Nə izləyək? - İrfandan
NƏ İZLƏYƏK?
Dünyada baş verən koro navirus pandemiyası ölkəmiz də də bəzi karantin qayda larının tətbiqini zəruri hala gətirdi. Karantin gün lərində mək təbə getməyən övlad larımızın, eləcə də vali deyn lərin vaxtdan səmərəli istifadəsi üçün peşəkarlar tərəfin dən müxtəlif proqramlar tər tib edildi. Ailə üzvlərimizlə birlikdə oyun oynamaq, dil öyrənmək, kitab oxumaq kimi təklikdə və ya ailəliklə həyata keçirə biləcəyimiz bir sıra fəaliyyətlər gündəmə gəldi. Demək olar ki, bütün günlük planlamalar içərisində gözümüzə dəyən maddələrdən biri də məhz film izləmək oldu. İnsan intellektini inkişaf etdirən vasitələrdən biri də, əlbəttə ki, izlədiyi filmlərdir. Film izləyərək həm bizi sıxan uzun və boş vaxtımızı doldururuq, həm də bu zamanı özümüz üçün faydalı hala gətiririk.
Düşünülərək, seçilərək izlənən filmlər izləyənlərin dünya görüşünü artırır, hər hansı bir sahədə məlumat sahibi olmağımıza təsir edir. Bəzən tanış olduğumuz bir əsər əsasında çəkilən filmlər kiabda oxuduqlarımızın yaddaşımıza daha dərindən həkk olmasına kömək edir.
Sözü çox uzatmadan deyək ki, kitab, qəzet, jurnal oxumaq qədər film izləmək də şəxsiyyət və xarakterin formalaşmasına təkan verir. Demək olar ki, hər birimiz film izləyirik. Bəzən televiziya kanalları arasında keçid edərkən gözümüzə sataşan hansısa film marağımıza səbəb olur və biz sona qədər onu izləyirik. Bəzən də dost-tanışın tövsiyəsi ilə film izləyirik. Bu “bəzən”ləri artırmaq mümkündür. Lakin filmlə bağlı əsas qeyd etmək istədiyimiz məsələ eynilə kitab seçimində olduğu kimi film seçimində də “yüz ölçüb bir biçmək”dir. Çünki mavi ekranlarda bizə təqdim olunan həddən artıq film var. Karantin günlərində dostlarımızın və yaxınlarımızın tez-tez ünvanladığı “hansı filmi izləsək yaxşı olar?” sualını nəzərə alaraq oxuculara bir neçə film haqda qısa məlumat vermək istəyirik:
ÜMİDİNİ İTİRMƏ
Orijinal adı “The Pursuit of Happyness” olan və türk dilinə də dublyaj edilən filmi internet arama motorlarında “Umudunu Kaybetme” olaraq da axtara bilərsiniz. 2006-cı ildə səhnələşdirilən film Amerikalı iş adamı Kris Qardnerin (Chris Gardner) illər əvvəl oğlu ilə küçələrdə qalaraq yaşadığı acınacaqlı həyatından bəhs edir. Aylardır işsizlikdən əziyyət çəkən və heç bir gəliri olmayan Qardner, nəhayət, arvadı tərəfindən də atılır. Xanım tərəfindən tərk edilən Qardner və oğlunu daha ağır günlər gözləyir. Filmi izləyərkən oğlunu xoşbəxt etmək üçün əlindən gələn hər şeyi edən, lakin müvəffəq olmayan bir ata obrazı sözün həqiqi mənasında göz yaşlarınıza səbəb olacaqdır. Eyni zamanda oğlunun atasına etimadı, küçələrdə keçən çətin günlər təsirli səhnələrdən sadəcə bir neçəsidir. Hər şeyə rəğmən ata-oğulun həyata olan ümidini itirmədən çətinliklərlə mübarizəsi, əlbəttə ki, xoşbəxt sonluqla nəticələnir. Filmdə Qardner rolunu Uill Smit (Will Smith) canlandırır. Canlandırdığı rolla filmə xüsusi rəng qatan, yaşanan hadisələri daha da dramatik şəkildə izləyiciyə çatdıran aktyorun məharətlə çəkildiyi səhnələrdə oğlu Jaden Smitin (Jaden Smith) də yer alması xüsusi tamamlayıcı xarakter daşıyır. Filmi izləyərkən ata-oğul arasındakı təbiilik, ahəng, rolların harmoniya içərisində ifası sözün əsl mənasında möhtəşəm bir əsər olaraq qarşımıza çıxır.
MNİM ADIM XANDIR
2010-cu ildə istehsal olunan filmin rejissoru Karan Cohar, əsas ssenari müəllifi Şibani Baticadır. Baş rollarında Şahrux Xan və Kacol yer alır Film Şahrux Xanın canlandırdığı Rizvan Xanın həyatından bəhs edir. Anası ilə birlkdə yaşayan Rizvan onun ölümündən sonra Amerikada yaşayan və yaşça özündən kiçik qardaşının yanına gedir.
Orada tanış olduğu dul və hindu qadın Mandıra ilə evlənir. Rizvan Xan eyni zamanda aspenger sindromu adlı psixoloji xəstəlikdən əziyyət çəkir. Belə ki, autizm xəstəliyinin bir növü sayılan bu sindrom insanda ətraf mühitlə bütünləşmək və cəmiyyətə inteqrasiya problemlərinə səbəb olur. Filmin ssenarisinə görə Amerikada baş verən 11 Sentyabr hadisəsindən sonra Mandıranın əvvəlki ərindən olan oğlu milliyyətçilər tərəfindən döyülərək öldürülür. Öldürülməsinə səbəbsə anasının Rizvanla evliliyindən sonra onun da Xan soyadını daşımasıdır. Bu dəhşətli hadisədən təsirlənən Mandıra Rizvandan uzaqlaşmaq qərarına gəlir və ona çıxıb getməsini söyləyir. Rizvan nə vaxt qayıda biləcəyini soruşduqda Mandıra ABŞ prezidentinin yanına gedib adının Xan olduğunu, amma terrorist olmadığını dedikdən sonra geri qayıda biləcəyini bildirir. Rizvanın xəstəliyi bu sözü ciddi qəbul etməsinə səbəb olur və uzun sürən həyat yolçuluğu başlayır. Yalnız bir məqsədi var, prezidentlə görüşüb ona “Mənim adım Xandır və mən terrorist deyiləm”, - cümləsini söyləmək. Deyə bilirmi? Sualın cavabı üçün filmi izləyək.
ŞƏRHLƏR