İntellektual Cəhalət
Virtual aləmin bir nemət olduğu və məlumat almağı asanlaşdırdığı mübahisə edilməz bir gerçəkdir. Zamana, məkana, pula qənaət edildiyi kimi, yer tutmaq və daşınma problemi də yoxdur. Bir sözlə, texnologiyanın insani ehtiyaclar mövzusunda təmin etdiyi üstünlüklər saymaqla bitməz. Məsələyə insan olduğumuzu unutmadan, mərkəzə; eşidən, danışan, duyğuları olan bir varlığı qoyaraq baxsaq bu imkanları istifadə etmək qədər gözəl bir şey yoxdur. Ancaq bütün həyatımızı, zamanlarımızı virtual aləmə hasr edib hər şeyimizlə orada var olmağı seçiriksə, məhz o zaman problem başlayır. Qarşınızda işıqlı bir ekran sizi istiqamətləndirir. Sizi içinə çəkir və ictimai varlıq olmanız, ehtiyaclarınız, hissləriniz, duyğularınız hamısı virtual olur. Bir növ “insan” olmaq xüsusiyyətinizi unudursunuz və qismən insan xüsusiyyəti ilə varlığınızı davam etdirirsiniz.
Qarşımıza bu suallar çıxır:
Virtual aləmdə dünyasını quran bir insan gerçək həyatda nə qədər var ola bilər?
Bu mühitlərdəki məlumatı əldə etmək və onun asanlığı, məlumatı nə qədər qalıcı edir?
Əmək sərf edilmədən əldə edilən məlumatın insanı intellektual etməsi nə qədər normal haldır?
Gənclərin içində olduqları psixologiya o millətin sabahlarının meydana gəlməsində, keçmişdən gələcəyə baxış tərzinin ortaya çıxmasında çox əhəmiyyətlidir. Hansı məlumat ilə hansı ictimai mühitdə təchiz olunursa ona görə bir insan tipi ortaya çıxır və cəmiyyətin fərdləri buna görə formalaşır.
Müasir gənclər hər şeyi çox sürətli əldə edirlər. Məlumat sahibi olmağın onlarla yolu var. O qədər ki, məlumat hər insana bir klaviatura düyməsi qədər yaxın və sadədir. Bu “yaxın” və “sadəliyin” verdiyi bir hazıra-nazırçılıq anlayışındanmı, yoxsa kitabın ruhunu kəşf edə bilməməkdənmi, bu qədər məlumatın var olmasına baxmayaraq keçmişlə müqayisədə oxumamaq və buna paralel olaraq da cəhalət daha artıb.
Texniki imkanlardan istifadə etmədəki balanssızlıq insanımızı tənbəlliyə alışdırdı. İnsanımız bununla da kifayətlənmədi müftəxorluğa alışdı. Bununla da elmin və ya elm sahibinin qiyməti azaldı. Nəticədə nə isə öyrənməyə hörmət qalmadı. Ona görə, texnologiyanın verdiyi imkanlar ərköyün bir oxucu, hazıra-nazir bir kütlə və məlumat bataqlığı içində yol tapmayan insanlar ortaya çıxardı.
Gənclərə kitab tövsiyə etdiyiniz zaman bu belə bəzən mənasız gələ bilir. “Müəllim, Google-a yazırsan, bir düyməyə basırsan istədiyin məlumat qarşında hazırdır.” Bu vəziyyətdə olan bir gəncə necə “get filan yazıçının filan kitabını al oxu” deyəsən? Hansı yazıçını tövsiyə edib, hansı nəşriyyatın yolunu göstərəsən?
Məsələnin kitaba və kitab dünyasına baxan istiqaməti də çox əhəmiyyətlidir. İndi artıq çap edilmiş kitabların yerini dijital kitablar tutur. “E-kitab” deyilən electron kitablar. E-kitabları oxuma imkanı verən IPAD-lər çıxdı. Və ya onun dəyişik versiyaları. Minlərlə, hətta on minlərlə kitabın elektronik versiyasını cihazınıza yükləyirsiniz və istədiyiniz yerdə istədiyiniz kitabı açıb oxuyursunuz. Bu, əslində ələdüşməz fürsətdir. Ancaq bir də bu imkanın verdiyi rahatlıq və “davamlı əlimin altında” olma duyğusu insanı qulağının dibindəki məlumatdan uzağa ata bilir.
İndi rəfdəki kitablara maraq azalır. Kitabçıları gəzən kitapsevərlər, kitab sifarişi verən oxucular azalır. Yeni nəsildəki istehlak iştahından məlumat da nəsibini alır.
Bunu bacara biliriksə nə gözəl: internetin, dijital nəşriyyatın təmin etdiyi məlumatı diqqətli və faydalı bir şəkildə istifadə edərək bir sərmayə əldə edə biliriksə, bu, təqdir ediləcək bir haldır. Yoxsa süzgəcdən keçməmiş məlumat, məlumat zibilliyindən başqa bir şey deyil.
Bəlkə bir araşdırmaçı üçün çox gözəl bir imkandır. Ancaq kitabın yeri, dəyəri və kitabın mənəvi istiqaməti heç bir şeylə dəyişdirilə bilməz.
21-ci əsrdə, hər şeyin elektronikləşdiyi bir zamanda, toxuna biləcəyimiz, əlimizə alıb oxuya biləcəyimiz, bir başqasına hədiyyə edə biləcəyimiz kitabların olması dijital nəşriyyatla birlikdə davam etdirilə bilən bir iş ola bilər.
Elektronik kitaba bir düymə ilə asanlıqla sahib bilərik, ancaq bu, bizim cəhalətimizi artırmamalıdır. İntellektual səviyyəmizə səviyyə qatmalıdır.
ŞƏRHLƏR