AĞAC HƏYATDIR
* Ağac həyatdır. Havanı təmizləyən, suyu filtrdən keçirərək yenidən həyata qaytaran əvəzolunmaz varlıqdır. Dünyada 20000 növ ağac var.
* Ağacların qidalanmasında 90 faiz atmosferin, 10 faiz torpağın əsas rolu var.
* Bir ağac il ərzində 118 kiloqram oksigen deməkdir. Yəni iki ağac 4 nəfərlik bir ailənin illik oksigen ehtiyacını qarşılayır.
* Kifayət qədər yetişmiş bir ağac il ərzində 1 tona yaxın karbon qazını zərərsizləşdirir.
* Bir ağac 4 min kilometr yol qət edən maşından xaric olan karbon qazını zərərsizləşdirmə gücünə malikdir.
* Ağac insan üçün zərərli olan ultrabənövşəyi şüaları udduğu üçün xüsusilə şəhər yerlərində salınan parklar hədsiz dərəcə əhəmiyyətlidir.
* Torpaq sürüşməsinin qarşısını alan ağaclar sel fəlakətinə qarşı da qoruyucu təsir daşıyır. Bir ağac il ərzində 2 ton su əmərək sel və su basqını kimi təbii fəlakətlərin qarşısını alır. Ağaclar tərəfindən əmilən su isə təbii filtrdən keçərək buxar yolu ilə yenidən təbiətə qayıdır.
* Digər canlılardan fərqli olaraq heç bir ağac yaşlanaraq ölmür. Həşəratlar tərəfindən yeyilərək, yaxud insan tərəfindən və ya yanğın, təbii fəlakətlər nəticəsində məhv olur.
* Orta ölçülü bir ağacdan təxminən 70 min karandaş düzəldilir. Bu məqsədlə hər il 82 min ağac kəsilir.
* Orta hesabla hər bir insanın il ərzində sadəcə kağız ehtiyacını təmin etmək məqsədi ilə 10-15 illik bir ağac kəsilərək emal edilir.
* BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı (FAO) tərəfindən verilən məlumata görə 1990-2020-ci illərdə meşə yanğınları səbəbi ilə ümumilikdə 178 milyon hektarlıq ərazi məhv olmuşdur.
* Cari ilin 28 iyul tarixində Antalyanın Manavqat bölgəsində başlayan və Türkiyənin bir çox bölgəsinə yayılan 299 meşə yanğını nəticəsində yüz minlərlə hektarlıq ərazi tamamilə külə dönmüşdür. Sadəcə Antalya bölgəsində 10 günlük yanğın nəticəsinə 60 min hektar ərazi yanaraq yararsız hala düşmüşdür. Minlərlə heyvanın və milyonlarla canlının tələf olduğu meşə yanğınlarının fəsadları hesablanmaqdadır.
Ətraf mühiti və ekosistemi qorumağa əhəmiyyət verən Hz. Peyğəmbər (s.ə.s) hədislərin birində belə buyurur: “Sabah qiyamətin qopacağını bilsəniz də bu gün əlinizdəki fidanı əkin!” (Buxari, Ədəbul-Müfrəd s. 168)
ŞƏRHLƏR