Quşqonmaz məscidi

Quşqonmaz məscidi

Osmanlı paşalarından Şəmsi Əhməd paşa məscid tikdirmək qərarına gəlir. Buna görə dövrünün ən uğurlu və tanınmış memarı Memar Sinana müraciət edir. Onun istədiyi məscidi digərlərindən fərqləndirən isə qübbəsinə quş qonmaması idi. Əslində, o dövrdə bu problem üçün quşların qonduğu pəncərələrə və damlara mismar vurmaq kimi bir üsul tətbiq olunurdu. Ancaq bunun çox zərərli olduğuna və alternativ, zərərsiz bir yol tapılacağına inanan Memar Sinan araşdırmalara başlayır.

Memar Sinan bir müddət sonra Şimal və Cənubdan əsən küləklərin kəsişdiyi nöqtənin quşları narahat edib onları uzaqlaşdıracağını müəyyən etmiş və dalğaların da bu problemi həll edəcəyini düşünmüşdür. Məscid dəniz kənarında tikilsə, dalğalar səthdə yaratdıqları titrəyişlərlə quşların gəlməsinin qarşısını alan zərərsiz bir alət olardı. Dəniz qıraqlarında tikilən binaların sürüşmə riskini gözardı etməyən Memar Sinan yerə iki daşınan sütun qoyaraq mühəndislik bacarığını nümayiş etdirdi. Bu sütunlar sürüşmə nəticəsində yaranan hər hansı bir hərəkətin fərqinə varmağı asanlaşdırırdı.

Memar Sinanın digər məscidlərindən fərqli olaraq Şəmsi Paşa məscidinin həyətində lyuk qapağı qoymuşdur. Dəniz kənarında yerləşən bu məsciddə xüsusilə suyun çox olduğu dövrlərdə məscidə daxil olan suların təmizlənməsi üçün həmin qapaqdan istifadə olunurdu.

Həyətdən içəri girdiyiniz zaman qarşılaşdığınız ilk qapı ağ mərmərdən hazırlanmış və hereke daşları ilə bəzədilmişdir. Mədrəsə və türbə olmaqla iki əsas hissədən ibarət olan məscidin tikintisində yonma daşlardan istifadə olunub. İslam memarlığının motivlərini və izlərini daşıyan məscidin tikilişində daha çox sadə üslubu seçiblər. Kiçik və tək günbəzli məscidin günbəzi qurğuşun örtüyü ilə diqqət çəkir.

Şəmsi Əhməd Paşa isə adını verdiyi bu məscidin tamamlanmasını görəcək qədər çox yaşamamış və 1580-ci ildə məscidin açılışından bir il əvvəl vəfat etmişdir. Şəmsi Paşanın məzarı da bu məscidin həyətindədir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz