MƏSNƏVİDƏN

MƏSNƏVİDƏN

Uşaqları ölən şeyx

Bundan çox əvvəl məqamı çox yüksək olan bir şeyx vardı. Camaata yol göstərən bir mayak kimi idi. Bu şeyxin uşaqları ölmüşdü. Bir gün səhər xanımı ona belə dedi:

- Ey əfəndi! Qəlbin niyə bu qədər qatıdır? Sənin oğullarının ölümündən belimiz iki büklüm oldu. Gözlərimizdən qanlı yaşlar axır, amma səndə heç ağlama, fəryad yoxdur. Yoxsa könlündə mərhəmət qalmayıbdır?

Şeyx belə cavab verdi:

- Mərhəmətsiz və qatı qəlbli olduğumu düşünmə. Mən Allahın nemətlərinə nankorluq etdikləri halda kafirlərə belə yazığım gəlir. Hətta insanlar daş atdığına görə itlərə belə yazığım gəlir.

- Bəs niyə ölən uşaqlarına ağlamırsan? Gözyaşı mərhəmətin dəlilidir. Ürək yanmadan göz yaşarmaz. Niyə ağlamırsan?

- Onlar mənim gözümün önündən getmədilər ki. Onları gözümün önündə gördüyüm halda niyə sənin  kimi ağlayıb-sızlamalıyam ki? Hamı ölənlərini yuxuda gördüyü kimi, mən də gözü açıq olaraq yuxudakı kimi görürəm.

Sevmək, sevdiyini bir an belə gözündən itirməmək,  könlündən çıxarmamaqdır!

 

İBRƏTLƏR

Allah məhəbbəti

 

Dostlarından biri Hz. Marufi-Kərhidən:

– Ey Maruf! Səni bu dərəcə ibadətə sövq edən nədir?  -deyə soruşdu.

Həzrət susdu. Dostu təkid edərək:

– Ölümü xatırlamaqmı? -dedi.

Marufi-Kərhi cavab verdi:

– Ölüm dediyin nədir ki?

– Qəbir və bərzəx aləmini düşünməkmi? 

– Qəbir dediyin nədir ki?

Dostu yenə təkid edərək:

Cəhənnəm qorxusu və ya cənnət ümidimi? -deyə soruşdu. Bunun müqabilində Hz. Marufi-Kərhi bu möhtəşəm cavabı verdi:

– Bunlar nədir ki? Bu saydığın şeylərin hamısını əlində saxlayan Zati-Kibriya elə uca bir Rəbdir ki, əgər Ona qarşı dərin bir məhəbbətə və qızğın sevgiyə sahib ola bilsən, bu dediklərinin hamısını sənə unutdurar. Allah ilə aranda bir mərifət, bir məhəbbət meydana gələr və bunun sayəsində O, səni saydıqlarının hamısından  qurtarar!

 

Uşaqları da olsa aldatmayan əxlaq

 

Abdullah bin Amr (r.a) belə nəql edir:

Bir gün anam məni yanına çağırdı. Rəsulullah (s.ə.s) evimizdə idi. Anam:

- Gəl sənə bir şey verim! -dedi. Allah Rəsulu:

- Ona nə verməyi düşünmüşdün? -deyə soruşduqda, anam:

- Ona bir xurma vermək istəyirdim, -cavabını verdi. Bunun müqabilində Rəsulullah (s.ə.s):

- Onu da bil ki, əgər ona bir şey verməsəydin, sənə bir yalan günahı yazılacaqdı, -buyurdu. (Əbu Davud, Ədəb, 80/4991; III, 447) 

 

                                  Allah Rəsuluna (s.ə.s) inam insanı ucaldar

 

Rəsulullah (s.ə.s) bir bədəvidən at almışdı. Peyğəmbərimiz (s.ə.s) bədəvidən atı evə qədər gətirməsini və orada pulunu almasını xahiş etdi. Özü tez-tez addımladığından bir az qabağa keçdi; bədəvi isə yavaş yeridiyi üçün arxada qaldı. Bu zaman bəzi adamlar bədəvinin yanına gəlib atı almaq üçün sövdələşməyə başladılar və daha artıq qiymət təklif etdilər. Peyğəmbərimizin (s.ə.s) atı aldığını bilmirdilər. Bədəvi Rəsulullaha (s.ə.s) səslənərək:

– Bu atı alırsansa al, yoxsa satıram! -dedi. Allah Rəsulu bədəvinin bu sözünü eşidən kimi ona tərəf dönüb:

– Mən ki, onu  səndən aldım! -buyurdu. Amma bədəvi:

  • Vallah, mən onu sənə satmadım! -deyə, inkar etməyə başladı. Peyğəmbərimiz (s.ə.s):
  • Yox! Mən onu səndən aldım, -dedi. Bu dəfə bədəvi:

– Şahid gətir! - dedi. Hüzeymə bin Sabit (r.a) o dəqiqə irəli atılıb:

“ – Mən şahidlik edirəm, siz onu aldınız! –dedi.

Allah Rəsulu Hüzeyməyə yaxınlaşaraq:

 – Sövdələşərkən sən bizim yanımızda deyildin, necə şahidlik edə bilərsən?” –deyə soruşdu. Hüzeymə (r.a):

– Sənə olan təsdiqim ilə, ey Allahın Rəsulu! –dedi.

Rəsulullah(s.ə.s) bu misilsiz sədaqətinə görə Hüzeymənin şahidliyini iki nəfərin şahidliyi yerinə qəbul etdi. (Əbu Davud, Əqdiyyə, 20/3607; Nəsai, Büyü, 91; Əhməd, V, 215-216)

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz