WWW. LÜTFƏN UŞAQLARINIZI İNTERNETDƏN QORUYUN. COM
Son 10 ildir demək olar ki, internet həyatımızın hər anında bizimlə birlikdə yaşamaqdadır. Daha doğrusu internet sanki ailə fərdlərimizdən biri, gündəlik həyatımızın bir parçası olaraq görülməkdədir. İstənilən məlumatı tezliklə əldə etmə, ünsiyyəti asanlaşdırma, praktik həllər tapma kimi asanlaşdırıcı istiqamətləri olsa belə internet insanı yalnızlaşdırma, asılı hala salma, kiçiklərin və böyüklərin əxlaqi dəyərləriylə oynama kimi pis xüsusiyyətləri baxımından diqqət yetirilməsi lazım olan bir vasitədir.
Araşdırmalara görə dünyada internet istifadəsi hər il % 4 nisbətində artmaqdadır. Bu rəqəm bizə yaxın gələcəkdə internetdən istifadə etməyən heç kimin qalmayacağını göstərməkdədir. Yeniyetmələrin internetdən istifadə etmələri bir tərəfə, əsl zərəri nəyi necə istifadə edəcəyindən xəbərləri olmayan uşaqlar görməkdədir. Bu vəziyyətin qismən fərqində olan valideynlər interneti qadağan edərək, ya da uşaqları qorxudaraq bir sıra tədbirlər almaqdadırlar. Lakin bilinməlidir ki, bu tədbirlər valideynlər evdə olduqda etibarlıdır. Ana və ata qapıdan çıxdığı zaman böyük ehtimal uşaqlar internetə girəcəkdir. Bu səbəblə ata-analar ilk növbədə internetdən düzgün istifadə haqqında məlumat sahibi olmalıdırlar. İkinci olaraq da internet istifadəsi haqqında uşaqlarda bir avto-kontrol mexanizmi meydana gətirməli və bu mexanizmin sağlam işlədilməsi təmin edilməlidir.
İnternetdən düzgün istifadə nədir? İnternetdən düzgün istifadə uşaqların yaşına və inkişafına uyğun olaraq öyrədici saytları ziyarət etməsidir. Bunu edərkən də zamanı doğru istifadə edə bilməsidir. Bu, təhsil məzmunlu saytlar, elmi səviyyə və istedadı inkişaf etdirə bilən, bunu edərkən də bir tərəfdən uşağı əyləndirə bilən saytlar olmalıdır. İnternetdən düzgün istifadə şübhəsiz ki, zaman indeksli olmalıdır. Uşağın yuxu və yemək nizamını pozmamalı, həyat ilə əlaqəsini anormallaşdırmamalıdır.
İnternet asılılığı nədir? Mütəxəssislər internet asılılığını müəyyən etmək üçün bəzi qayda və əlamətləri şərt saymışlar. Buna görə uşağınızın internet xəstəsi olduğunu anlamaq üçün bu xüsuslar əhəmiyyət kəsb edir.
- hər gün internetə bağlanmaq, internetə bağlıykən zamanın necə keçdiyinin fərqində olmamaq.
- davamlı internetə bağlı olduğu xatırladıldıqda uşağın yalan danışması və ya bunu inkar etməsi.
- uşağın dostlarına mail ünvanı və ya ICQ nömrəsi verməsi, ya da söhbət otaqlarının ünvanlarını verməsi.
- ictimai fəaliyyətlərin və uşağın performansının azalması
- kompyuter başında çox qaldığı üçün xroniki yuxusuzluq
- yoldaşlarıyla sağlam ünsiyyət qura bilməmək
Uşaq - Ailə - İnternet tarazlığı
Təhsilin hər sahəsində olduğu kimi internet istifadəsində də ailə fərdlərinin şəxsən özü rol oynamalı, model və gözəl nümunə olma mövzusunda əvvəlcə özləri internet istifadəsində balanslı olmalıdırlar. İnternet başında saatlarla oturan bir valideyn öz uşağına internetlə çox məşğul olma deyə bilməz. Desə də belə bir sözün heç bir təsiri ola bilməz. İlk növbədə ata-ana internetdən ölçülü şəkildə istifadə etməli, bundan sonra uşaqlarının da kompyuterdən bu şəkildə istifadə etməsini istəməlidir.
İnterneti qadağan etmək, uşağa hirslənmək, kompyuterdən istifadəsinə mane olmaq neqativ halların qarşısını almamaqla bərabər bu kimi təsirləri yalnız təxirə salmağa gətirib çıxaracaq. Sərt reaksiyalardan sonra uşaq əvvəlki davranışını cilovlayacaq, lakin ilk fürsətdə yenə qaldığı yerdən kompyuter və internet istifadəsinə davam edəcək. Unutmamaq lazım ki, qadağan edilən şeylər daha da cazibədar hala gəlir. Qadağan etmək və hirslənmək yerinə internetdən və kompyuterdən necə və nə şəkildə, hansı vaxtlarda istifadə ediləcəyinə birlikdə qərar vermək lazımdır. Valideynlər bu mövzuda uşaqlarını qarşılarına qoyub onlara yol göstərərək kompyuter saatını birlikdə nizamlamalıdırlar.
Uşağı internetdə qarşılaşa biləcəyi təhlükələr haqqında məlumatlandırmaq və bu təhlükələrin zərələrini onlarla müzakirə etmək də faydalı metoddur.
İnternetin yalnız bir oyun vasitəsi olmadığını, orada muzey, kitabxana və təlimatçı materialların da olduğunu izah etmək, birlikdə bu saytlar üzərində bir müddət vaxt keçirmək uşağın daha sonrakı hərəkətlərinə istiqamət verəcək. Hətta mümkünsə faydalı saytların siyahısı çıxarılmalı, bu saytlar “çox istifadə edilənlər” bölümünə əlavə olunmalıdır. Beləcə uşağın internetdə araşdırma və tapşırıq etmə kimi ehtiyaclarının çərçivəsi qismən də olsa çəkilmiş olar.
Valideynlər kompyuterin xaricindəki gerçək həyatın internet həyatında daha əyləncəli olduğunu uşaqlarına göstərmək və isbat etmək məcburiyyətindədirlər. Uşağın yaşına uyğun olan ailədaxili fəaliyyətlər, söhbətlər, evdə görülən müəyyən işlər və oyunlar bu mövzuda ana və atalara köməkçi olacaqdır.
Sürətlə inkişaf edən dünyaya uyğunlaşmaq yalnız uşaqlarımızın deyil, böyüklərin də problemlərindən biridir. Bu səbəblə uşaqlarımızın maariflənmə və zəmanəyə uyğunlaşma müddətində onların qarşısında deyil, yanında olmalıyıq. Bu müddəti birlikdə yaşamalıyıq.
ŞƏRHLƏR