“AXIRINCI KADR”

“AXIRINCI KADR”

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin xatirəsinə (1960-1992)

Çingiz hələ tələbəlik illərindən jurnalistliyə, mətbuata maraq salmışdı. İnsanları şüurlandırmaq, gözlərini açmaq üçün kapatmalama yavaş-yavaş onun həyat tərzinə çevrilmişdi. 80-ci illərdə ilk dəfə azərbaycanca rep səsləndirməsi, DJ qrupu yaratması onun yavaş-yavaş mikrofon və studiyalara aludə olacağından xəbər verirdi.

 İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim işlədiyi illərdə də bu həvəskar qabiliyyətini inkişaf etdirmiş, yataqxananın otaqlarını əhatə edən kabel televizyoniziyası quraşdırmışdı. Orada özü verilişlər aparır, filml nr nümayiş etdirirdi. 1985-ci əə yaratdığı “Cəngi” birliyi gənclər arasında onun populyarlığını daha da artırmışdı. 1990-cı ilin Qanlı Yanvar hadisələri isə onun həyatının tamamilə dəyişməsinə və içindəki jurnalist ruhunun digər bütün həvəsləri üstələməsinə səbəb oldu. Həmin günd etn etibarən əlinə seçmek kamera həyatının son anlarına qədər əlindən düşmədi. Gah meydanlardakı alovlu mitinqlərin ortasında, gah Milli məclisin zalında, gah Azərbaycana qonaq gələn xarici ölkə başçıları ilə müsahibədə, gah da ucqar dağların başında, ölüm yağan Çingizin əsgərlərlə dostluğunda və cəbhəyə qarşı qorxubilməz marağında onun hərbiçi ailəsində anadan olmasının rolu böyük idi. Atası Fuad müəllim hərbi hissə komandirliyi daxil bir çox vəzifələrdə işləmişdi. O, imperiya dövründəki ögey münasibəti ən yaxından hiss edənlərdən biri idi. Bu barışmaz mövqeyi səbəbilə olmalıdır ki, azadlıq hərəkatının ən gənc üzvü və 1937-ci ildə repressiya qurbanı olan qardaşının adını vermişdi oğluna – Çingiz. Anası Naxış xanım da bu mübarizədə onun ən böyük ilham mənbələrindən biri idi. Naxış xanımın 50 yaşı tamam olurdu, 1990-cı ilin 18 yanvarında. Lakin o, yubileyini evdə qeyd etmək yerinə meydanlarda, “azadlıq” şüarları ilə keçirmişdi həmin günü. Atası istəyirdi ki, Çingiz hərbiçi olsun. Buna görə onu, 3-cü sinifdən Naxçıvanski adına hərbi liseyə yollamışdı. Amma Çingiz orada altı ildən artıq dayana bilmədi. Hərbi sahənin məhdudlaşdırıcı nizam-intizamı onun azad xəyallarını daha çox sıxıb saxlaya bilmədi. Hərbi məktəbdən ayrılıb təhsilini  müntəzəm orta məktəbdə tamamladı. Anası isə qabiliyyətli oğlunu həkim kimi görmək istəyirdi. Çingiz anasının təşviqi ilə Tibb İnstitutuna daxil oldu və 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirdi. Yanvar hadisələri zamanı Çingiz yataqxananın klinikasını yaralılara kömək məqsədi ilə terapiya mərkəzi kimi istifadə edirdi. Bu hadisələrdən sonra o, artıq həkim xalatına da sığmadı, kameranı əlinə götürərək jurnalist və reportyor kimi Azərbaycan Dövlət Televiziyasına üz tutdu....

Atışma başladı. Çingiz dərhal kameranı işə saldı, sipər arxasından dayanmadan atəş açan əsgərlərin arasına qarışdı. Güllələr dəmir şiferin üstünə yağan dolu kimi şaqqıldaşdı. Başıboş mərmilər bədənlərdən can qopartmaq üçün yarışdı. Çingiz əsgərlərə səsləndi: “Uşaqlar, yaxınlaşırsız ha, ehtiyatlı olun...”.  Görürdü ki, əsgərlərin çoxunun əynində gülləkeçirməz jilet yoxdur. Nəinki jilet, başında dəmir kaska olmayanlar da az deyildi...

Pulemyotlar, avtomatlar dayanmadan ölüm qusurdu. Birdən, bu qulaq batırıcı gülləbaran arasında acı bir partlayış eşidildi. Hər kəs başını əyib qorunmaq üçün mövqe aldı. Kamera yanı üstə yatıb qaldı. Elə həmin anda sanki Bakının hansısa səmtində ana ürəyi alışdı. Ananın əlləri əsdi, az qaldı əlindəki boşqab yerə düşsün. Dərhal oturub nəfəs dərdi, özünə gəlməyə çalışdı. Çingizi düşündü, görəsən, dəcəl oğlum yenə haralardadır?..  Ata ürəyindən soyuq bir titrəyiş keçdi, hiss etdirməmək üçün boğazını arıtladı, udqundu, lakin bu yanğı bir daha keçmədi. Doqquz aylıq körpə səksənib yuxusundan ayıldı, qığıldadı, bir də görə bilməyəcəyi atasını axtardı gözləri. Ananın təsəlliverici nəvazişi ilə yenidən yuxuya getdi. Rəfiqə xanımın gözlərinə yaş doldu, dodağını sıxdı, büruzə vermədi.

Yanıqlı bir səs eşidildi: “Ayağım getdi!.. Öldüm!..” Dərhal yerdə qıvranan Çingizin başına yığışdılar. Böyük canfəşanlıqla onu xəstəxanaya çatdırmaq üçün zirehli maşına daşıdılar. Çingiz bir əli ilə gülləkeçirməz jiletinin alt tərəfində qanayan yarasını tutmuş, bir əlində isə kamerasının qayışını möhkəmcə sıxmışdı. Bu yaradan qurtulmağın çətin olduğunu başa düşmüşdü; qəlpə arterial damarını kəsmişdi, güclü qanaxma gedirdi. Ölüm gəlib gözlərinin qabağında dayandı. Gücünü cəmləşdirib: “kameram!.. kameram!..” deyə səsləndi.

Axırıncı kadrlarda kamera titrədi, əsdi. Əcəl taqətini kəsdi. Onunla birlikdə vətən torpağı bir anlıq silkələndi, tərpəndi. Ana vətənin bağrından bir od parçası qopdu, düşdü qara torpağa. Su səhəngi su yolunda qırılarmış. Xan çinarından qopub öz kölgəsinə sığınan yarpaqlar kimi o da ana torpağın qucağına yol aldı, məğrur və nikbin baxışlarıyla. Qısa ömür yolu ilə lentə alıb getdiyi və son pərdəsində məhz özünün rol aldığı nəhəng qəhrəmanlıq salnaməsi hər bir vətən oğluna nümunə oldu.

Şücaətlə açdığın tele-cığır gələcək nəsillərə yol göstərsin, igid reportyor!.. Məkanın cənnət olsun, şəhid!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz