№ 80. İyul

Nurlan MƏMMƏDZADƏ / QURANLA BÜTÜNLƏŞMƏ MÖVSÜMÜ

PDF faylını alÇapE-poçt

12.09.13 06:39 ərzində olan dəyişikliklər Yazan redaktor 11.09.13 08:41

     610-cu ilin bir Ramazan günü... Qədr gecəsi...

     Bütləri tanımayan və uzun zamandan bəri Hira mağarasında kainatı, yaradılışı və ilahi nizamı təfəkkürlə məşğul olan Həbibullah Muhammədə ilk vəhyin nazil olması... İnsanlığı  doğruya istiqamətləndirən, haqq ilə batili ayırd edən, dünya və axirət səadətinin yollarını göstərən ilahi kitabın yer üzünə nazil olma prosesi belə başladı və iyirmi üç il davam etdi.

Ardını oxu...

 

Eşən RZAYEV / NƏ ÜÇÜN QURAN ÖYRƏNMƏLİYİK?

PDF faylını alÇapE-poçt

12.09.13 06:39 ərzində olan dəyişikliklər Yazan redaktor 11.09.13 08:37

     Allahın kainatı idarə etdiyi sistemin adı İslamdır. Vəhy isə ilahi bir in­şa layihəsidir. Həyat yol, insan isə bu yolun yolçusudur. Yolu da, yolçunu da yaradan Odur. Deməli, yolun xəritəsini də müəyyən etmək Onun haqqıdır. Bütün ilahi vəhylər kainat ağacının möhtəşəm meyvəsi olan insanın yaradılış məqsədinin həyata keçirilməsi üçün göndərilmişdir. Bəşəriyyət tarixinin nəhayətində əbədi rəhbərlik Quran surətində təcəlli etmişdir.

Ardını oxu...

 

Saleh ŞİRİNOV / RAMAZAN VƏ ORUC

PDF faylını alÇapE-poçt

12.09.13 06:33 ərzində olan dəyişikliklər Yazan redaktor 11.09.13 07:51

     Mübarək üç aylar, mübarək gecələr, Rəcəb, Şaban, rəqaib, merac, bəraət gecəsi deyərkən artıq Ramazan ayı da yaxınlaşmaq üzərədir. Artıq Ramazanın qoxusu daha yaxından hiss olunmaqda, hər birimiz oruc, təravih və on bir ayın sultanı olan Ramazani-Şərifə qovuşmağın həsrəti içərisində, qəlblərimiz zövq və həyəcanla döyünməkdədir. Ramazan ayı başdan-başa rəhmət, bərəkət və məğfirət ayıdır.

Ardını oxu...

 
 

REPORTAJ / Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini HACI SALAM MUSAYEV

PDF faylını alÇapE-poçt

12.09.13 06:37 ərzində olan dəyişikliklər Yazan redaktor 11.09.13 07:47

     İrfan: Ramazan ayının dinimizdəki yeri nədir?

     Hacı Salman: Ramazan ayının dinimizdəki yerinin möhtəşəmliyi ilk növbədə insanlara doğru yolu göstərən Qurani-Kərimin bu ayda nazil olmasından qaynaqlanır. Müqəddəs kitabımızda bununla bağlı müvafiq ayələr var. Qeyd edim ki, Ramazan ayı insanlara Yaradanı xatırladan, ilahi nemətlərin nə qədər dəyərli olduğunu bir daha yada salan mübarək bir aydır.

Ardını oxu...

 

İRFANDAN / RAMAZANİ-ŞƏRİFİN FƏZİLƏT DƏRSLƏRİ

PDF faylını alÇapE-poçt

12.09.13 06:42 ərzində olan dəyişikliklər Yazan redaktor 11.09.13 07:44

Ramazani-şərif sanki mənəvi təmayüllü xüsusi məktəbdir... Belə ki, könülləri zənginləşdirən, qəlblərə səviyyə qazandıran oruc, iftar, sahur, təravih, müqabələ, dua-zikr, fitrə-zəkat, etiqaf, min aydan xeyirli Qədr Gecəsi və bayram bu məktəbin əsas dərsləridir... Bütün bu dərsləri layiq olduğu şəkildə dərk edib imtahanlarından müvəffəqiyyətlə keçmək isə, ilahi əfv bayramına nail olaraq əbədi səadət bəraətini qazana bilmənin ən gözəl yoludur...

Ardını oxu...

 
 

Səhifə 1 > 5-dəan