BƏRƏKƏT MÖVSÜMÜ
* Bu aylarda oruca çox əhəmiyyət verməliyik. Davamlı tuta bilməsək də, heç olmasa ayın müəyyən günlərində oruc tutaq, bütün ayı oruclu keçirmiş kimi olarıq.
* Oruc insana təqva qapısını açar, saflıq, paklıq verər.
* Hər ibadətin insana açdığı bir pəncərə və üfüq var. Buna görə də peyğəmbərimiz, digər peyğəmbərlər və Allah dostları oruca xüsusi əhəmiyyət verirdilər.
* Səhabələrin üç aylarda Quran virdləri vardı. İmam Nəvəvinin bildirdiyinə görə, səhabələr 40 gündə xətm oxuyardılar.
* Hər möminin Quran virdi olmalıdır. Vird müntəzəm olaraq edilən işdir. Quranı xəfif səslə oxumalıyıq. Gecə vaxtı oxumağın böyük əcri var.
* Eşidə biləcəyimiz səslə, tərtil ilə və hüznlə oxumalı, ağlaya bilmiriksə, ağlayırmış kimi edərək oxumalıyıq. Bu şəkildə oxunan Quran insanı hər bir hüceyrəsinə qədər titrədər.
* Böyük Allah dostlarının iki ana feyz mənbəyi var; biri namaz, digəri Quran tilavətidir. Buna görə də Quran tilavətinə əhəmiyyət verilməlidir. Üç aylıq bu mübarək zaman dilimində bunu vərdiş halına gətirmək də çox mühümdür.
* Ustadımız “Allah niyyətə görə zaman içində zaman yaradar” deyir. Mömin bir işi görmək istəyərsə, niyyət edərsə, Haqq-Təala zamana bərəkət verər.
* Ən fəzilətli Quran tilavəti isə namazda oxunandır.
* Gecə Quranla həmhal olan insanın gündüzü ilə gecə boyu yatan insanın gündüzü bir olarmı?
* Comərd olan Allah hər gün comərddir. Lakin bəzən Allah quluna xüsusi fürsətlər də verir.
* Allah dostları üç aylar mövsümündə gündüzlər 1000 dəfə kəlmeyi-tövhid gətirirlər. Bunun səbəbi üç aylarda tövhid xətmi etməkdir. Tövhid xətmi isə İbn Ərəbinin işarə etdiyi nafilə bir ibadətdir.
* Gecələr müntəzəm şəkildə qalxmağa çalışmalıyıq. Mənəviyyat yolunda gecə yol qət etməkdən daha təsirli üsul yoxdur. Bu baxımdan gecələrimizi məhsuldar hala gətirə bilmək üçün üç aylarda intizamlı ola bilsək, bunu ömür boyu davam etdirə bilərik.
* İbn Ataullah İskəndəri deyir ki, virdi çəkəni (yəni nizamlı halda zikr edəni) əsla kiçik görmə, onun varidi olmasaydı, virdi də olmazdı. Deməli, onu Allah bəsləyir. Bütün Allah dostlarının bu şəkildə gecələr nizamlı olaraq qalxdığını görürük. Tarix boyu belə olub, bu gün də belədir, sabah da belə olacaq.
* Səhər vaxtında bişərək yetişən insanın dadı ayrı cür olur; siması gözəlləşir və əxlaqı püxtələşir.
* Üç aylarda diqqət edəcəyimiz başqa bir xüsus da camaatla namazdır. Namazları məsciddə qılmağa səy göstərməli və il boyunca da bu adəti davam etdirməliyik.
* Sami əfəndi həzrətləri nafilə namazları iki rükət qılar və az olsun, davamlı olsun buyurarmış. Çox qılanda buna ən çoxu bir həftə tab gətirə bilirik, amma iki-iki qılanda bərəkətli olur.
* Aişə anamız üç aylarda Peyğəmbərimizin (s.ə.s) mənəvi halından bəhs edərkən maneəsiz əsən küləkdən daha comərd olduğunu buyurur. Biz də imkanımız nisbətində comərd olmalıyıq. İnfaq mərkəzli həyata öyrəşmək mühümdür.
* Ən böyük nemətlərdən biri Allahın quluna istiqamət verməsidir. İstiqamət hər işi üsuluna uyğun həyata keçirmək, etdiyimiz işin elmi əsasını öyrənib düzgün yönə istiqamətlənə bilməkdir. Üç aylarda bunu da vərdiş halına gətirmək lazımdır.
* Hər kəs öz eyiblərini, nöqsanlarını bilir; üç aylarda bu qüsurları düzəltməyə niyyət etməliyik.
* Allah-Təala Qurani-Kərimdə buyurur ki, rəğbətiniz yalnız Allaha olsun. Rəğbət kəlməsindən yola çıxaraq, bəlkə də, “əl karda, könül yarda” düsturuna uyğun bir həyata özümüzü öyrəşdirmək üçün bismillah deməliyik.
* Əvvəllər bəzi dərgahlarda qırx gün bir məkana çəkilib “çilə” adı verilən bir proqram tətbiq edilirmiş. Rəğaib qəndilində girər, Bəraət gecəsində çıxarlarmış.
* Bu gecələri fərqli keçirərək, Allahın rəhmətinə talib olduğumuzu bəlli edərək rəhmət qapısına üz tutmalıyıq ki, Rəbbimiz də bizi mərhəməti ilə mükafatlandırsın.
ŞƏRHLƏR