AĞDAŞIN ÜÇÜNCÜ MƏCHULU – ZAKİR DAYI

AĞDAŞIN ÜÇÜNCÜ MƏCHULU – ZAKİR DAYI

Yaşlı sözünün yaşı uludan gəldiyini deyirlər.

“Dəlilər və ağıllı insanlar zərərsizdir Ən təhlükəli insanlar, yarı dəlilər və yarı ağıllılardır” sözünə görə Zakir dayı ulu bir insandır. Zakir dayının Ceyhun ilə bənzər xüsusiyyəti zərərsiz olmasıdır. Zakir dayıda ağıl, zəka, hikmət və güclü yaddaş cəm olmuşdur.

Zakir dayını saqqalı, əsası, cübbəsi, ciddiliyi və cümə namazlarına asta-asta gəlişi ilə xatırlayıram. Zakir dayı cümə namazına ilk gə lənlərdən və məsciddən ən son çıxanlardan idi.

Uşaq sevindirməyi çox sevər cibində konfet əskik olmazdı. Zakir dayı cümlələrini qısa, dəqiq və bir az da amiranə qurardı. “Səsinə qurban kəsim, sözünə quzu kəsim, siz mənim balalarımsınız” dedikdə əriyərdiniz. Danışarkən əlini qaldırar “Eşidirsənmi, qulaq as, Baax bilirsənmi AAAdəm”, deyə xitab edərdi. Gözümün önünə

Za kir dayının Münkər və Nəkirin suallarına

əlini qaldıraraq “qulaq as, eşidirsənmi” de yə rək

ardarda cavab verməsi gəlir. Bir çay məc lisində

danışdıqlarını qeyd etdim. Yazıda gö rəcəyiniz

dırnaq içərisindəki hər cümlə yaz dığım səsinin

hərflərlə ifadəsidir.

Bir gün cümə namazından sonra Zakir dayı

ilə salamlaşdıq. Xeyr dua edincə ona “Zakir dayı,

səndən başqa dua edənim olduğunu bilmirəm

Allah razı olsun səndən” -dedim. Bu sözü Zakir

dayı illərcə unutmadı. “Adəm! Qəriblik yaman

şeydir, sənin nə demək istədiyini anladım” -deyərdi,

amma nə anladığını heç vaxt dilə gətirmədi.

Zakir dayı dünya ilə əlaqəsini belə izah

edər di: “Mən zəngin olmamışam, olmaq da istə-

mi rəm. Amma ürəyimin istədiyi kimi olmuşam.

Heç kimə möhtac olmamışam. Heç vaxt əlim,

ci bim boş olmayıb. Halalzadə olmuşam,

ruzini yaradandan istəmişəm, O da verib.

Heç ki min yanında gözükölgəli, üzüqara

olma mışam. Məni bir kənar adam tərifləsə

xo şum gəlmir Amma bir amma var: Heç

kimi xor görməmişəm, mərd olmuşam.

Qanımda halal çörək var.”

Zakir dayı həyatını izah edərkən “Mən

ömrümün hamısını dərd əhli olmuşam” deyə

xülasə edərdi. Necəsən, deyə soruş duqda

əvvəlcə Allaha şükür edər, daha sonra

“Adəm, mənə qulaq as, köhnə qarılar bi-

lirsən nə deyərdi? “Ürək bir süfrə deyil

ki, açam baxasan. Gizli bir xəzinədir ürək,

ürəyin sirrini ancaq özü bilər. Zakir dayı-

ya görə “yüz at çəksə, çəkə bilməz ürəyin

çək diyi yükü...”

“Yüz ilin ölüsündənsə bir gün diri qalmaq

yaxşıdır” sözü haqqında Zakir dayı

bunları söyləyir: “Hamı bu sözü səhv ba-

şa düşür. Mən hər şeyi eşiдib özəyini tapmışam.

Bu sözün başqa bir mənası var.

İn sanlar zənn edir ki, bir gün yaşamaq qazancdır,

qənimətdir. Ölü olmaqdan yax-

şıdır. Həqiqət başqadır. Gözəl Rəbbimin

o gözəl adına özü yaratdığı bu gen-bol

dünya dolusu şükürlər olsun. O Allah elə

gözəldir ki, yüz ilin günahını bir dəqiqədə

bağışlamağa qadirdir. Yüz il günah işləsən,

bu günahdan sonra bir gün artıq yaşasan,

ağlasan Rəbbim onu bağışlamağa qadirdir.

Milyon-milyon dünya dolu şükürlər olsun

Xudaya.

Aman Ayrılıq mahnısını bilməyən demək

olar ki, yoxdur. Azərbaycanda isə heç

yoxdur. Zakir dayı da ayrılıqlardan dərdlənməkdədir.

“Ayrılmaq çox dəhşətlidir,

hələ diri-diri ayrılıq daha dəhşətlidir. 1939-

2009 düz yetmiş il qardaşımı itirmişəm.

İndinin özündə yuxuma girir. Adı batsın

müharibənin tarixdən. Müharibə sözü ilə

erməni sözü silinsin tarixdən. Ermənilərin

qanında nəsə bir murdarlıq var. 1941-1945

çox dəhşətli müharibə oldu. Mən o vaxt

böyük oğlan idim.

Zakir dayı bir gün Ənvər müəllimdən

“Bir yuxu gördüm, danışım?” -deyə soru-

şur. Ənvər müəllim “Sən çox görürsən,

haydı danış” -deyir. Zakir dayı yuxusunu

da nışır və oyanınca dilinə gələn bu sözləri

yazdığını dedikdə Ənvər müəllim “Əhsən”

-deyə cavab verir:

“Bütün elmlərdən üstün ağıldır.

Ağıldan kəm olanın elmi nağıldır.”

Zakir dayı “Doyunca yaşadım, narazı

de yiləm, taylarımın hamısı torpaqdır. Hə-

yatı verənə şükürlər olsun. “Biz nə üçün

yaşayırıq” sualına 90-100 yaşına gəldiyi

hal da cavab verə bilməyənlər var. İnsanlar

həyatın nə üçün olduğunu düşünmürlər.

Bu müəmmaya insanların çoxu yeyib-iç-

mək, əyləncə cavabını verir. Biz dünyada

öl mək üçün yaşayırıq. Vaxt tamam olanda

bir köhnə yamaqlı libası da aparmağa icazə

yoxdur. İnsan dünyaya lüt gəldi və dünyadan

da lüt getməlidir.”

Zakir dayıya görə “Qadınların kişilərdən

fərqli olaraq bir işi yaxşıdır ki, onlar qəbir

görməzlər. İnsanın qoyulduğu qara çuxuru

görməzlər. Dəfndə iştirak etməzlər.”

Zakir dayı söhbətin bir yerində özünə

dəli deyildiyindən söz açır və “Dəli yax-

şıdır. Dəli olmaq yaxşı mənadadır ha” -deyir.

Peyğəmbərimiz, Hz. Əli, Qaçaq Nəbi

və Koroğlu kimi bir çox insana da dəli deyilib.

Zakir dayı həyat yoldaşının vəfatından

son ra evlənməyib. O dövrü belə izah edir:

Beş il tək yaşadım. Bu beş il bir saat kimi

gə lib keçdi. Bu təkliyə cavanlar dözə bilməz.

Sən necə tək yaşadın deyənlərə “tək deyiləm”

cavabını verərdim. Namaz qılanda salam

verirəm, Rəbbimi sağ çiynimdə görürəm. O

mənə “Qorxma, Mən də təkəm” deyir, sola

salam verəndə orada da Rəbbimi görürəm.

Qorxmuram. Təkcə olmaqdan başqa çarə

nədir?!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz