SURƏLƏRİN FƏZİLƏTİ
Fatihə surəsi
Əbdülməlik bin Ümeyr (r.a) Hz. Peyğəmbərin (s.ə.s) belə buyurduğunu söyləmişdir: “Kitabın fatihəsində (Qurani-Kərimin başında yer alan Fatihə surəsində) hər dərdə dəva var”. (Darimi və Beyhəqi)
Bəqərə surəsi
“Quranın ən fəzilətli surəsi Bəqərə surəsidir. Onun da ən böyük ayəsi Ayətəl-Kürsidir. Bir evdə Bəqərə surəsi oxunarsa, şeytan onu eşitməmək üçün özünü oradan çölə atar”. (Süyuti)
Kəhf surəsi
Əbu Dərda (r.a) nəql edir: Rəsulullah (s.ə.s) belə buyurdu: “Hər kim Kəhf surəsinin başından (bir rəvayətə görə sonundan) on ayə əzbərləyərsə, Məsih Dəccalın şərindən əmin olar”. (Müslim, Əbu Davud)
Yasin surəsi
Ata bin Əbi Rəbah (r.əleyh) belə rəvayət etmişdir: “Hz. Peyğəmbərin belə buyurduğunu eşitdim: “Kim günün başında Yasin surəsini oxuyarsa, ogünkü bütün ehtiyacları təmin olunar”. (Darimi)
Vaqiə surəsi
İbn Məsud (r.a) Hz. Peyğəmbərin (s.ə.s) belə buyurduğunu söyləmişdir: “Kim hər gecə Vaqiə surəsini oxuyarsa, heç vaxt qıtlıq çəkməz”. İbn Məsud (r.a) qızlarına hər gecə bu surəni oxumağı tövsiyə edərdi. (Beyhəqi)
Mülk surəsi
Əbu Hüreyrə (r.a) Hz. Peyğəmbərin (s.ə.s) belə buyurduğunu söyləmişdir: “Quranda otuz ayəlik bir surə var ki, onu oxuyana günahları bağışlanana qədər şəfaət edəcək. Həmin surə “Təbərakəlləzi biyədihil-mülk”dür”. (Əbu Davud, Əhməd, Nəsai, İbn Macə, Hakim, İbn Hibban)
Başqa bir hədisdə: “Axşam və yatsı namazı arasında “Təbərakə” və “Səcdə” surələrini oxuyan Qədr gecəsini (namaz qılaraq) keçirən adam kimidir”. Başqa bir rəvayətdə də: “Hər kim bu iki surəni oxuyarsa, ona yetmiş savab yazılar, yetmiş pis əməli silinər”, - buyurulur.
Fələq və Nas
Uqbə bin Amir (r.a) belə nəql edir: “Rəsulullah (s.ə.s) mənə hər namazdan sonra Muavvizəteyni (Fələq və Nas surələri) oxumağı əmr etdi”. (Tirmizi)
ŞƏRHLƏR