VAZ KEÇMƏYƏNLƏR

Vaz keçməyənlər

Hazərfən Əhməd Çələbi 1609-cu ildə Osmanlı torpaqlarında dünyaya göz açmışdı. Dünyada ilk dəfə qanad taxaraq uçmağı sınaqdan keçirən və bu mövzuda həddindən artıq çalışaraq nəticə əldə edən biri idi. Elmi məlumatları və uçma təcrübələrinə görə “Hazərfən” (hərtərəfli) adını almışdı. X əsrdə yaşamış türk alimlərindən olan İsmail Cəvhəridən ilham almışdı. Cəvhərinin kəşflərini incələyən və öyrənən Çələbi quşların uçuşlarına diqqət edərək ilk uçuş təcrübələrini həyata keçirmiş və biliklərini mükəmməlləşdirmək üçün ox meydanlarında uçuş edərək taxdığı qanadların dözümlülüyünü yoxlamışdır. Buna görə də dünya aviasiya tarixində ilk uçuşu gerçəkləşdirən şəxs kimi 1903-cü ildə sınaq uçuşlarını həyata keçirən Rayt qardaşlarını deyil, onlardan 3 əsr əvvəl yaşamış Əhməd Çələbini göstərmək daha doğru olardı.

Əhməd Çələbi 1632-ci ildə quş qanadı formasında hazırladığı qanadları taxaraq Qalata qülləsindən üzü küləyin əsdiyi istiqamətə 3358 metr məsafə uçaraq İstanbul boğazını keçmiş və Üsküdarda sağ-salamat yerə enmişdir. Bununla da uçmağı bacaran ilk şəxs olaraq Türk aviasiya tarixinə düşmüşdür.

Hazərfən Əhməd Çələbi Cəvhərinin uğursuzluqla nəticələnən təcrübələrinin üzərində uzun illər işləyərək istədiyinə nail olmuşdu. Buradan da göründüyü kimi, uğursuzluqla nəticələnən işləri yarımçıq qoymadan əzmlə çalışaraq istənilən nəticəyə çatmaq olur. Bunun bariz nümunəsi olan Hazərfən Çələbi kimi insanlara bu gün Bayraktarı misal göstərmək olar. Uşaqlığından bu yana arzusunda olduğu nəticəyə nail olmaq üçün uzun illər çalışmışdı. Dəfələrlə hazırladığı prototiplər uçuş zamanı qəzaya düşərək istədiyi nəticəyə çatmamış, amma əsla vaz keçməyərək yenilərini hazırlayıb daha da böyük uğurlara imza atmışdı. Hansı ki, bu gün adını eşidəndə bütün dünyanı lərzəyə gətirən “Bayraktar”lar bu əzmin nəticəsidir. 2-ci Qarabağ müharibəsində qələbə müjdəsi ilə səmamızda görünən “Bayraktar”lar uzun müddət yaddaşlardan silinməyəcək.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz