HEKAYƏLƏR
Çörəyə ehtiyacım var idi
Amerikada 14 yaşında uşaq marketdən çörək oğurlayarkən yaxalanır, qaçmağa çalışarkən bir də piştaxtanı sındırır. Uşaq həbs edilir və məhkəmə qarşısına çıxarılır.
Qərarı vermədən əvvəl hakim, uşağın son sözlərini eşitmək istəyir. Hakim:
- Nəyə görə oğurluq etdiniz, səbəb?
- Çörəyə ehtiyacım var idi.
- Oğurlamaq yerinə çörəyi ala bilməzdiniz?
- Almaq üçün pulum yox idi.
- Amma ailəndən pul istəyə bilərdin.
- Evdə təkcə anam var. O da xəstə və işsizdir. Sırf buna görə bir az pendir və çörək oğurladım.
- Sən də çox balaca deyilsən. Heç iş axtarmısan?
- Avtomobil yuma işində işlədim. Bir həftə əvvəl anama qulluq etmək üçün icazə aldım və buna görə işdən qovuldum.
- Yardım istəyəcək yeriniz, kimsəniz yox idi?
- Xeyr. Hər gün evdən çıxdığımda hər hansı bir iş üçün işçi axtaran ən azı əlli ünvana baş çəkirdim, amma tapa bilmədim. Sonunda oğurluq etmək qərarına gəldim.
Uşağın ifadəsinin ardından hakim qərarını açıqladı:
- Oğurluq etmək, xüsusilə ÇÖRƏK oğurlamaq çox utancverici bir cinayətdir. O zaman cəmiyyət olaraq hamımız bu əməldən təqsirkarıq. Bu zalda olan hər kəs və mən bu əmələ görə günahkarıq. Elə isə buradakı bütün məhkəmə iştirakçıları 10 $ ilə cəzalanacaq. Siz hər biriniz 10 $ ödəyənə qədər kimsə məhkəmə zalını tərk etməyəcək.
Hakim özü də 10 $ - nı verdikdən sonra, ac uşağı polisə təslim edən market sahibinə 1000 $ pul cəzası kəsir.
Sonra da son qərarını açıqlayıb məhkəmə zalını tərk edir. Hakimin son sözləri bunlar idi:
"Bir insan ÇÖRƏK oğurlayarkən yaxalanırsa, o cəmiyyətin, toplumun, dövlətin bütün insanları utanmalıdır!.."
Çörəkçi
Fikir vermisinizsə, şəkildə göründüyü kimi, satılan çörəklərin (xüsusən, brend olan markalarda buna daha çox fikir verilir) üzərindəki kəsik xətlərin fərqi olur. Bəzən üç, bəzən isə tək xətlə rastımıza çıxır çörəklər. Bəs bu xətlərin bir mənası varmı?
Bəli, var. Əslində bu xətlərin sayı istər bir olsun, istər üç, bir məqsədi var ki, çörək bişərkən maya və s. qatqılar səbəbindən çörəyin üzərində qabarcıqlar əmələ gələndə balaca dəliklər açıb çörəyin xarici görünüşünü korlamasınlar. Amma Osmanlının ikinci padşahı üçün bu, tamamilə başqa bir məna ifadə edirdi.
Belə ki, Osmanlı padşahı Orxan Qazi Bursanı fəth etdikdən sonra Uludağa səfər etmiş və orada çörəkçilərlə şəxsən görüşüb, yoxlamağı qərara almışdı. O, çörəkçilərin birindən: "Nəyə görə çörəklərinizdə üç xətt var?" - deyə soruşur. Çörəkçi: "Biz xristianıq. Yediyimiz hər bir çörəyin bizə Tanrı, oğul və müqəddəs ruhu xatırlatması üçün çörəklərin üzərinə üç xətt çəkirik", - deyə cavab verir. Bu dialoqdan Orxan Qazi çox təsirlənir və hadisədən sonra belə bir fərman imzalayır: "Bundan sonra bütün müsəlman çörəkbişirənlər Allahdan başqa ilah olmadığına işarə etmək üçün bişirdikləri çörəklərin üzərinə yalnız bir xətt vursunlar!"
O ənənəyə indiyə qədər bir çox çörəkçi sadiq qalır.
Peşmançılıq
Bu məşhur fotoşəkil matador Alvaro Muneronun karyerasının sonunu təsvir edir. Döyüşün ortasında birdən peşmançılıq hiss edərək arenanın kənarında oturur.
Daha sonra Alvaro bir reportajda deyir: “Birdən o iti buynuzları yox, öküzün gözlərini gördüm. Qarşımda dayandı və mənə baxdı. Sadəcə orada dayandı və heç hücuma cəhd etmədən məni izlədi. Bütün heyvanların gözlərindəki məsumluq ilə məndən kömək istəyərək baxırdı.
Bu, sanki ədalət üçün yüksələn bir fəryad kimi idi və birdən ürəyimdən belə bir hiss keçdi ki, biz Allaha dua ilə müraciət etdiyimiz kimi, o da mənə müraciət edir: “Mən səninlə mübarizə aparmaq istəmirəm! İstəsən məni öldür, amma səninlə döyüşmək istəmirəm!” Mən bunları onun gözlərində oxuyarkən özümü yer üzünün ən pis məxluqu kimi hiss edirdim və döyüşü yarımçıq dayandırdım. Bundan sonra vegeterian oldum və öküz döyüşünə qarşı mübarizə aparmağa başladım”.
ŞƏRHLƏR