Yazı və inkişaf
İnsan cəmiyyətinin yarandığı ilk dövrlərdə onları adi bilik və bacarıqlar qane edirdi. İnformasiyaya olan tələbatın artması müxtəlif qurğuların meydana çıxmasına səbəb oldu. İnformasiyanın emalı üçün yeni üsul və vasitələrin yaranması cəmiyyətdə ciddi dəyişikliklərə - informasiya inqilablarına gətirib çıxartdı. Bəşəriyyətin inkişafına daha çox təsir edən bu inqilabları, adətən, dörd mərhələyə bölürlər:
1) Yazının meydana gəlməsi. Yazının icadının hansı xalqa məxsus olduğu barədə fikir ayrılıqları mövcuddur. Araşdırmalara əsasən, günümüzə gəlib çatan, daş üzərində ilk yazılar şumerlərə məxsusdur. Mismara bənzər yazı forması işlədən şumerlər simvollardan istifadə edirdilər. Bu simvollar eramızdan təxminən 3200 il əvvələ aiddir. Beləliklə, şumerlərin e. ə. 4-cü minilliyin əvvəllərində gil lövhəciklərdə mixi yazı ilə öz kitablarını yazdığı ehtimal olunur.
E.ə. 4241-ci il hadisələrin tarixlənə bildiyi ilk ildir. Bu, Misirlilərin təqvim yaratmaları ilə mümkün olmuşdur.
E.ə. 3000-cü ildə Babillilər ilk hesablama maşını olan abakı kəşf etmişlər.
E.ə. 700-cü ildə Lidyada (bugünkü Türkiyə ərazisi) malların alqı-satqısı üçün ilk dəfə puldan istifadə edilmişdir.
Qədim türk abidələri olan Orxon-Yenisey daş kitabələri də hərfi (sillabik) yazının ilkin nümunələrindən sayılır.
Yazı yazmaq üçün kağız isə ilk dəfə Çində təxminən II əsrdə ixtira olunmuşdur.
2) Kitab çapının ixtirası. İlk texniki mətbəə 1450-ci ildə alman İohann Qutenberqin adı ilə bağlıdır. Əslində isə ilk mətbəənin ən bəsit şəkli şumer türklərində mövcud idi. Mesopotamiyada aparılan qazıntılar və yaxud burada şumerlərə aid bir sıra tarixi abidələrin üzə çıxması buna sübutdur.
İlk Azərbaycan mənşəli çap məhsulu kitab görkəmli alim Nəsirəddin Tusinin 1594-cü ildə İtaliyanın Roma şəhərində, “Mediçi” mətbəəsində ərəb dilində çap olunan “Təhriri-Oqlidis” əsəri olmuşdur. Həmin kitab 1657-ci ildə latın dilinə çevrilərək Londonda da nəşr edilmişdir.
Azərbaycanda ilk çap dəzgahı XIX əsrin əvvəllərində Təbrizdə quraşdırılmışdır. 1830-cu ildə isə Şuşada mətbəə fəaliyyətə başlamışdır. 1875-ci ildə Həsən bəy Zərdabi Bakıda “Əkinçi” qəzetinin nəşrinə icazə ala bildi.
3) Elektrikin kəşfi ilə başlayan yeni dövr. 1780-ci ildə polad ucluqlu qələm (pero) kəşf etməklə Harrison öz adını tarixə yazdırmağı bacardı. Müasir karandaşı isə 1790-cı ildə N.Karte kəşf edib.
1843-cü ildə Samuel Morse teleqraf mesajlarında istifadə etmək üçün nöqtə və xətlərdən ibarət olan məşhur “morze” əlifbasını kəşf etdi. 24 may 1844-cü ildə o, kəşf etdiyi teleqraf aparatının köməyi ilə, özünün yaratdığı nöqtə və xətlərdən ibarət olan ilk teleqramı göndərmişdir.
1877-ci ildə Edison ilk fonoqrafı kəşf etdi.
1876-cı il fevralın 14-də Aleksandr Qraham Bell ilk telefon aparatının ixtirasını patentləşdirdi.
Mobil telefonun ixtirası isə XX əsrin 80-ci illərində mühəndis Martin Kuperin adı ilə bağlıdır.
İtaliyalı alim Guglielmo Markoni tərəfindən 1898-ci ildə ilk radio yaradıldı.
1938-ci ildə macar ixtiraçı Lazlo Biro diyircəkli qələmi ixtira etmişdir.
1938-ci ildə amerikalı Çester Çarlson ilk fotokopiya maşınını ixtira etmişdir.
4) Kompüter əsri. XIX əsrdə fırlanan çap maşınları və XX əsrdə ofset çap texnologiyası kimi yeni üsullar ortaya çıxmışdı. XX əsrin ikinci yarısında isə rəqəmsal çap maşınları istehsal edildi. Bu mətbəələr kompüterlə idarə olunan sistemlərdən və rəqəmsal çap texnologiyalarından istifadə etməklə sürətli çap prosesini həyata keçirməyə başladı.
1946-cı ildə ABŞ-da Con fon Neyman, Q. Qoldsteyn və A. Beris tərəfindən “ENİAK” adlı universal kompüter yaradıldı.
1950-ci ildə Alan Turing "Kompüterlər və Zəka" adlı məqalə ilə süni intellektin bünövrəsini qoydu.
1956-cı ildə Dartmut Konfransı keçirildi. Süni intellekt sistemli şəkildə araşdırılmağa başlandı və elm sahəsi kimi qəbul edildi.
Top of Form
İlk mikroprosessor “İntel” tərəfindən 15 noyabr 1971-ci ildə hazırlanan İntel 4004 prosessorudur.
1974-cü ildə Çarlz Simonyi və Batler Lampson tərəfindən Alto kompüterləri üçün hazırlanmış ilk müasir yazı proqramı “Bravo” hazırlandı.
1978-ci ildə Dan Bricklin və Bob Frankston tərəfindən VisiCalc adlı ilk elektron cədvəl proqramı tərtib edildi.
1980-ci illərdə MS Vörd və digər populyar yazı proqramları meydana çıxmağa başladı.
1981-dən etibarən fərdi kompüterlər yaradıldı.
1990-cı ildə World Wide Web və İnternet protokolu (HTTP) Tim Berners Lee tərəfindən yaradıldı.
1993-cü ildə Pentium prosessor hazırlandı.
1990-cı illərin sonu 2000-ci illərin əvvəlində smartfonlar yaranmağa başladı.
1993-cü ildə Adobe Systems tərəfindən kitablar üçün PDF proqramları hazırlandı.
2000-ci ildən etibarən cihazlara internetə qoşula bilən proqramlar əlavə edilməyə başlandı.
Audiokitablar 1930-cu illərdə görmə qabiliyyəti zəif olan insanların istifadəsi məqsədi ilə ortaya çıxsa da, texnoloji tərəqqi və rəqəmsal səsyazma texnikasının inkişafı audiokitabların daha geniş auditoriyaya çatmasına şərait yaratdı. Bu gün audiokitablar məşhur formata çevrilmişdir.
Ümumiyyətlə, informasiya vasitələri, yazı və kitab insanlıq üçün bir vazkeçilməz olduğuna görə, hər zaman texnoloji imkanların istifadəsində nəzər nöqtəsinin mərkəzində yer almışdır.
ŞƏRHLƏR