GƏLDİ KEÇDİ ÖMRÜM MƏNİM - YUNUS ƏMRƏ
Gəldi keçdi ömrüm mənim şol yel əsib keçmiş kimi
Hələ mənə şöylə gəldi şol göz yumub açmış kimi
İşbu sözə Haqq tanıqdır bu can gövdəyə qonuqdur
Bir gün ola çıxa gedə qəfəsdən quş uçmuş kimi
Miskin adəm oğlanını bənzətmişlər əkinçiyə
Kimi bitər, kimi yitər yerə toxum saçmış kimi
Bu dünyada bir nəsnəyə yanar içim göynür özüm
Yiğid ikən ölənlərə gök əkini biçmiş kimi
Bir xəstəyə vardın isə bir içim su verdin isə
Yarın anda qarşı gələ Haqq şərabın içmiş kimi
Bir miskini gördün isə bir əskicə virdün isə
Yarın anda sənə gələ Haqq libasın biçmiş kimi
Yunus Əmrə bu dünyada iki kişi qalur derlər
Məğər Xızır İlyas ola abi-həyat içmiş kimi
Bu şeiri yaxın günlərdə vəfat etmiş könül dostumuz
Məmmədov İlhamın əziz xatirəsinə ithaf edirik.
ŞƏRHLƏR