ALİYA İZZETBEQOVİÇ “İSLAM BƏYANNAMƏSİ”

ALİYA İZZETBEQOVİÇ “İSLAM BƏYANNAMƏSİ”

Düşünürəm ki, Aliya İzzetbeqoviç fərqli ideologiyalara məxsus şəxslərin cəmiyyətdə birlikdə necə yaşaya biləcəyi, bunun için ideal həll bulabilirsiniz barəsində oxuna biləcək fikir insanlarının önn önündə gəlir. Bu gün qısa olaraq onun haqqında ve “İslam bəyannaməsi” kitabı barəsində yazmaq istəyirəm.

Əvvəla onu qeyd etmək istəyirəm ki, Aliya İzzetbeqoviç haqqında “Bilge Kral” kimi ləqəblərin işlədilməsini bir qrup insan kimi mən də xoş qarşılamıram. Çünki onun belə dar və məqsədli bir tərif çərçivəsinə sığmadığını düşünürəm. Aliya bir çox mühafizəkar çevrədə mənfi mənada müasir (modern), islahatçı (reformist) fikir insanı olaraq tanınıb, belə qələmə verilib və elə çox güman bu səbəbdəndir ki, mühafizəkar, beldar q onuləmə verilib və elə çox güman bu səbəbdəndir ki, mühafizəkar, dindar insanlar için çox da tanımır, çıə tı ”tir. Bizim ölkədə də Aliya çox tanınmır və böyük ehtimal ki, bəhs olunan səbəb əsas amillərdən içerir. Digər tərəfdən, Qərb d sahib onu sahiblənməyib, əksinə, onu özündən uzaq tutub, çünki için gözündə Aliya bir müslman fikir insanı, İslami h liderirəkat bitti olub. Uzun sözün qısası, Bosniya v Herseqovinanın taleyi kimi o da ortada, arada qalmışlığın acısını, sıxıntısını yaşayıb və düşünürəm ki, əsər və fikirləri hələ də bunu yaşayır. Bəlkə də, bu baxımdan onu anlamağa yan yaxın cəmiyyətlərdən biri də biz ola bilərik.

Aliya haqqında tarixi məlumatlarla sizi yormaq istəmirəm, bunlar internetdən rahatlıqla tapıla bilər. Sadəcə bunu qeyd edim ki, daha gənc yaşlarında Qərb fəlsəfəsi, dünya ədəbiyyatı ilə bağlı çox ciddi mütaliələri olmuş Aliya elə o illərdən etibarən bir fəal və siyasi fiqur olaraq da fəaliyyət göstərib. Dəfələrlə fikirlərinə görə həbs olunub. Bosniya və Herseqovina dövlətinin ilk prezidenti olan Aliya Bosniya müharibəsində də ölkənin lideri olaraq tarixə düşüb. Həyatı ilə bağlı çox detallı və axıcı bir sənədli film (“Aliya” 2006; Rejissor: Mahmut Fazıl Coşkun) və bir də kiçik bir serial (“Alija”, 2018; Rejissor: Ahmet İmamoviç) tövsiyə edə bilərəm.

Aliyanın “İslam bəyannaməsi” kitabı ilə yanaşı “Qərb və Şərq arasında İslam”, “Azadlığa qaçışım: Həbsdən qeydlər”,  “Tarixə şahidliyim” kimi əsərləri mövcuddur.

İndi də çox qısa bir şəkildə “İslam bəyannaməsi” kitabından bəhs edim. Bu əsərdəki fikirlərindən dolayı Aliya həbs edilmişdir. Əsərdəki fikirləri ilə Aliya, daha əvvəl də qeyd etdiyim kimi, fərqli ideologiyalardan olan insanların eyni cəmiyyətdə, eyni ölkənin sərhədləri daxilində necə yaşaya biləcəyinə dair gözəl bir yol xəritəsi təqdim edir. Bu baxımdan onun Bosniya və Herseqovinada liderliyini etdiyi cəmiyyət modeli Əndəlüs cəmiyyəti ilə müqayisə edilmişdir.

Fikirlərinə diqqət etdiyimiz zaman Aliyanın klassik mühafizəkar dindar çərçivəsinə sığmadığını görə bilirik. Amma onun tam bir qərbyönümlü, modernist biri olduğunu demək də haqsızlıq olar. Kitab Aliyanın cəmiyyət, din və dövlət ilə bağlı əsas fikirlərini özündə ehtiva edir. Aliya qeyd edir ki, İslam sadəcə dua və ibadətdən ibarət olan bir həyat tərzi deyildir, məscid ilə zavod və fabriklər yan-yana olduğu zaman İslami sistem sözün əsl mənasında yaranmağa başlayacaq.

O, İslamın sadəcə bir din (“religion”) olmadığını qeyd edir və bunun üçün xristianlıq və yəhudilik ilə paralel müqayisələr aparır, kilsə və məscidin funksiyaları vasitəsilə fikirlərini əsaslandırır. Ona görə müasir dövrdə İslama ən çox zərər vuran şəxslər hədsiz dərəcədə mühafizəkar olanlarla ağına-bozuna baxmadan qərbyönümlü və modernist olanlardır. Aliya, dinimizin də bir çox yerdə vurğuladığı kimi, orta yol tərəfdarıdır. Onun həyat fəlsəfəsində orta yol – üçüncü yol hər zaman ən vacib məsələ olub.

Gücsüzlüyümüzün əsas səbəblərini təhsilsizlikdə, əsir vəziyyətində olmağımızda və eyni zamanda iqtisadi olaraq da zəifliyimizdə görən Aliya, bunları düzəltmək üçün əzbərçilik və şəklə əhəmiyyət verməyin deyil, ilahi mesajları doğru anlamağın və onlara əməl etməyin vacib olduğunu deyir.

Qadınların təhsil almağının zəruri olduğunu, yalnız bu halda cəmiyyət və ailələrin xoşbəxt ola biləcəyini qeyd edir. Kitabda dəfələrlə, fərqli hissələrdə təhsilin, elmin nə qədər əhəmiyyətli olduğuna, cəmiyyətlərin yalnız bu metodla inkişaf edə biləcəyinə diqqət çəkilir.

Əsər çox qısa və axıcıdır. Kitabın adındakı “bəyannamə” ifadəsi əslində çox mənalıdır. Sadəcə 100 səhifədən ibarət olan əsər əsas etibarilə üç hissədən ibarətdir: Müsəlman xalqların geridə qalmışlıq problemi, İslami sistem və İslami sistemin müasir problemləri. Əsəri oxuduğumuz zaman üstündən on illər keçməsinə baxmayaraq təsbit edilmiş problemlərin bu gün də var olduğunu görürük. Bu da Aliyanın nə qədər böyük bir fikir insanı olduğundan xəbər verir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz