Cildə girən cinlər

Cildə girən cinlər

Cinlər də Allah-Təalanın özünə ibadət etmələri üçün yaratdığı varlıqlardır. Onların bizdən fərqli olan müxtəlif cəhətləri vardır. Bu fərqliliklərdən biri də şəkildən-şəklə girə bilmələridir. Cinlər Allahın verdiyi istedad və qabiliyyətlərə görə hər hansı bir şeyin formasını ala bilirlər. Lakin Uca Rəbbimizin lütfü olaraq hər hansı bir surətə girən cinlər bu zaman həmin şəklin hökmü – təsiri altında qalırlar. Yəni, şeytan və cin hər hansı bir şəklə girdiyi zaman insan  onu tələyə salıb tuta, hər hansı bir şeylə vura və öldürə bilər. Cinlərin bir göz qırpımında şəklə girib sonra gizlənməsinin səbəbi də məhz budur. Cildinə girdiyi adamın təsiri altında qaldığından öldürülməsindən qorxarlar.

Hədisdə qeyd olunmuşdur ki, Hz. Peyğəmbər insan cildinə girmiş şeytanı tutub, Mədinənin uşaqlarına göstərmək üçün məscidin sütununa bağlamaq istəmişdi. Ancaq Hz. Süleymanın (ə.s) duasını xatırladığına görə, bunu etməmişdi.

Əbu Hüreyrədən (r.a): Hz. Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Cinlərdən olan ifrit dünən gecə namazımı kəsmək üçün anidən üstümə hücum çəkdi. Allah məni ona üstün qıldı, mən də sabah olduğunda hamınız onu görəsiniz deyə, məscidin dirəklərindən birinə onu bağlamaq istədim. Ancaq qardaşım Süleymanın (ə.s): “Rəbbim! mənə elə bir mülk (səltənət) ver ki, məndən sonra (onun  kimisinə) heç kəs nail ola bilməsin.” (Sad, 38/35) sözünü xatırladım (və bu fikirdən daşındım).”  (Buxari, 3241)

Başqa bir hədis:

Əbu Dərdadan (r.a): Hz. Peyğəmbər (s.ə.s) (namaz qılmaq üçün) ayağa qalxdı. Biz onun belə dediyini eşitdik: “Səndən Allaha sığınıram”. Sonra üç dəfə belə dedi: “Səni Allahın lənəti ilə lənətləyirəm”. Ardıncada da sanki bir şey tutarcasına əlini uzatdı. O namazını bitirincə biz dedik: “Ey Allahın Rəsulu, sənin namazda bir şey dediyini eşitdik. Halbuki bundan öncə sənin elə şeylər dediyini eşitməmişdik. Həmçinin sənin əlini uzatdığını gördük.” (Hz. Peyğəmbər) buyurdu: “Allahın düşməni İblis əlində bir alov parçası ilə gəlmişdi və onu üzümə vurmaq istəyirdi.” Buna görə də üç dəfə: “Səndən Allaha sığınıram”, -dedim. Sonra yenə üç dəfə: “Səni Allahın lənəti ilə lənətləyirəm”, -dedim. Ancaq o geri çəkilmədi. Daha sonra onu tutmaq istədim. Allaha and olsun ki, qardaşımız Süleymanın (ə.s) duası olmasaydı o bağlanmış olcaqdı və Mədinənin uşaqları onu ələ salacaqdılar.” (Müslim, 542).

Buradan da gördüyümüz kimi insan kiminsə cildinə girmiş şeytanı tuta bilər. Buna görə də şeytanlar şəkillərini qeyri-həqiqi formalarında özünü göstərir, çünki kiminsə onu tutub öldürməsindən qorxur. Bu hal Rəbbimizin bizə olan rəhmətindəndir. Əks təqdirdə cinlərin sərkəşliyi biz qorxu içinə salar, insanlar arasında fitnə və fəsad yayılardı.

Doğrusu budur ki, fürsətlərin bərabərliyi kainatı mühafizə edir. Cəmiyyətin əmniyyətini də elə fürsətlərin bərabərliyi qoruyur. Fürsətlərin bərabərlyi həm insanı, həm də cinlərdən olan şeytanın öz həddini gözləməyə vadar edir.

Allah-Təala buyurur:

“Həqiqətən, (Cahiliyyət dövründə) bəzi insanlar bir para cinlərə pənah aparır, bununla da onların təkəbbürünü (azğınlığını) artırırdılar (cinlər özləri haqqında çox böyük fikirlərə düşürdülər).” (əl-Cinn, 6)

Cinlərə sığınıb onlardan kömək istəyən insanların həyatı sıxıntılı və kədərli olar. Allahın haramlarına məhəl qoymayanların əhvalı gözəlliklərdən uzaqlaşıb pis hala çevrilər. Son nəfəsdə isə -Allah qorusun- imansız ölər.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz