Müəllimin Gündəliyindən
Bir müəllim vəzifəsinin sadəcə məlumatlandırmaq olmadığını bilməli, keçəcəyi dərsi planlaşdırarkən yeri gəldikdə tələbələrin diqqətini çəkəcək bölümlər də hazırlayıb diqqətlərini cəlb etməlidir. Dərsi başa salarkən real həyatla əlaqələndirmək və sual-cavab metodundan istifadəe tmək tələbəni ayıq tutar.
Tərbiyədə müvəffəqiyyətin ən əsas açarı səbir, səbat və fədakarlıqdır.
Tərbiyəçi qarşısına çıxan çətinliklərdən qorxmamalı, əksinə, çətin şərtləri nəzərə alaraq müqavimətini artırmalı, daha da güclü olmalıdır.
Bir tərbiyəçi zəiflik və imkansızlıqlara baxaraq əsla ümidsizliyə, qəflət və tənbəlliyə düşməməlidir.
Qəlblərə əbədi səadət iksiri olacaq abi-həyatın çox vaxt çətin anlarda və iztirab diyarlarında gizli olduğunu yaddan çıxarmamaq lazımdır. çünki həyatı qiymətli və bərəkətli edən xüsus ülvi bir qayə uğrunda göstərilən fədakarlıqlardır.
Təlim-tərbiyə müvəqqəti sevda deyildir. Son nəfəsə qədər eşq və vəcdlə ifa edilməli olan ali vəzifədir. Bu etibarla tərbiyəçinin azuqəsi səbir, istinadgahı Mövla olmalıdır.
Tərbiyəçi hansı cəmiyyətdə olursa olsun, hər zaman iman həyəcanını qoruya bilən, qəlbini var-dövlət və mənfəət təlaşlarından uzaq tuta bilən, tərbiyəyə möhtac könüllərin səssiz fəryadlarına qulaq verə bilən kəsdir.
ŞƏRHLƏR