№ 77. Aprel

Nurlan MƏMMƏDZADƏ / ŞEİRİN ÜFÜQÜNDƏ ONA CAN ATMAQ

PDF faylını alÇapE-poçt

08.05.13 13:04 ərzində olan dəyişikliklər Yazan redaktor 07.05.13 05:10

Zaman; zamanların ən gözəli, əsri-səadət. Həzrət Rəsul həyatda, Mədinədə əshabıyla birlikdə...

Məkan; Məkkə... Kəbə bütlərlə dolu, qəlblər küfr və şirk bataqlığında. Hələ müsəlman deyil Əbu Süfyan, İkrimə, Xalid və digərləri; Günəşin yaxınlığında...

Ardını oxu...

 

Hacı Sabir HƏSƏNLİ / Peyğəmbər Sevgisi

PDF faylını alÇapE-poçt

Yazan redaktor 07.05.13 05:08

 

Bildiyimiz kimi Allah-Təala Həzrət Peyğəmbəri öz lütfündən bəşəriyyətə ərməğan etmişdir. Onun uca əxlaqı və yaşadığı möhtəşəm həyatı iman gətirənlər üçün ən müstəsna nümunədir. Onu öyrənmədən dinimizin incəliklərindən xəbərdar olmaq mümkün deyil. Qurani-Kərimdə yaradılış qayəmizin Allaha qulluq olduğu bildirilir. Həzrət Peyğəmbər isə bizə bu qulluğun necə olacağını, yəni Rəbbimizə nə cür qul olacağımızı öyrədən Rəsuldur. Həqiqi sevgi sevilənə tabe olmağı zəruri qılır. Bir insanın sevgisi sevdiyinə bağlılığı, itaəti nisbətində ölçülür. Xatəmül-Ənbiyaya sevgimizin ölçüsü də məhz Ona itaətimizdə öz əksini tapır. Üstəlik Ona tabe olmaq Rəbbimizin bir əmridir:

Ardını oxu...

 

Məmməd MƏMMƏDZADƏ / AZƏRBAYCAN ƏDƏBİYYATINDA PEYĞƏMBƏR MÖVZUSU

PDF faylını alÇapE-poçt

Yazan redaktor 07.05.13 05:05

 

Min ildən də artıqdır ki, bəşəriyyət VI yüzillikdə Ərəbistanda doğan Günəşi – iki cahan sərvəri, 124 min peyğəmbərin sonuncusu Xatəmül-Ənbiya Muhamməd (s.ə.s)-i vəsf edir, həyatında baş verən ən adi, kiçik hadisələri, ömrünün hər gününü, hər saatını, dəqiqəsini usanmadan, yorulmadan öyrənməyə çalışır və öyrəndiklərini hamının malı etmək istəyir. Məhz buna görədir ki, haqqında ən çox yazılan yeganə şəxsiyyət o Uca Peyğəmbərdir. Şanlı Peyğəmbərimizi vəsf edənlər arasında, şübhəsiz ki, şairlərin özünəməxsus yeri var. Azərbaycan ədəbiyyatının qədim və orta əsrlərində yaşayan hər bir şair daxilində alovlanan  Peyğəmbər sevgisini dönə-dönə vəsf edərək Şərq ədəbiyyatında Rəsulullaha həsr edilən şeirlər – nətlər yazdı.

Ardını oxu...

 
 

İbrahim Erol / İMAM BUSAYRİ VƏ QƏSİDEYİ-BÜRDƏ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 07.05.13 05:02

 

İmam Busayri həzrətlərinin əsil adı Məhəmməd bin Səid bin Hammaddır. Böyük övliya və qabaqcıl İslam alimi, Peyğəmbər aşiqidir. Hz. Peyğəmbərə olan sevgisini, eşq və məhəbbətini dilə gətirdiyi bir çox şeir, beyt və nəti-şərif yazmışdır. İmam Busayri həzrətləri 1212 (609), yaxid 1211 (H. 608) tarixində Misirin Busayr şəhərində anadan olmuşdur. Təhsilini harada alması ilə bağlı qaneedici məlumat yoxdur. Uşaqlıq illərindən etibarən Quran təhsili aldığı və Qurani-Kərimi əzbərlədiyi məlumdur. Daha sonrakı dövrdə Qahirəyə gedərək təhsilinə davam etmişdir. Şeyx Əbdüzzahir Məscidində İslam elmləriylə birlikdə dil və ədəbiyyat dərsləri almışdır. Daha çox siyər və hədis elmlərinə maraq salaraq bu sahələrdə ixtisaslaşdı.

Ardını oxu...

 

Tanınmış şair Məmməd ASLANLA REPORTAJ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 07.05.13 04:59

 

Böyük şair Məmməd ASLAN:

O QƏSİDƏ TÜRKÜN ƏN BÖYÜK ƏSƏRLƏRİNDƏN BİRİDİR

İrfan: Bildiyimiz kimi Hz. Peyğəmbərin şəninə çox şeirlər yazılıb. Türk dünyasının yetişdirdiyi ustad şairlərin qələmə aldığı nətlər barədə nə deyə bilərdiniz?

Ardını oxu...

 
 

Səhifə 1 > 8-dəan