QARABAĞ AZƏRBAYCANDIR!

QARABAĞ AZƏRBAYCANDIR!

Dağlıq Qarabağ… Gözəlliyinə doyulmayan, sehrli təbiəti ilə insanı valeh edən Azərbaycanın möhtəşəm bir guşəsi... Mən o torpaqları heç vaxt görməmişəm. Ancaq Dağlıq Qarabağın gözəl təbiətinə bələd olmuş valideynlərim, qohumlarım, hətta digər bölgələrdən olan insanlar o gözəl yerlər haqqında o qədər ağız dolusu  danışırlar ki, bir an öncə bu əsrarəngiz coğrafiyaya sahib topraqlara getmək üçün səbirsizlənirəm. Mənim  əslim Laçın rayonunun Alxaslı kəndindəndir.

 Anam və atam, qohumlarım bu yerlərin bulaqlarından, dağlarından və meşələrindən danışarkən hər zaman bizə belə gözəl bir diyarı bəxş etdiyi üçün Allaha şükürlər olsun deyərdilər.  Kəlbəcər rayonunda yüzlərlə bulağın bir-birinin ardınca, yanbayan axdığı Yüzbulaq deyilən  möhtəşəm bir dağ var. Həmçinin Kəlbəcərdə Qırxbulaq deyilən doyulmaz gözəlliyə sahib başqa bir məkan da var. Nənəm danışır ki, təcrübə üçün dovşana  daş uddurmuşlar və dərhal Kəlbəcərdəki İstisu  mineral suyundan dovşana içizdirmişlər. Ardından dovşanın qarnını kəsərək görübmüşlər ki, daş yoxdur, su onu əritmişdir. Ümumiyyətlə, Kəlbəcər, İstisu mineral bulağı və İstisu sanatoriyası ilə dünyada məşhur bir yerdir. Laçın və Kəlbəcərdə göz, mədə və bir sıra orqanlar üçün faydalı bir çox mineral sular vardır. Qafqaz geologiyasının atası hesab edilən  məşhur geoloq  H.Abix Kəlbəcərdən bəhs edərkən: “Kim Tərtərçay  dərəsi boyunca seyr etməmişsə, İsveçrənin gözəlliyinə yalnız o məftun ola bilər”, - deyərək  Qarabağın  bu ecazkar bölgəsini  İsveçrədən də artıq tərifləmişdir.

Ermənistan işğalı altındakı Dağlıq Qarabağ 28 ildən sonra Azərbaycana geri qayıtdı və bununla da öz tarixi həqiqətinə yenidən qovuşmuş oldu. Şiddətli Qarabağ savaşında minlərlə igid oğullarımız qəhrəmancasına şəhid oldular. “İki dövlət tək millət” olduğumuz qardaş Türkiyə Cümhuriyyəti bu çətin günlərdə bizi tək qoymadı və maddi-mənəvi dəstəyi ilə daim yanınızdayıq dedi. Nəhayət, bütün dünya, cənab prezidentimiz İlham Əliyevin də dediyi kimi, bu həqiqətə şahid oldu:  “Qarabağ Azərbaycandır!”.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz