HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əziz Mahmud Hüdayi - 13

HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əziz Mahmud Hüdayi - 13

Hüdayi həzrətləri buyurur:

İki cahan sultanının

Doğduğu ay gəldi yenə,

Elmi-maarif kanının[1]

Doğduğu ay gəldi yenə…

Anı Hüdayi, kim sevər,

Mətluba bulmuşdur zəfər.

Fəxri-Cahan, Xeyrul-Bəşər

Doğduğu ay gəldi yenə…

Biz aciz bəndələrini bir daha Rəsuli-Əkrəm r -in dünyaya təşrif etdiyi rəbiüləvvəl ayına qovuşduran Allah-Təalaya həmd-sənalar olsun. Aləmlərə rəhmət olaraq göndərilən Muhamməd Mustafa r -ə sonsuz salətu-salam olsun.

Həzrət Peyğəmbər r-in doğulduğu günü sevinclə qarşılamaq Allah-Təalanın rəhmətini cəlb edən səadət vəsiləsidir. Çünki O, Allahın Həbibi, yəni ən çox sevdiyi qulu və Rəsuludur.

Rəsulullah r hədisi-şəriflərindən birində belə buyurur:

“Sizə nemətlərini bəxş etdiyi üçün Allah-Təalanı sevin. Allahı sevdiyiniz üçün məni sevin. Məni sevdiyiniz üçün də əhli-beytimi sevin”. (Tirmizi, Mənaqib, 31/3789)

“Sevən kəs sevdiyinin sevdiklərini də sevər” düsturuna görə:

- Allah-Təalanın sevib “Həbibim” deyə xitab etdiyi,

- Ömrünə, peyğəmbərliyinə, uca əxlaqına, yaşadığı əsrə və şəhərə and içdiyi,

- Mələkləri ilə birlikdə şəxsən salətu-salam etdiyi Rəsulullah r -i sevmək  həm Allaha məhəbbətimizin ali təzahürüdür, həm də Allahın riza və məhəbbətinə vəsilədir.

Hər peyğəmbərin digərlərindən fərqlənən xüsusi bir vəsfi var ki, həmin vəsfi ilə bəşəriyyət üçün fəzilət nümunəsi sayılır. Lakin gözəl əxlaqı tamamlamaq üçün göndərilən Hz. Peyğəmbər r bütün peyğəmbərlərin seçkin vəsflərindən də üstün bir fəzilət zirvəsidir. Çünki ilahi qüdrətin insanlıqda təcəlli edən xilqət xariqəsidir.

Heç bir əvəz ödəmədiyimiz halda 124 min peyğəmbər arasından Ona ümmət olmaq bizim üçün böyük bəxtiyarlıqdır. Süleyman Çələbi bu bəxtiyarlığı “Mövlud”unda necə gözəl ifadə edir:

Ümmətin olduğumuz dövlət yetər,

Xidmətin qıldığımız izzət yetər…

Həqiqətən, bu böyük lütfü üçün Allaha nə qədər şükür etsək, yenə də azdır. Bu şükrün ən gözəl ifadəsi isə könüllərimizin daima “məhəbbətullah”“məhəbbəti-Rəsulullah”la dolu olmasıdır. Çünki dünya da, ömür də fanidir. Lakin Allah Rəsulunu tanıyıb Onun izini təqib edən sadiq ümmətindən biri olmağın bəxş edəcəyi səadət əbədidir…

Ona görə də könlümüzdə Allah və Rəsulu olduqdan sonra heç bir dünyəvi məhrumiyyətin əhəmiyyət kəsb etmədiyini dərk etməliyik. Fikirləşməliyik ki, milyonlara sahib olan bir adam yolda gedərkən on manat itirsə, buna nə qədər kədərlənər? Milyonların qarşısında on manatın nə dəyəri ola bilər?

Biz də hər hansı bir dünyəvi müsibətlə qarşılaşdıqda Allaha qul, Rəsulullah r -ə ümmət olmağın bizim üçün necə möhtəşəm bir sərvət, səadət və bəxtiyarlıq olduğunu yada salıb könül hüzurumuzu qorumalı, dünyəvi kədərimizi unutmalıyıq.

Səhabeyi-kiram həzrətləri müşriklərin ağır işgəncələrinə, zülm və boykotuna məruz qaldı. Olmazın bəla və fəlakətə sinə gərdilər. Lakin Allah və Rəsulunun məhəbbəti başlarına gələn bəlaların təsirini azaldır, hətta yox edirdi. Məhz o məhəbbət sayəsində bütün dünyəvi müşküllər onların nəzərində əhəmiyyətini itirdi. Allah və Rəsulunun məhəbbəti onların könlündə tükənməz feyz və ruhaniyyət xəzinəsi idi.

Çünki onlar Allah Rəsulunu yaxından tanıdılar. Tanıdıqca da ona heyran oldular. Ona bəslədikləri dərin məhəbbətlə könüldən ram oldular. Kölgənin sahibinə sədaqətlə bağlanması kimi onlar da eynilə Peyğəmbərimizə tabe oldular. Onun ən kiçik arzusunu:

“Əmr et, ya Rəsulallah! Canım, malım, hər şeyim Sənə fəda olsun!” – deyərək həyata keçirdilər.

Allah Rəsulunun əmrlərinə itaəti dünyanın ən böyük nemət və həzzi bildilər. Onun qəlbində özlərinə yer edə bilmək üçün səhraları aşaraq getdikləri diyarlarda, kralların amansız cəlladları qarşısında İslama dəvət məktublarını iman cəsarəti ilə oxudular. Getdikləri hər yerə Allah Rəsulunun nümunəvi şəxsiyyətini və uca əxlaqını apardılar.

Qəlblərindəki Allah və Peyğəmbər sevgisi bütün zəhmətləri rəhmətə, məhrumiyyətləri nemətə, cəfaları səfaya çevirən mənəvi iksir oldu. O məhəbbətlə qızmar səhralara sərinlik çökdü, sağ-salamat yola davam etdilər, keçilməz dağları aşdılar, uzun yollar qısaldı. “Eşqlə qaçan yorulmaz” deyimində ifadə edildiyi kimi, Allah və Rəsulullah eşqi könüllərindən ətaləti, tənbəlliyi, acizlik və qorxu hissini silib atdı. Bu sayədə Allah yolundakı heç bir xidmət və fədakarlıqdan usanmadılar.

Mövlana həzrətlərinin buyurduğu kimi:

“Məhəbbətdən acılar da dadlanar.

Məhəbbət sayəsində mis dönüb qızıl olar.

Məhəbbət vəsiləsilə dərmansız dərdlər şəfa tapar.

Məhəbbətdən kədərlər nəşə, qəmlər sevinc olar.

Məhəbbətlə qəhrlər rəhmət olar”.

Əshabi-kiram da məhz Allah və Rəsuluna məhəbbətdəki sirrə nail olmuşdu. Bu sirr sayəsində:

- Könülləri qəflətə sövq edən dünyəvi və nəfsani zövqlər bütün cazibəsini itirdi.

- Allah yolundakı xidmətlərə mane olan bütün bəhanələr sanki buxar olub itdi.

- Allaha həmd, şükür, riza, təvəkkül və təslimiyyəti zədələyən bütün şikayətlər unuduldu.

- Maddi-mənəvi yaralar şəfa tapdı, acılar susdu.

Heç bir acı onlar üçün Allah Rəsulundan ayrı qalmağın acısı qədər ağır gəlmədi. Peyğəmbər aşiqlərindən Abdullah bin Zeyd əl-Ənsari t bir gün Rəsulullah r -ə:

“Ya Rəsulallah! Sən mənimçün canımdan, malımdan, övladımdan və ailəmdən daha əzizsən. Əgər Səni görmək kimi bir nemət olmasaydı, ölməyi arzulayardım”, – deyərək için-için ağlamışdı.

Bu zaman Rəsulullah r nə üçün ağladığını soruşdu. Abdullah bin Zeyd t:

“Ya Rəsulallah! Bir gün Siz də, biz də öləcəyik. Sizin peyğəmbərlərlə birlikdə yüksək məqamlarda olacağınızı, bizimsə, cənnətə girsək belə, aşağı mərtəbələrdə olacağımızı düşünərək (Sizi görməyəcəyimin təlaşı ilə) ağladım”, - cavabını verdi.

Mərhəmət dəryası olan Peyğəmbərimiz r cavab verməyib sükut etdi. Bunun üzərinə -rəvayət olunur ki- bu ayeyi-kərimə nazil oldu:

“Kim Allaha və Peyğəmbərə itaət edərsə, onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar nə gözəl yoldaşlardır!”. (ən-Nisa, 69)

Həmçinin bir gün Abdullah bin Zeyd t bağçasında iş görərkən oğlu təngnəfəs halda gəlib kədərlə Rəsulullah r-in vəfat etdiyini xəbər verdi. Bu acı xəbərlə dünyası başına yıxılan Abdullah t belə dua etdi:

“Allahım! Gözlərimi al, artıq bundan sonra hamıdan və hər şeydən çox sevdiyim Həzrət Muhamməd r-dən başqa heç kimi görməyim”.

Abdullah t-ın duası qəbul oldu və oradaca gözlərinə qaranlıq çökdü.[2]

Hüdayi həzrətləri buyurur:

Şu dəm ki mülki-dünyadan Muhamməd Mustafa getdi,

Sevindi axirət, amma bu dünyadan səfa getdi…

Allah Rəsulunun əbədiyyətə köç etməsindən sonra əshabi-kiram sanki hüzndən əriyən şama dönmüşdü. Səhabələrdən biri eynilə Abdullah bin Zeyd t kimi gözlərini itirmişdi, dostları təsəlli vermək üçün yanına gəlmişdilər. Halbuki gözlərini itirdiyi üçün heç də qəm çəkmirdi. Təsəlli verməyə gələnlərə cavabı belə oldu:

“Mən o gözləri Rəsulullaha baxmaq üçün istəyirdim. Onun vəfatından sonra dünyadakı ən gözəl ceyranların gözü məndə olsa, nə fayda!” (İbn Sad, II, 313; Buxari, əl-Ədəbul-Müfrəd, № 533)

Həqiqətən, Allah Rəsulunun ayrılığı Onu canlarından əziz bilən əshabi-kirama çox ağır gəlmişdi. Həzrət Ömər t kimi mətin və fərasətli səhabə belə bir müddət özünü itirmiş, Həzrət Əbu Bəkr t camaata təskinlik verənə qədər çox çətin anlar yaşamışdı. Çünki bir günlük də olsa, Onun ayrılığına dözə bilməyən aşiq könüllər artıq bir daha dünya gözü ilə Rəsulullahı görə bilməyəcəkdi. Bu səbəblə Onun olmadığı dünyanın da artıq heç bir səfası qalmamışdı.

Peyğəmbərimizin axirətə köçündən sonra əshabi-kiram bir an əvvəl Ona qovuşmaq şövqü ilə yaşadı. Necə ki, Həzrət Əbu Bəkr t ölüm döşəyində olarkən ətrafdakılardan soruşdu:

- Bu gün hansı gündür?

- Bazar ertəsi, - dedikdə:

- Əgər bu gecə ölsəm, məni sabaha saxlamayın. Çünki mənimçün gün və gecələrin ən sevimlisi Rəsulullah r -ə ən yaxın olandır. (Yəni Ona qovuşacağım andır), - buyurdu. (Əhməd, I, 8)

 

Əshabi-kiramdan bəziləri vəfatı yaxınlaşan xəstələrə Allah Rəsuluna qovuşma anları yaxınlaşdığı üçün qibtə ilə baxmış, onlar vasitəsilə könüllər Sultanına salam göndərmişlər.[3]

Həmçinin Allah Rəsulunun müəzzini Bilal Həbəşi t Peyğəmbərimizin vəfatından sonra o qədər qüssəyə qərq olmuşdu ki, səmaları titrədən gözəl səsi ilə bir daha azan oxuya bilməyəcək hala düşmüşdü. Bilal Həbəşi t altmış yaşlarında Dəməşqdə vəfat etdi. Vəfat etdiyi əsnada:

“Sabah, inşallah, əziz dostlarıma: Həzrət Muhamməd r -ə və yoldaşlarına qovuşacağam”, - deyə sevinirdi.

Xanımı bir kənara çəkilib:

“Vay başıma gələnə!” deyib ağlayarkən qəlbi Peyğəmbər həsrəti ilə dolu olan Bilal t digər tərəfdə:

“Ah, nə böyük səadət!” - deyərək sevinirdi. (Zəhəbi, Siyər, I, 359)

Hüdayi həzrətləri buyurur:

Qalib olsa kişidə hubbi-Həbibi-Mədəni,

Zərrəcə gəlməz ona zinət dünyayı-dəni…

Tərk edib bidəti rahi-sünənə salik olar,

Bəzl edər Haqqa ibadət yoluna canı-təni…

“Bir könüldə nurlu Mədinədəki Allahın Həbibinin məhəbbəti hakim olarsa, dünyəvi və nəfsani zinətlər onu zərrə qədər özünə cəzb etməz. Onun ən böyük həzzi sünnəyə zidd hal və davranışları tərk edib Peyğəmbərimizin yolunun sadiq yolçusu olmaq, ruhunu və bədənini Haqqa ibadət yolunda fəda etmək olar”.

Peyğəmbər r-i sevən dünyaya etibar və iltifat nəzəri ilə baxmaz. Çünki əsl sevən adama sevdiyinin xüsusiyyəti sirayət edər. Biz də daima axirəti dünyadan üstün tutan Hz. Peyğəmbəri seviriksə, Ona bənzəməyə çalışmalı və qəlbimizi əsas və əbədi həyat olan axirətə çevirməliyik.

Necə ki, Rəsulullah r -in nəbəvi tərbiyəsi altında yetişmiş olan əshabi-kiram Allah və Rəsuluna elə bir məhəbbətlə bağlandılar ki, onların gözündə və könlündə dünyanın bütün cazibələri çınqıl daşı kimi dəyərsiz hala gəldi. Onlar nəfslərinin sabahkı mənzilinin qəbir olacağı şüuru ilə yaşadılar.

Onlar Allaha və Rəsuluna məhəbbətlə ram olub bütün səylərini İslamın yayılması üçün səfərbər etdiklərinə görə Allah-Təala bütün dünyanı onların ayaqları altına sərdi. Qısa müddət ərzində İslam fəthləri qitələrə sıçradı. Ölkələrin fəthi ilə qənimətlərin Mədinəyə axın etdiyi ərəfədə də səhabə evlərinin quruluşu dəyişmədi. Yenə də kifayət miqdarına qane olub, ehtiyaclarından artıq qalanı infaq etdilər. Nə özləri üçün həddən artıq xərcləyib israfa sürükləndilər, nə də özləri üçün yığıb xəsislik etdilər.

Yaşadığımız zamanın amansız xəstəliklərindən biri olan istehlak, acgözlük, lüks və göstəriş səhabə nəslinə yad həyat tərzi idi. Onlar dünya nemətlərini Allah və Rəsulunun riza və məhəbbətinə nail ola bilmək üçün vasitə kimi gördülər. Onlar əsla vasitəni qayəyə çevirmədilər. Yəni dünya nemətlərini könüllərində bütləşdirən qafillərdən olmadılar.

Hüdayi həzrətləri buyurur:

Zülməti-şirki-həvayı dəf üçün,

Nuri-paki-Mustafa ola şəfi…

Aradan cümlə hicabı rəf üçün,

Nuri-paki-Mustafa ola şəfi…

“Şirk və həva-həvəs qaranlıqlarını dəf etmək və (Rəbbimizlə) aramızdakı pərdələri qaldırmaq üçün Həzrət Muhamməd Mustafa r -in əziz nuru şəfaətçimiz olsun!”.

Haqq-Təalanın riza və məhəbbətinə nail ola bilməyin yolu Onun Həbibinə tabe olmaqdan keçir. Çünki insanı Allaha vüslət dəryasına qovuşduran ən böyük hidayət çeşməsi Həzrət Peyğəmbər r-dir.

Allah-Təala bu həqiqəti belə bəyan edir:

“Kim Rəsula itaət edərsə, şübhəsiz ki, Allaha itaət etmiş olar…” (ən-Nisa, 80)

“Sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş sayılırlar…” (əl-Fəth, 10)

“(Ey peyğəmbər!) De: “Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın…” (Ali-İmran, 31)

“…Peyğəmbər sizə nə verirsə, onu alın, nəyi də qadağan edirsə, ondan uzaq durun!..” (əl-Həşr, 7)

Çünki Rəsulullah r:

- Quranı yaşayışıyla təbliğ və təfsir edən ən ali örnək şəxsiyyətdir.

- Allah-Təalaya necə qul olacağımızı öyrədən ən böyük müəllimdir.

- Allahın yaxınlıq və dostluq iqliminə necə daxil olacağımızı göstərən ən böyük mürşidi-kamildir.

Ayeyi-kərimədə bildirildiyi kimi, Quran Onun mübarək qəlbinə nazil olmuşdur.[4] İlahi həqiqətlər, sirr və hikmətlər insanlığa O əziz qəlbdən təbliğ və təlim edilmişdir.

Bir sözlə, Qurani-Kərimi layiqincə anlamağın yolu da Rəsulullah r -in könül dünyasından nəsib almağa bağlıdır. Qəlbən Onu nə qədər tanıyıb əxlaqı ilə əxlaqlana bilsək, Qurani-Kərimi də, uca dinimiz İslamı da həmin nisbətdə doğru anlayıb yaşaya bilərik.

Hüdayi həzrətləri buyurur:

Sünnəti-Fəxri-Rusul, oldu çü xeyri-sübül,

Məsləki təhvil edib adəti-bidət nədən?

“Peyğəmbərlərin iftixar vəsiləsi olan Allah Rəsulunun Sünneyi-Səniyyəsi yolların ən xeyirlisi olduğu halda bu yolu dəyişməyə cürət edərək başqa adət və bidətlərə düşməyə nə gərək var?”.

İnsanı Allaha qovuşduracaq ən xeyirli və ən təhlükəsiz yol Həzrət Peyğəmbər r-in Sünneyi-Səniyyəsidir. Çünki Onun Sünneyi-Səniyyəsi Qurani-Kərimin həyata necə tətbiq ediləcəyini göstərən feli Quran təfsiridir.

Haqq-Təalanın rəhmət qapısı və Rəsulullah r -in şəfqət və şəfaət qanadları Quran və Sünnə istiqamətində yaşayan bütün möminlər üçün açıqdır. Lakin Quran və Sünnəni tərk edib yanlış yollara düşənlər axirətdə böyük peşmanlıq və məhrumiyyətə düçar olacaqlar. Həzrət Peyğəmbər r bir hədisi-şərifində qiyamət günü Kövsər hovuzunun başında ümmətini gözlədiyini bildirdikdən sonra belə bir xəbərdarlıq edir:

“Diqqət edin! Bəzi adamlar yad dəvənin sürüdən qovulub uzaqlaşdırıldığı kimi hovuzumdan qovulacaqlar. Mən “bura gəlin!” - deyib onları çağıracağam. Lakin mənə:

- Onlar Səndən sonra hallarını dəyişdilər. (Yəni Sənin sünnəndən ayrılıb başqa yollara düşdülər), - deyiləcək.

Bu zaman mən də:

- Uzaq olsunlar, uzaq olsunlar, - deyəcəyəm”. (Müslim, Təharət, 39)

Demək ki, Sünneyi-Səniyyə kimi doğru yoldan ayrılıb başqa yollara düşmək insanı çıxmaz dalanlara sürükləyir.

İmam Malik həzrətləri necə də gözəl buyurur:

“Sünneyi-Səniyyə Nuh u-ın gəmisi kimidir. Hər kim ona minərsə, xilas olar. Hər kim onu tərk edərsə, həlak olar”.

Ona görə biz də zəmanəmizdə insanların ən çox düşdüyü xətalardan biri olan “sünnələrə laqeydlik” xəstəliyindən şiddətlə uzaq durmalıyıq. Çünki bu qəflət təzahürü ümmətinə qarşı “rauf və rəhim” olan, yəni ümmətinə bir valideynin övladına bəslədiyi şəfqət və mərhəmətdən daha artığını bəsləyən Rəsulullah r -ə qarşı böyük hörmətsizlikdir.

Tabeun nəslinin böyük alimlərindən Abdullah bin Deyləmi g Sünnəyə eşqlə bağlanmağın əhəmiyyətini belə ifadə edir:

“Mənə çatan məlumatlara görə dinin yox olması sünnənin tərki ilə başlayacaq. Kəndirin lif-lif sökülərək ən sonda qopması kimi din də sünnələrin bir-bir tərk edilməsi ilə ortadan qalxar”. (Darimi, Müqəddimə, 16)

Yəni sünnələrin bir-bir həyatımızdan çıxması -Allah qorusun- əbədi qurtuluşumuzu da incə pambıq ipliyinə bağlı hala gətirər.

Ədəb, həya və iffətin ortadan qalxdığı, əzaba düçar olan qövmlərin işlədiyi müxtəlif əxlaqsızlıqların yaşandığı zəmanəmizin müasir cahiliyyəsində zamanın şərindən qorunub əbədi qurtuluşumuz üçün sığına biləcəyimiz ən sağlam liman Sünneyi-Səniyyədir. Həzrət Peyğəmbər r axır zamanda baş verəcək fitnələrin xəbərini verərkən:

- Ümmətim yetmiş üç firqəyə ayrılacaq, onlardan sadəcə biri qurtulacaq, - buyurdu.

Əshabi-kiram soruşdu:

- Ya Rəsulallah, qurtulan firqə hansı olacaq?

Rəsulullah:

- Mənim və əshabımın təqib etdiyi yolu izləyənlər, - cavabını verdi. (Tirmizi, İman, 18; İbn Macə, Fitən, 18)

Xülasə, ümməti-Muhammədin “əhli-sünnə vəl-camaat” istiqamətindən azdırılmağa çalışıldığı günümüzdə Həzrət Peyğəmbərin Sünneyi-Səniyyəsindən möhkəm yapışmamız vacibdir.

Allah-Təala uca Zatının və Həbibinin sevgisini könüllərimizin tükənməz xəzinəsi etsin. Hər birimizə Rəsulunun könül dünyasından pay götürərək Onun əxlaqı ilə əxlaqlanmağı nəsib etsin.

Amin!..

 

Spotlar

  1. 1. MİLYONLARA SAHİB OLAN BİR ADAM YOLDA GEDƏRKƏN ON MANAT İTİRSƏ, BUNA NƏ QƏDƏR KƏDƏRLƏNƏR? MİLYONLARIN QARŞISINDA ON MANATIN NƏ DƏYƏRİ OLA BİLƏR? BİZ DƏ HƏR HANSI BİR DÜNYƏVİ MÜSİBƏTLƏ QARŞILAŞDIQDA ALLAHA QUL, RƏSULULLAH R -Ə ÜMMƏT OLMAĞIN BİZİM ÜÇÜN NECƏ MÖHTƏŞƏM BİR SƏRVƏT, SƏADƏT VƏ BƏXTİYARLIQ OLDUĞUNU YADA SALIB KÖNÜL HÜZURUMUZU QORUMALI, DÜNYƏVİ KƏDƏRİMİZİ UNUTMALIYIQ.
  2. XALİD BİN VƏLİD T SƏRİYYƏLƏRİNİN BİRİNDƏ MÜSƏLMAN QƏBİLƏYƏ QONAQ OLMUŞDU. QƏBİLƏ RƏİSİ ONDAN PEYĞƏMBƏRİMİZİ VƏSF ETMƏSİNİ İSTƏDİ. XALİD BİN VƏLİD T:

- ALLAH RƏSULUNUN ƏBƏDİ GÖZƏLLİKLƏRİNİ SƏNƏ TƏRİF ETMƏYƏ MƏNİM GÜCÜM ÇATMAZ, - DEDİ. QƏBİLƏ RƏİSİ:

- BACARDIĞIN QƏDƏR TƏRİF ET, QISA DA OLSA, VƏSF ET, - DEDİKDƏ XALİD T BU CAVABI VERDİ:

- GÖNDƏRİLƏN GÖNDƏRƏNİN ŞƏNİNƏ LAYİQDİR. GÖNDƏRƏN ALƏMLƏRİN RƏBBİ OLDUĞUNA GÖRƏ, GÖNDƏRİLƏNİN ŞƏNİNİ ÖZÜN TƏXMİN ET. (Mənavi, V, 92/6478)

 

  1. BÜTÜN HAQQ DOSTLARININ KÖNÜL FEYZİNİN QAYNAĞI “MƏHƏBBƏTULLAH”“MƏHƏBBƏTİ-RƏSUL”DUR. SANKİ HAQQ DOSTLARINA TƏRCÜMAN OLAN MÖVLANA HƏZRƏTLƏRİ BU HƏQİQƏTİ BÜTÜN DÜNYAYA BELƏ HAYQIRIR:

“CANIM VAR OLDUQCA MƏN QURANIN KÖLƏSİYƏM.

MƏN HƏZRƏT MUHAMMƏD MUXTARIN YOLUNUN TORPAĞIYAM.

HƏR KİM SÖZÜMDƏN BUNDAN XARİC AZACIQ BİR ŞEY NƏQL EDƏRSƏ, ONDAN DA, ONUN SÖZÜNDƏN DƏ UZAĞAM”.

 

[1] Elmi-maarif kanı: Elm və irfan mənbəyi.

[2] Bax. Qurtubi, əl-Cami li-Əhkamil-Quran, V, 271.

[3] Bax. İbn Macə, Cənaiz, 4.

[4] Bax. əş-Şüəra, 193-195.

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz