Dr. Mustafa MERTER - FİTRƏTİNƏ YADLAŞAN QADIN

Dr. Mustafa MERTER - FİTRƏTİNƏ YADLAŞAN QADIN

Qadın öz təbiətinə yadlaşaraq maddi güc, iqtidar və hegemonluq ardınca düşdüyü təqdirdə fərqində olmadan “kişiləşməyə”, bir növ kişi karikaturasına çevrilməyə başlayır. Bunun nəticəsində təbiətinə xas olan gözəllikləri, yəni müdrikliyini, yaradıcılığını, hissiyyat və mərhəmətini itirdiyinə görə getdikcə öz fitrətindən uzaqlaşaraq bilmədən əslinə xəyanət etmiş olur. Söhbətin nədən getdiyini əyani surətdə görmək üçün xarici xəbər kanallarının birini açıb aparıcı xanımları təfəkkürlə izləyə bilərsiniz.

Bu gün Qərb dünyasında və ABŞ-da get-gedə “kişiləşən qadın” sindromunun vüsət tapdığını görürük. “Kişiləşən qadın” əslində hər sahədə kişilərdən önə keçməyə çalışaraq bir növ “cinsi əskikliyini” və bundan qaynaqlanan kompleksini təmin etmə arayışındadır. Belələri öz əslinə xəyanət etdiyi üçün həm özündən, həm də kişilərdən nifrət edən varlığa çevrilir. Göründüyü qədəri ilə bəziləri də cinsi həyat seçimində biseksual (qadın-kişi fərqi qoymadan) olmağı tərcih edir. Bir gecəlik münasibətlər, üç-beş günlük eşq macəraları da əslində ehtiyac duyulan cinsi yaşamın zorakı təminindən ibarətdir. Əslində zərif duyğulardan məhrum olan sözügedən qadın üçün bu dediklərimiz özünü qurtarma çırpınışı, sözün əsl mənasında faciədir.

Get-gedə kişiləşən bu “dəyərsiz qadın” dəyərli görünmə cəhdlərini davam etdirərək açılıb-saçılmağa başlayır. Hansı ki, burada da insani keyfiyyətlər nöqteyi-nəzərindən fəlakət yaşanır. Qərb dünyasının guya azad, “müasir” qadını fərqində olmadan, dəyərli olmaq sevdası ilə cinsi fiqura çevrilir. Öz bədənini kişilər dünyasında “satışa çıxartmağa” başlayır. Ən pisi isə odur ki, nəfsini ləkələmə bahasına “can”ından uzaqlaşaraq özünə yadlaşır. Reklam sənayesinin sərgilərində və televiziya ekranlarında gördüyümüz gənc çılpaq qızlar gözlərimizin önündəki başıbəlalı nümunələrdən sadəcə bir neçəsidir.

Hər tərəfi boyanmış, estetik əməliyyatlarla əslindən qoparılmış, bədəninin ən məhrəm yerləri qəssab dükanında asılan ət kimi sərgilənən, “cürətkar” geyimi ilə məhrəmliyin son sərhədinə qədər açılıb-saçılan, beləcə cinsi əşyaya çevrilən “müasir” qadın əslində bəşəriyyətin tragediyasıdır.       

(“Dokuz yüz katlı insan” kitabından)

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz