... Bəlkə də əlimdən başqa bir iş gəlmədi, ona görə yazmağa üz tutdum.

      İrfan: Ümumiyyətlə bildiyimizə görə siz kitab yazmaqdan başqa seminarlar, konfranslar verirsiniz. Bu cür konfranslar başqa ölkələrdə də baş tuturmu? Gedib-gəlmək sizin üçün əziyyət deyil ki?

      Bülent Akyürek: Bəli, təbii ki, dəvətlər olur. Bilirsiniz, əziyyət deyəndə ki, çağırılan yerə getməyin əziyyəti olmur. Çünki bir nəfər məni bir yerə dəvət edtikdə getməməyim mümkün deyil. Gedirəmsə də bunu əziyyət kimi qəbul etmirəm. Müxtəlif yerlərdə bizim yazıları oxudular, oyrəndilər və “müəllim, gəl bir də canlı görüşək, söhbətləşək”,- dedikdə bu iş əziyyətdən çıxmış olur. Səhhətimlə bağlı bir problem olmadıqca, sağlığım yerində olduqca bu ziyarətlərimə davam edəcəyəm. Bunu əziyyət olaraq görmürəm. Bir gün sağlığımda problem çıxarsa, buna imkanım çatmazsa o zaman dayanaram.

      İrfan: Kitablarınızın çox maraqlı adları var. Bu kimi adlar haradan qaynaqlanır?

      Bülent Akyürek: Belə deyək, kitab yazdıqdan sonra gözəl bir ad axtaran biri deyiləm. Gözəl bir ad tapıram, sonra kitabı yazıram. Məsələn, “Çılğın Türklər”ə çox əsəbiləşdim, oxudum, maraqlandım və bir gün “Yılğın Türklər” deyə bir kitab yazdım. “İçinizdəki Öküzə Oha Deyin”, bu kitab da belə. Adı tapıram, gerisi asandır. 24 saat içində 300 sehifəlik bir kitab yazıram. Yəni burada mənim üçün əsas iş ad tapmaqdır. Bir misal da deyim: “Gözəl Susma Sənəti” deyə bir kitabım var. Hara baxırsan gözəl danışma sənəti kursları, seminarları var. Bir dəfə də buna əsəbiləşdim və ağlıma elə bu ad gəldi və yazdım.

      İrfan: Bugünkü gənclik haqqında fikirləriniz necədir? Müsəlman gəncliyi Avropaya çox meyilli deyil ki?

      Bülent Akyürek: Bilirsiniz... Avropanı, Asiyanı qoyaq bir kənara. Elə Türkiyədən danışaq. Türkiyənin özündə ağsaqqallara görə gənclər çox yaxşıdı. Çünki məscidlərdə, xidmətlərdə hara baxırsan gəncləri görürsən. Belə baxıram, çox yaxşıdı Maşallah, amma yetərlidir, yoxsa yox, onu bilmirəm. Mükəmmələ yüksəlmiş müsəlman yoxdur. Mükəmmələ yüksəlmiş yeganə insan Hz. Muhamməd (s.ə.s)-dir. Ümumiyyətlə birmənalı olaraq güvənərək deyə bilərəm ki, bizim gənclər çox yaxşıdır.

      İrfan: Çox sağ olun, Bülent bəy, təşəkkür edirik.

      • Hits: 785 clicks

      Tecox component by www.teglo.info