Sağlam təfəkkürdən deizm çıxarmı?

Sağlam təfəkkürdən deizm çıxarmaaaı?

Son dövrlərdə gənclər arasında kor-koranə şəkildə deizmə xüsusi maraq yaranıb. Hər keçən gün şüurlu və ya şüursuz olaraq neçə-neçə gənc deizm adlı qaranlıq yolu seçir. Hətta azyaşlı şagirdlər belə mahiyyətini, məqsədini, möhtəvasını tam dərk etmədən deist olduğunu açıqlayırlar. Təəssüf ki, nə məktəbdə müəllimlər, nə də evdə valideynlər moda deizmi”nə aparan yolun qarşısına sağlam fikirlərlə/arqumentlərlə sədd çəkə bilmirlər. Çünki həqiqətin izahında metod xətası edərək deizmin, ateizmin və ya aqnostisizmin səfsətələrini ortaya çıxartmaqdansa öz inandığını, düşündüyünü, həyat formasını, bir sözlə, təfəkkürünü müdafiə etməyə çalışırlar. Halbuki bu tip müzakirələrdə İslamı müdafiə etməyə gərək yoxdur, onsuz da İslam mahiyyəti etibarilə qüsursuzdur. Belə anlarda sağlam/elmli müsəlman kimliyimizi qorumalı, mümkün mərtəbə müzakirənin içinə dini almamalıyıq. Bir deistə/namizədə Qurani-Kərimdən ayələr və hədislərdən sitat gətirmək doğru deyil, çünki qarşı tərəf dini/peyğəmbəri qəbul etmir. Əvvəlcə “Allah”ın nəliyinə dair fikir bildirərək düşündürmək, daha sonra digər mövzulara keçmək lazımdır. Təbii ki, hər bir müsəlman dinini mükəmməl bilməklə yanaşı, ümməti daşlı yollara çəkə biləcək fikir səfsətələrini də mükəmməl bilməlidir ki, mübarizədə müvəffəq olsun.

Deizm Tanrı mənasına gələn “Deus” sözündən  ərsəyə gətirilib və eramızdan əvvəl IV əsrdən günümüzədək bir sıra tarixi-fikri mərhələlərdən keçərək müxtəlif formalar alıb, fərqli növlərə ayrılıb. Bəsit şəkildə desək, deizm tanrını və yaradılışın onun tərəfindən həyata keçirildiyini düşünən, qəbul edən, fəqət tanrının təktanrılı dinlərdə olduğu kimi hər hansı bir peyğəmbəri, həmçinin onun vasitəsilə göndərilən çərçivələri müəyyən edilmiş həyatı (dini) qəbul etməyən dünyagörüşü formasıdır. Bəzən deizmin Allahı qəbul etməklə vəhy və dini qəbul etdiyi deyilir. Vəhyi qəbul etmə dərəcəsinə görə fərqlənən, həmçinin səmavi dinlərin müəyyən tərəflərini qəbul edən deizm növləri mövcuddur.

İdeyanın tarixi başlanğıcını ilk təkanverici qüvvə məsələsinə görə qədim yunan filosofu Aristotelə bağlayırlar. Aristotel var olanın var olması, habelə gerçək olması üçün ilk hərəkətverici qüvvənin zəruri olduğunu qeyd edir. Bu qüvvə tək, əzəli, əbədi, saf, formasız, cisimsizdir və ən əsası hərəkətsizdir. Onun metafizikasına iki cür şərh verilib: Aristotelin zəruri qüvvəsinin tanrı/Allah olduğunu, tanrının hərəkətsizliyinin əslində mükəmməlliyindən qaynaqlandığını qeyd edən orta əsr İslam mütəfəkkirləri və Aristotelin hərəkətverici qüvvəsinin təkan verdikdən sonrakı proseslərə müdaxilə etmədiyini deyən intibah dövrü Qərb fikir adamları. İlk deizm forması arqumentləri, dəlilləri zəif və elmi müstəvidə ciddi qəbul edilməyən, üstündə çox müzakirə aparılmayan “Aristotel deizmi” sayılır. Nəzərə almaq lazımdır ki, filosof öz sistematik fəlsəfəsini qurmaq, biliyi sağlam hala gətirmək, ağılı önə çəkmək, sofistlərin müəyyən hallara görə dəyişkən nitqlərinin qarşısını almaq, fizikanın izah edə  bilmədiyi fiziküstü məsələləri əsaslandırmağa çalışmaq üçün və bir növ insanabənzər yunan çoxtanrılığına qarşı bu fikirləri qeyd edib. Yəni məqsədi nə tanrının, nə dinin inkarı olub, nə də deizm yaratmaq.

XV əsrdən etibarən Avropada fikir adamları elm dəyərsizləşdirildiyi, dinin zaman, məkan və şəxsə görə şəkillənərək qərarlar qəbul etdiyi, inkvizisiya məhkəmələri və indulgensiya yayıldığı, dini həyat çətinləşdirildiyi, dözülməz vəziyyətə gəldiyi üçün xristianlıq əsaslı sxolastik fəlsəfəyə söykənən düşüncəyə qarşı çıxırlar. Başda təslis olmaqla xristianlığı təkcə alim və filosoflar yox, din xadimləri də tənqid edir. XVI əsrdə Almaniyada Martin Lüter və İsveçrədə (Fransadan başlayaraq) Jan Kalvin ciddi kütləni arxalarına alaraq xristianlığın ağır şərtlərinə etiraz edir, kitab və məqalələr yazaraq kəskin mübarizə aparır, nəhayət, katolisizmə alternativ protestantlıq (Lüteranlıq və Kalvinizm) cərəyanını yaradırlar. Avropada gedən dəhşətli proseslərin izahı çətindir, fəqət 1572-ci ildə Parisdə baş verən “Varfolomey gecəsi” faciəsinin adını çəkmək müəyyən təsəvvürün formalaşması üçün kifayət edər.

Deizm sözündən termin olaraq ilk dəfə məhz bu dövrdə kalvinist Piyer Vire (Pierre Viret) 1564-cü ildə yazdığı “Xristian təlimatı” kitabında istifadə edir. Göründüyü kimi, hazırda deizm dedikdə anlaşılan ifadə xristianlığın əleyhinə yaradılan düşüncə formasıdır ki, “Nəsrani deizm” adlanır.  Məsələn, bu deizm formasının ilk qurucularından biri olan Edvard Hörbt (Edvard Herbet) tanrı və axirət inancının olduğunu bildirməklə yanaşı, dini mətnlərlə bağlı kəskin şübhələri olduğunu bildirirdi. Daha sonra zamanla “teistik deizm” formalaşdı;  tanrı, din və axirət inancı olsa da, bu anlayışlarda səmavi dinlərdən kəskin fərqlər yarandı.

 Deizmin yaranma prosesi zamanı mühit sağlam təfəkkürə sahib deyildi; bəladan canlarını qurtarmaq istəyən kütlə və mütəfəkkirlərin, din adamlarının aqressiyasının məhsulu idi. Bəs indi “mən deistəm” deyən şəxs hansı deizmi nəzərdə tutur? Qədim yunan tanrılarını, yoxsa xristianlığı qəbul etmir? Əslində, heç biri. Gənclərin fikir dünyasında bu məsələlər bir-biri ilə mübarizə aparmır, əksəriyyətinin deist aqrumentlərdən xəbəri belə yoxdur. Sadəcə deizmdə “azadlıq havası” və “məsuliyyətdən (dini) qaçış” təbliğ edilir. Deizm XXI əsrin modasıdır. Azadlıq eyforiyasından və məşhur birinə bənzəmək arzusundan yaranan moda. Sağlam təfəkkürlə insanlar deist ola bilməzancaq sağlam məqsədlə deistləşdirilə bilər.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz