155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Mübariz ƏLİOĞLU / Haqqa dönmüş qəlblə

    PDF faylını alÇapE-poçt

      Share

       

      Uca Allah Qurani-Kərimdə belə  buyurur:

      “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.” (əl-Hucurat, 13)

      Cənnətdə müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir. (Onlara deyiləcəkdir:) “Bu, vəd olunduğunuz (Cənnətdir). O, hər bir (tövbə edib Allaha tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan; Rəhmandan (Onu) görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönmüş qəlblə gələn bəndə üçündür!” (Qaf 31-33)

      Nəfəs alıb-verdiyimiz imtahan dünyasının  tələblərilə qarşı-qarşıya durmaq məcburiyyətində olan insan övladı bu dünyanin cazibəsinə aldanaraq onunla çiyin-çiyinə, sarılma iştahası ilə qol-boyun olaraq öz fani, lakin qiymətli vaxtını  hədər etməkdə davam edir. Uca Rəbbimizin buyurduğu qulluq və davranış ədəbinin məntiqinə varmadan sürülən  və Rəbbimizə qarşı olan məsuliyyət duyğusuna ciddi zərbə vuran  bu həyatın yalnız bir adı vardır: Dünya, mala-mülkə, şan və şöhrətə, ən əsası mənliyin ucaldılmasına dönmüş ölü bir  qəlblə həyat sürmək. Təbidir ki, uzun-uzadı  araşdırmalara ehtiyac olmadan belə bu həyatın hansı faciəvi sonluqla yekunlaşacağını bilməmək mümkün deyil. Bu həyata mənlik pəncərəsindən baxma sərsəmliyindən qurtulma çarəsi Rəsulullahın, onun şanlı əshabının və Allah (c.c) dostlarının ömür səhifələrindən son nəfəsimizə kimi bizə ünvanlanan Haqqa dönüş yollarına istiqamət almamızdadır. Qəlblərini əbədi olaraq Haqqa çevirmiş olanların həyat hekayələrini dinləyərkən ilk növbədə onların Qurani-Kərimə olan ülvi münasibəti gözlər önunə gəlir. İslam aləminin mötəbər simalarından olan Hz. Osmanın Rəbbinə qulluq salnaməsi bu qənaətin səhihliyini ifadə edir. Rəvayətə görə Hz. Osman  bir rükətdə Qurani-Kərimi xətm edərdi. Hətta gecənin hamısını Quran oxuyaraq ehya etdiyi də söylənməkdədir. Təbiidir ki, bu qiraətin eyni zamanda əyani olaraq yanaşılan bir tərəfi də var idi. Hz. Osmanın  həya və nəzakət  libasına bürünərək Rəbbinə qulluq mükəlləfiyyətini Haqqa dönmüş bir qəlb aləmi ilə sürdürməsi Rəsulullahın mübarək nəzərlərindən qaçmamışdır: “Biz Osman bin Affanın Allah qatında Xəlil və Kərim olan atamız İbrahimə (ə.s) bənzədirik”,- söyləyən Rəsullulahın Hz. Osmana  verdiyi qiymət necə də ali idi. Qurani-Kərimdə İbrahim (ə.s)-ın dilindən  səslənən ayələrin insanı əbədi və dönməz olaraq Rəbbinə bağlayan ecazkar təbiəti doğrudan da qəlbləri sönmək bilməyən bir qulluq həyəcanına dəvət edir: “Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. Məni öldürəcək, sonra (yenidən) dirildəcək Odur. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət (peyğəmbərlik, elm) bəxş et və məni (Sənin rizanı qazanmış) salehlərlə (yaxşılar zümrəsinə) qovuşdur!” (əş-Şüəra, 78-83).

         Sevə-sevə oxuduğu Quran ayələri Rəsulullahın tərbiyəsi ışığında Hz. Osmannın qəlbində  mələklərin həya edəcəyi bir qulluq ruhunu inşa etmişdi. Artıq İlahi kəlamla qırılmaz rabitə  halında mövcudluğunu zəfərlə sürdürən  bu qəlbin sahibi ummətə unvanlanan ifadələrində bunları söyləyirdi: “Allaha (c.c) baxmadan, yəni Quran oxumadan  bir gün və ya bir gecə kecirməkdən əsla xoşlanmaram. Əgər qəlbləriniz təmizlənmiş olsaydı, Allahın kəlamina doya bilməzdiniz”. “Əgər qəlbləriniz təmizlənmiş olsaydı” ifadəsinin altında insan təbiətini Rəbbinə bağlama əzmi ilə aparılan böyük bir nəfs mübarizəsi yatmaqdadır. Bəli, nəfsi və qəlbi təmizliyi əldə etməyincə  insanın Qurani-Kərimin  məna dərinliyinə nüfuzu olduqca çətindir. Əzəli və əbədi  hökləri özündə birləşdirən ilahi istək və qanunların toplusu olan Qurani-Kərimin həqiqət nuru ilə Hz. Osman kimi qidalanmaq, ona haqqı ilə bağlanmaq Allahı əhatəli şəkildə zikr etmək surəti ilə əldə ediləcək bir bacarıqdır. İnsanlığa əbədi səadətin qapılarını aralayan, qəlb diriliyinin əldə edilməsi üçün Haqqa dönüş və qəlbin təmizlənərək ilahi mərifətə yüksəliş pillələrini  bizlərə izah edən Allah dostlarının Muhamməd ümmətinə yardımı necə də yerindədir. Son dövrün böyük alimlərindən olan Mahmud Sami Ramazanoğlu belə buyurur:

         “Qul  zikrullah ilə günahlardan arınar. Nəfsin təmizlənməsinə də ancaq  zikrullah ilə nail olmaq mümkündür. Qəlbin təmizlənməsinin yeganə vasitəsi də zikrullaha çoxlu davam etməkdədir. Zikrullah ilə qul Allaha ibadət etməyə qüvvət qazanar, şeytanın hiylə və tələlərindən qurtular. Ağıllı insan Allahı çox zikr etməlidir. Çünki zikr iç dünyanın təmizlənməsinə səbəb olduğu kimi qəlbin cilalanmasına da yardım edər. Həqiqi həayat sahibi ancaq qəlbi diri olan kimsədir. Çünki qəlb Beytullahdır. Orada Allah məhəbbəti və zikri yoxsa, o qəlb ölüdür”.

         Hz. Osman xəlifəlik məsuliyyətinin ağırlığına baxmayaraq ilahi hüdudlara riayət yarışında olduqca dəqiq idi. Valilərə ünvanlanmış çıxışında onun bu yoldakı qətiyyətini sezmək mümmkündür: “Fikirlərini dinlədim. Hər işin giriləcək bir qapısı var. Qapalı  qapı açılacaq və bu ümmət  haqqında qorxulacaq şey meydana gələcək. Allah müəyyən etdiyi hüdudlardan  xaricə çıxmayaq ki, o qapı açılınca kimsənin mənim əleyhimdə dəlil olaraq bir sözü olmasın. Allah bilir ki, insanları xeyrə nail etməkdə qüsur etmiş deyiləm. Fitnə dəyirmanı dönür. Fitnə qapısı açılmadan Osman ölərsə, nə gözəl. Müsəlmanlara təskinlik və haqlarını verməyə çalışın”.

         Artıq fitnə əlamətlərinin ətrafı bürüdüyü gərgin anlarda belə  Rəbbinə yönəlmiş bu mübarək qəlbin sahibi olan Hz. Osman şəhidliyi dəyərini anlamaqda aciz olduğumuz möhtəşəm bir rəhmani mükafat olaraq qəbul etməyə hazır idi:

      “(Ey möminlər!) Əgər onlar da siz inandığınız kimi (Allaha) inanırlarsa, şübhəsiz ki, doğru yolu taparlar. Yox, əgər (imandan) üz döndərərlərsə, (sizə qarşı) ədavət bəsləmiş olarlar. (Ya Rəsulum! Belə olduqda sən onların düşmənçiliyindən qorxma!) Allah sənə (tezliklə sənin intiqamını) onlardan (almağa) kifayət edər. O, (hər şeyi) eşidəndir, biləndir.” (əl-Bəqərə-137)

       

       

      • Hits: 1226 clicks

      Tecox component by www.teglo.info