HƏYAT DƏFTƏRİNDƏN

HƏYAT DƏFTƏRİNDƏN

ODUNÇU

Uğurlu və ya uğursuz, hər kəsin bir hekayəsi var. Müvəffəqiyyətli insanların hekayələri çox insanın marağını cəlb edir. Lakin uğursuzluq əhvalatları da uğur əhvalatları qədər vacibdir və oradan da nə isə öyrənə bilərik.

Bir vaxtlar qolu güclü bir odunçu olur. O, taxta-şalban tacirindən iş istəyir və işə qəbul edilir. İşin maaşı da, şərtləri də çox yaxşı idi. Buna görə də odunçu əlindən gələn hər şeyi etməyə qərar verir. Müdiri ona balta verir və işləyəcəyi ərazini göstərir. Odunçu böyük bir səylə ilk gün 18 ağac kəsib gətirir. Müdir: “Təbrik edirəm, bu şəkildə işləməyə davam edin”, - deyir. Müdirin söylədiklərindən motivasiyası artan odunçu ertəsi gün daha çox işləyir. Lakin yalnız 15 ağac kəsib gətirə bilir. Bu vəziyyətə görə bir az xəcalət çəkir. Üçüncü gün bu vəziyyəti düzəltmək üçün daha çox işləyir, amma yalnız 10 ağac kəsib gətirir.

Hər keçən gün kəsib gətirdiyi ağac sayı azalmağa başlayır.

“Görünür, güc-qüvvətimdə azalma baş verir”, - deyə düşünür və gedib müdirindən üzr istəyir. Çox işlədiyini, amma kəsdiyi ağac sayının getdikcə azaldığını, bunun səbəbini də anlamadığını söyləyir. Müdiri: “Axırıncı dəfə baltanı nə zaman itiləmisən?” - deyə soruşur. Odunçu: “Odun kəsməklə o qədər çox məşğul idim ki, baltanı itiləmək heç ağlıma gəlmədi”, - deyir.

Həyatda hər zaman eyni işi etmək və ya sadəcə çox işləmək uğur qazanmaq üçün kifayət etmir. Aradabir dayanıb, özünüzü inkişaf etdirmək və daha məhsuldar olmaq üçün nə etməniz lazım olduğunu da araşdırıb, öyrənməyimiz lazımdır. Yəni hərdən dayanıb baltamızı itiləməliyik.

 

Dərs

Bir gün universitetdə mühazirə deyən vaxt bir qız tələbə əlini qaldırdı.

- Buyur, qızım, - dedim.

O da:

- Bağışlayın, müəllim, amma çox yavaş oxuyursunuz. Yəni normadan artıq yavaş oxuyursunuz, sıxıldım, dedi…

Mən də:

- Yaxşı, onda gəl sən oxu, - dedim. Qız ayağa qalxıb gəldi və kürsünün arxasına keçdi. Bu zaman donub qaldı.

Niyəsini bilirsinizmi? Çünki mənim fransızca çox qədim bir mətndən birbaşa türk dilinə tərcümə edərək oxuduğumun fərqinə vardı.

Qıpqırmızı qızarıb yerinə keçdi…

Hər birimiz həyat dərslərini bir cür alırıq. O da beləcə bir daha işin detallarını bilmədən qərəzli olmamağı öyrənmiş oldu.

(İlber Ortaylı)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz