Cinsiyyətsizlik Təhlükəsi
Uca Allahın ilk insanı yaratmasından bəri bütün insan toplumlarındakı norm qarşı cinsdən birinə cinsi mənada duyulan maraq mənasına gələn “heteroseksuallıq”dır (hetero - yunanca ikinci, digər mənasına gəlir). Eyni cinsdən birinə duyulan cinsi maraq mənasındakı “homoseksuallıq” (homo - yunanca eyni deməkdir) isə böyük bir sapmadır. Bu sapma və sapqınlıq Qurani-Kərimdə Lut qövmünün simasında çirkin bir davranış olaraq ifadə edilir (əl-Əraf, 80-81). Buna cürət etmək həddi aşmaqdır. Fitrət baxımından insana ən uyğun davranış heteroseksual olmaqdır ki, insan nəslinin törəməsi də ancaq bu sayədə mümkündür. Rəbbimiz: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq”, - buyuraraq sünnətullahın gərəyini ortaya qoyur (əl-Hucurat, 13). XX əsrin əvvəlinə qədər cinsiyyət məsələsinə bioloji bir mövzu kimi baxılırdı. Erkək və dişinin birləşməsi nəticəsində dünyaya gələn insanın doğulmasından sonra cinsiyyətinə əsasən cəmiyyət içində rol biçilməsi bütün dünya mədəniyyətlərində qəbul edilmiş bir davranış tərzi idi. İctimai cinsiyyət məfhumunun və cinsi əxlaqın bir mədəniyyət məsələsi kimi qəbul edilməsi ötən əsrin ortalarına doğru antropoloji tədqiqatlarla gündəmimizə daxil edilməyə başlandı. Bu tədqiqatlarla eyni vaxtda feminist iddiaların səsləndirilməsi də diqqət çəkən başqa bir mövzudur. Bu məsələləri mədəni fəaliyyət çərçivəsində ələ alanlara görə, cinsiyyət, bioloji proqramdan daha çox mədəni və şəxsi bir seçim məsələsidir.
II Dünya müharibəsinin yaraları sarılarkən 1948-ci ildə Birləşmiş Millətlər rəhbərliyində Parisdə “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi” təkrar gözdən keçirildi. Qərb dünyası üçün təməl dəyişiklik “musəvi-xristian əxlaqı” yerinə “aydınlanma hərəkatı” əsaslı təbii hüquqlar (natural rights), təbii qanunlar (natural laws) kimi məfhumların ön plana çıxması idi. Bu sekulyarlaşma “eynicinsli” sapqınlar üçün də bir növ şərait yaratdı; artıq din maneəsi qalmadı. İnsan hüquqları pərdəsi altında, eynicinsli təmayüllərini arxa planda saxlayaraq, insanların duyğularını istismar etməyə nail oldular.
Amerika Psixiatr dərnəyinin homoseksuallığın bir xəstəlik yox, sadəcə cinsi təmayül olduğunu açıqladığı 1973-cü ildə işlər fərqli müstəviyə keçdi. “Eynicinsli insanların problemi nədir?” sualını “Fərqli cinsi təmayülü qəbul etməyənlərin problemi nədir?” sualı əvəzlədi. 1992-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı eynicinsliliyi xəstəlik kateqoriyasından tamamilə çıxartdı. Eynicinsliliyin diaqnozu elmi mənada ortadan qalxdıqdan sonra bu sahədə elmi tədqiqatlar aparmaq mümkün olmadı. Bununla bağlı çalışmalar dayandırıldı. Klinik sahədəki mütəxəssislər bunu bir-biri ilə müzakirə etməkdən, elmi mühazirələrdə ələ almaqdan çəkinəcək həddə gəldilər. Çünki belə təşəbbüs sahibləri bu paradiqmanın qatı nəzarəti altında olan universitetlərdə “arzuolunmaz şəxs” (persona non grata) sayıldılar, homofobi və ayrı-seçkiliklə ittiham edildilər. Homofobi qara yaxması sanki Qurani-Kərimdə Lut qövmünün özlərinə bənzəməyənlərə qarşı işlətdiyi ifadənin bugünkü təzahürüdür: “Lutun ailəsini məmləkətinizdən çıxardın! Çünki onlar çox təmiz kimsələrdir!” (ən-Nəml, 56)
Cinsiyyətsiz toplumun ürküdücü ayaq səslərindən biri də cinsiyyətsiz uşaq yetişdirməkdir. Xaricdə populyar olan bu valideynlik tərzinə “gender neutral parenting” deyilir. Xüsusilə Amerikada bir çox ailə bu yolu seçib. Hətta bu səbəbdən bəzi əyalətlərdə doğum haqqında şəhadətnaməyə “qız” və ya “oğlan” yerinə “X” yazmaq bəndi əlavə olundu. Övladlarını bu düşüncə ilə böyüdən ailələr onlara oğlum, qızım da demir. Otaqlarına həm qızların, həm də oğlanların oynaya biləcəyi oyuncaqlar və ortaq geyimlər qoyurlar. Uşaq böyüdükcə hansı cinsə daha yaxın olduğunu özü seçir.
Dini sorğulamaq və əxlaq qaydalarını yumşaltmaq kimi fikirlərdən də eynicinsliliyi leqallaşdırmaq üçün istifadə edilir. Yüzlərlə kilsənin xristianlığı öz düşüncələrinə görə yenidən izah etməyə başladığı Amerikada bunu açıqca müşahidə edirik. Orada keşişlərin eynicinslilərə evlilik ayini tərtib etməsi artıq adiləşib. 2002-ci ildə Amerikada eynicinslilərin cəmiyyət içində müsbət qarşılanması 51 % olduğu halda, bu nisbət 2019-da 72 %-ə yüksəlmişdir. “Belə doğulmusan / Born that way” teoriyasını qüvvətləndirmək üçün genetik/hormonal/neyrofizioloji teoriyalara getdikcə daha çox yer verilir. Eynicinsliliyi leqallaşdırmaq üçün universitetlərə və akademik mühitə “cinsiyyət bərabərliyi”, “qadın haqları”, “LGBT” kimi dərnəklərlə təzyiq göstərilməsi artıq müsəlman ölkələrdə də bir problem olaraq müşahidə edilir.
Eynicinslilər eynicinsli olmayanlara nisbətən fərqli, diqqət çəkən somatik (bədən ilə əlaqəli) və psixoloji xəstəliklərə məruz qalırlar. Adını tez-tez eşitdiyimiz QİÇS bunların ən çox nəzərə çarpanıdır. Amerikada 1993-97-ci illərdə nəşr edilən iki araşdırmada eynicinsliliyin insan ömrünü 20 il qısaltdığı təsbit edilmişdir. Ölüm yaşı ortalaması 42-dir. 65 yaşı keçə bilənlər 24 %-dir. Somatik xəstəliklərdən başqa, eynicinslilərin psixoloji problemləri – depressiya, intihar və aludəlik nisbətləri də getdikcə yüksəlir.
Yıxmaq istədikləri divar hüdudullah, vicdan, ağıl və ədəb divarıdır. Bəzi mühüm nöqtələrdə mövqe tutaraq maliyyə, media, siyasət, elm və hüquq sahələrinə təzyiq göstərirlər. Qeyri-qanuni münasibətlərin, evlilikdə aldatmaların təşviq edildiyi, eynicinsliliyin azadlıq sayıldığı, alkoqolun zəruri mədəni ehtiyac kimi təqdim edildiyi, zövqə, mənfəətə düşkün, narsist, əxlaqsız bir nəsil törədilərək ailə yox edilməyə çalışılır; təhlükənin fərqindəsənmi?!
ŞƏRHLƏR