BÖYÜK DÜŞÜNMƏK

BÖYÜK DÜŞÜNMƏK

Gücünün tükəndiyini hiss etdiyin yer (vərdişləlrin formalaşdırdığı) saxta səndən real sənə giriş qapısıdır!

Həyatımızı avtomatik bir proqrama uyğun yaşayırıq. Əslində robotlardan bir o qədər fərqimiz yodur. Razılaşmırsan?! Qulaq as! Etdiyimiz gündəlik seçimlər, gördüyümüz işlər çox böyük ölçüdə vərdişlərimiz tərəfindən idarə olunur. Yəni bu günə kimi qazandığımız mənfi və ya müsbət vərdişlərdir bizi idarə edən. Yoxsa zərərli olduğunu ətraflı bildiyimiz halda yenə də içdiyimiz və ya qebul etdiyimiz qidalarin səbəbini necə izah etmək olar? İş görmə qabiliyyəti də bir vərdişdir. Gündə 5 saatdan çox aktiv bir işlə məşğul olmayan biri istər-istəməz bu limitə çatanda yorulduğunu və artıq dincəlməli olduğunu, edə biləcəklərinin maksimum bu qədər olduğunu düşünür və buna uyğun da yaşayır.  Bunu həyatında təcrübə etməyən demək olar ki, heç kim yoxdur: zehin arxivinə bir göz atsan sən də görəcəksən ki, bəlkə də dəfələrlə olub ki, zəhmətli və uzun müddətli bir fəaliyyətdən sonra yorulduğunu, gücünün tükəndiyini düşündüyün anlar olubdur. Və birdən çox ani və sənin üçün önəmli olan hər hansı bir şey və ya insan təhlükədə olur və sənnən tələb olunan ağır zəhmət bu təhlükəni həll edəcək əhəmiyyətdədir. Bu anda yerindən necə qalxdığını, yogunluq, gücsüzlük və s. düşünmədən o işin öhdəsindən gəldiyin olub. Hə, nə oldu bəs gücün tükənmişdi? Halın yox idi? Taqətin qalmamışdı? Necə oldu ki, bunu edə bildin?  Gücləndirici heç bir şey qəbul etmədiyin halda, sehrli və bənzər sirli bir səbəb olmadığı halda bunu necə edə bildin? Cavab bu deyilmi?  Vərdişlərinin o tayına keçdin, uzun müddətdir ki, yaşamağı adət halına gətirdiyin o komfort sahəsini tərk etdin, vərdişlərinin formalaşdırdığı limitlərin xaricinə çıxıb gerçək sənə/potensialına dayanaraq hərəkət etdin.  Edə bilərəmmi, alınacaqmı, birdən uğursuz olaram, indiyə kimi heç belə bir şey etməmişəm kimi zəiflədici heç bir düşüncəni zehninə gətirmədin, daha doğrusu səndən olsa gətirərdin sadəcə olaraq vəziyyətin təcililiyi və önəmi beynin sənə o siqnalı – dərhal hərəkətə keç- göndərdi və məqsədə çatmaqdan başqa bir şey düşünməyə vaxtın olmadı.

 İndi həyatına bax və bu qədər edə bilərəm deyə özün haqqında qoyduğun o sərhəd xətlərini yenidən çək. Böyük düşün, bir uşaq kimi xəyallarında azad ol, zəncirlərini qır və bugünə kimi yaşadığın o qəfəsdən çıx. Sadəcə bu kifayət deyil, yəni qəfəsdən çıxmaq hələ hər şey demək deyil, qəfəsi zehnindən də çıxar ki özün-özünü əngəlləməyəsən.

Gələcəkdə çata biləcəyin ən yüksək nöqtəni bunlar təyin edəcək: xəyal gücün, bunu reallaşdırmaq üçün özünü nə dərəcə o hədəfə həsr etdiyin, hansı müddət ərzində həsr etdiyin, zövqlərindən fədakarlıq etməyin, dualarındakı səmimiyyət, ədəb və israr.

Xəyal gücü deyərkən xıyalpərəstlik nəzərdə tutulmur. Yəni hər gün zövqlərinə xoş gələn müxtəlif xəyallar qurub onları reallaşdırmağı arzulamaq deyil, əksinə ən imkansız sanılanı xəyal etmək və bu yolda heç bir şeyin səni durdura bilməyəcəyinə, nə olursa-olsun bu yoldan dönməyəcəyinə heç kimə deyil, öz-özünə söz verməyindir və dəflərlə deyil, bir dəfə, sadəcə bir dəfə və sarsılmaz bir qətiyyətlə söz verməyindir ki, bu cür bir yanaşma ilə demək olar ki, əldə edilməyəcək heç bir şey yoxdur .

Bəlkə deyə bilərsən ki, nəyə lazımdır ki böyük düşünmək, böyük xəyallar qurmaq, normal yaşayıram da?! Bu hər kəsin özünə qalmış bir seçimdir. Amma bu həyata bir dəfə gəlirik və var olduğunu düşündüyümüzdən də çox böyük bir potensialla. Vəziyyət belə olduğu halda bu potensialı, qabiliyyətləri niyə işlətməyək, niyə tarixdə bir iz də biz qoymayaq? Biz deyilikmi xəlifə olaraq yaradılan? Biz deyilikmi “Əhsəni Təqvim” sirrincə yaradılan? Başqalarının qüsurları bizi az məşğul etsə, dostların, yaxınların uğurlarını qısqanıb, paxıllıq etməkdənsə daha çoxu üçün dua etsək, əlimizdən gələn köməyi əsirgəməsək hər şey daha yaxşı olmazmı?! Əslində böyük hədəfləri olan birinin bu cür mənasız şeylər üçün vaxtı olmur. Edəcək işləri çox olduğundan başqalarının nə etdiyi, nə dediyi, qüsurları, səhvləri və s. ilə maraqlanmağı vaxt itkisi hesab edir.

Əbu Əyyub əl-Ənsarı (r.a) səksən yaşında olmasına baxmayaraq, böyük bir iman həyacanıyla, həm də ikinci dəfə  Konstantiniyyə səfərinə qatıldı. Bu məşəqqətli səfərdə xəstələndi. Vəfatı yaxınlaşınca da əsgər yoldaşlarına belə dedi:

“Əgər ölsəm məni özünüzlə götürün və Rum torpaqlarına doğru gedə bildiyiniz ən son nöqtəyə aparın. Düşmənlə qarşılaşıb artıq irəliləyə bilməz vəziyyətə gəldiyinizdə məni oraya, ayaqlarınızın altına dəfn edin!...”

Seçdyimiz hədəf üçün çalışarkən bəsit itkilərdən dolayı risk edə bilməyən bizlər ölümü ilə belə, bir addım daha ata bilməyi hədəfləyən bu səksən yaşlı cəsarət abidəsinə baxıb hədəflərimizi, ideallarımızı və dəyərərimizi yenidən gözdən keçirməli və bizə bəxş edilənlərə yaraşan bir həyat yaşamağa can atmalıyıq.

Allah-Təala bizə sadəcə özümüzə deyil, digərlərnin də həyatlarına bir töhfə verən bəndələrindən ola bilməyi nəsib etsin!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz