İNSAN OL, EVLAD!

İNSAN OL, EVLAD!

Müslüm Gürsəsin “insan ol, evlad” mahnısı mistik bir şəkildə səslənməyə davam edir. (Youtube-da dinləmədən bu yazıya davam etməyin). 23 illik müəlliməm. Heç bu qədər bilik və hikmət dolu yığcam söz danışmadım. Qırx kəndin qırx imamı, qırx ölkənin qırx müftisi bir yerə yığışsa, bu sözləri bu qədər vəciz, müxtəsər bir tərzdə ifadə edə bilməzdi.

Bu mahnı niyə məni bu qədər sarsıtdı? “Evlad” sözünü eşitməyə olan ehtiyacımdan ola bilərmi? Mahnının sözlərinin altına Əziz Mahmud Hüdayi, Mövlana yazsam, hər kəs qəbul edər. Yəhudilikdəki “on əmr” kimi bu mahnıda da on əmr və bir də Allaha təriflər var.
 

Sev bütün insanları, 

Say bütün insanları. 

Kin güdmə, unut getsin 

Keçmişdə olanları.
Dürüst ol, insancıl ol, 
Düşün o biri dünyanı, 
Bir qarışqanı belə 
İncitmə, sakın, evlad!  

Evlad, evlad, evlad,  

İnsan ol, evlad!

Keçmişdən gələcəyə 
Yaradılmış nə varsa, 
Unutma ki, həpsinin 
Bir sahibi var, evlad.  

Qul qədərini yaşar, 

Bəxtinə nə çıxarsa. 

Düşməz-qalxmaz bir Allah 

Unutma sakın, evlad!  

 

İnsan olmaq çöldə quzu, evdə qurd olmaq deyil. Bəlkə də, tam əksinə, evdə quzu olmaqdır. Mövlanaya görə, cahil və qaba kişilər qadınlara, qadınlar isə ağıllı və zəki kişilərə qalib gələrlər. Müslüm Babanın həyat yoldaşı Muhterem Nur xanım “Sizinki çox böyük bir eşq idi. Heç mübahisəniz oldumu?” sualına belə cavab verir:

“32 il birlikdə yaşadıq.  Bir gün belə ciddi bir münaqişəmiz olmadı. Heç vaxt ayrılmadıq. Bəzən telestudiyaya təkbaşına gedər; işi bitən kimi birbaşa evə gələrdi. Heç dalaşmadıq. Hərdən onu qəsdən əsəbiləşdirərdim. On dəqiqə sonra gələr: “Haydı, bir çay hazırla, içək”, - deyərdi. Mən də: “Xeyr, hazırlamayacağam!” – deyərdim. Özü dəmləyib gətirər, birlikdə içərdik. Belə bir insan ola bilərmi?!”

1939-cu ildə Ərzincan şəhərində baş verən zəlzələdə 116 720 bina dağılaraq 100 000-dən çox insan yaralanır, ölü sayı 50 000-ə yaxınlaşır. Həbsxanadakı məhkumlar da xilasetmə işlərinə cəlb edilir və axtarış-xilasetmə işləri qurtardıqdan sonra qaçmayaraq hamısı gəlib həbsxanaya təslim olurlar. Xüsusi bir qərar çıxardılır və bu məhkumların hamısı azad edilir.

Aşsüzənə çevrilən qəlblər indi insanlığın gözəl əxlaq və sevgisini tutub saxlaya bilmir. “Düşün o biri dünyanı, qarışqanı belə incitmə” deyən babaların sayı çox azaldı. Əsl mənada insan olmaq üçün bioloji xüsusiyyətlər deyil, xarakter lazımdır. Bioloji mənada hamı insandır. Allah xarici görünüşə yox, daxilə baxır. Buna görə də xarakter cəhətdən insan olmaq lazımdır. İnsan olmaq süddürsə, Quran və sünnə o südü mayalayan bir neçə qaşıq yoğurddur. Necə ki maya olmadan süddən yoğurd olmaz, Quran və sünnə olmadan da insanlıq naqis qalar. İnsan olmaq bütün yaradılanları əhatə edən mərhəmətə sahib olmaq deməkdir. Bəyazid Bəstami həzrətlərinin Həmədandan aldığı xardal toxumuna bir neçə qarışqanın qarışaraq Bəstama gəldiyini görəndə qarışqaları Həmədana aparıb əvvəlki yerlərinə buraxdığı rəvayət edilir.

Mahmud Sami Ramazanoğlu həzrətləri tez-tez “övladım, məzara insan olaraq girin” deyərmiş. Bioloji mənada hər ölü insandır. Əsl çətinlik əxlaq olaraq heyvani vəsflərdən qurtulmuş “həzrət insan” olaraq qəbrə girməkdir. İlan, köpək, canavar, əqrəb və s. olmaqdan qurtulmaq, heyvanlara aid sifətlərdən təmizlənmək bir ömür boyu çalışmağı tələb edir.

“İnsan ol, evlad” mahnısı ilə verilən mesajlardakı dəqiqlik bir çox vəzdə, xütbədə yoxdur. Bəzən deyirlər ha, “qısa və yığcam danış, sözü uzatma”, bax bu mahnı da eynilə belədir. Zalım insanları bir otağa yığıb gündə bir neçə dəfə bu mahnını dinlətmək lazımdır. Yotube-da mahnının altına yazılan bir şərh diqqətimi çəkdi: “Baba, mən ateistəm. Sən “düşün o biri dünyanı” deyəndə dəstəmaz alıb namaz qılmağım gəlir, and olsun!..”

3-5 dəqiqəlik mahnı bir ateisti titrədib namaz qılma istəyi oyadırsa, deməli, o mahnıda ruh var. Qanuni Sultan Süleyman şeyxülislam Əbussuud əfəndidən sarayın meyvə ağaclarına zərər verən qarışqaların yox edilməsinin dini cəhətdən caiz olub-olmadığını soruşur: “Diraxtə gər ziyan etsə qarınca; Günahı varmıdır onu qırınca?”

Şairliyi də olan şeyxülislam bu beytlə padşaha cavab verir: “Yarın Haqqın hüzuruna varınca; Süleymandan haqqın alar qarınca”.

Bəzən bu mənqibəni danışmaq Müslüm Babanın “bir qarıncanı belə incitmə, sakın, övlad” mahnısı qədər təsirli olmur.

Allahın əl-Əziz isminin mənasını izzətli, şərəfli, ulu deyə bilirdim, bu şəkildə anladırdım. Müslüm Babanın əl-Əziz isminə verdiyi məna qarşısında təzimlə ayağa qalxıram: Müslüm Baba bir proqramda su istəyir, su gətirən yoldaşa da: “su kimi əziz ol” deyir. Aparıcı sual verir: “Əziz nə deməkdir, baba?” Müslüm Baba isə belə cavab verir: “Əziz... Əziz... Sevgilidən də üstün deməkdir”.

Allah əzizdir; sevilən hər şeydən üstündür.

Müslüm Baba! Allah sənə rəhmət etsin; sən bizdənsən, biz də səndən.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz