İSTİSU
Kəlbəcər rayonunun coğrafiyası dedikdə hamının ağlında ecazkar bir təbiət canlanır. Xüsusən də İstisuyun adı gələndə hamı Kəlbəcəri düşünür. Niyə məhz İstisu? Niyə məhz Kəlbəcər? Azərbaycanın başqa yerində belə bir su ola bilməzdimi? Kəlbəcər təbiətinin bu valehedici sirri nədir? İndi sizə bu möhtəşəmliyin sirrini azacıq da olsa anlatmağa çalışacağam.
Kəlbəcər və ümumiyyətlə Azərbaycan ərazisi seysmik zonada yerləşir. Və bu seysmiklik onun təbiətinə çox güclü şəkildə təsir göstərir. Bu seysmiklik cavan dağlar, zəlzələlər, palçıq vulkanları şəklində təzahür edir. Ümumiyyətlə, dünyada isti suların, qeyzerlərin yer səthinə çıxma səbəbi yerin dərinliyində çox şiddətli istiliyin olmasıdır. Yerin dərinliyində olan çox şiddətli qızma sayəsində sular fəvvarə vuraraq yer səthinə çıxır. Çox vaxt bu proses vulkanik ərazilərin yaxınlığında baş verir.
Kəlbəcər dünyada daha çox isti su mineral ehtiyatı və İstisu sanatoriyası ilə tanınmışdır. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində (solunda) silsilə dağ yamaclarında yerləşir. Buradakı mineral bulaqlar 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması və çatlaması nəticəsində formalaşmışdır. Mineral bulağı dünyaca məşhurlaşdıran amillərdən biri elə bu olmuşdur. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə bu su dünyaca məşhur olan Karlovı Varı bulaqları (Çexiya) ilə eynilik təşkil edir və bir çox digər xüsusiyyətlərinə görə dünyada təkdir.
Qаrаbаğın ərаzisi Kiçik Qаfqаz sırа dаğlаrındаn başlanğıcını götürərək Kür-Аrаz çаylаrı аrаsındаkı ərаziyə qədər gedib çıxır. Qərbə dоğru getdikcə yüksəlir və nəticədə Murоvdаğın məğrur zirvəsinə qədər uzаnır (Cаmışdаğ zirvəsi 3724 metr dəniz səviyyəsindən yüksəkdədir). İstisuyun temperaturu 58,8 °C dərəcədir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibindən aydın olur ki, bu mineral su litium, brom, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə çox zəngindir. Mənbələrdə bu bulaqlardan birinin 8 metr hündürlüyündə fəvvarə vurduğu qeyd olunur. İstisu mineral bulağının suyu hipertermal, hidrokarbonatlı, xloridli, sulfatlı, natriumludur. Mineral bulaqlarının suyundan alınan duzlardan xronik qəbizlik, qaraciyər, öd kisəsi, qastrit və s. xəstəliklərin müalicəsində istifadə edildiyi söylənilir. Kəlbəcər rayonu ərazisində yerləşən Dəlidağ intruzivi (vulkanik süxur) ətrafındakı ərazilərdə bu suya digər maddələrlə qarışıq şəkildə rast gəlinir. İstisu mineral suyu ilə bağlı olaraq bu ərazidə İstisu kurort sanatoriyası yaradılmışdır.
İstisuda müalicə-istirahət zonasının yaranması Sovet hakimiyyəti yaradıldıqdan sonra, daha dəqiq ifadə etsək, 1925-ci ildən Azərbaycan hökumətinin diqqət mərkəzində olmuşdur. Hələ 1926-cı ildə Respublika Ali İqtisad Soveti İstisudakı su mənbələrində istirahət-müalicə tikintiləri aparılması barədə qərar qəbul etmişdir. 1928-ci ildə isə İstisu sanatoriyasının inşa olunması, yolların çəkilməsi sovet qurultayında məsələ olaraq qaldırılmışdır.
İstisu mineral bulaqları fəaliyyətdə olan 12-yə yaxın bulaqdan ibarətdir. Bu mineral bulаqlаr hаqqındаkı ilkin məlumаtlаr bizim erаnın XIX əsrinə аiddir. Оnun müаlicəvi əhəmiyyəti M.E.Əfəndiyev tərəfindən öyrənilmişdir. Sоnrаkı illərdə tanınmış alim, аkаdemik Mirəli Qаşqаyın rəhbərliyi аltındа yаrаdılmış ekspedisiyа İstisu bulаqlаrını tədqiq etmişdir. Kəlbəcərin qаyаüstü təsvirləri də öz mövzu dərinliyinə, tаriхi və bədii dəyərlərinə görə 1977-ci ildə Mоskvаdа keçirilən elmi simpоziumdа İttifаq miqyаsındа ilin ən dəyərli kəşfi kimi dəyərləndirilmişdir. Bu bir rayon üçün böyük nailiyyətdir.
2020-ci ildə Azərbaycan ordusunun əks-hücüm əməliyyatı sayəsində Kəlbəcər rayonu və ona qonşu olan torpaqlar 30 illik düşmən əsarətindən azad olundu. Bu, böyük uğurdur. 44 gündə əldə edilən bu qələbə Azərbaycan xalqının və Azərbaycan ordusunun şücaətini bütün dünyaya göstərdi. Doğma Kəlbəcərimizdə indi Azərbaycan bayrağı dalğalanır, dünya şöhrətli İstisuya indi Azərbaycan əsgəri nəzarət edir. İnanırıq ki, tez bir zamanda İstisu sanatoriyası yenidən bütün Azərbaycan vətəndaşlarına xidmət göstərəcəkdir.
ŞƏRHLƏR