Uşaqlara Allahın gözəl isimlərini ad olaraq qoymaq olarmı?

Uşaqlara Allahın gözəl isimlərini ad olaraq qoymaq olarmı?

Uşaqlara Allahın gözəl isimlərini ad olaraq qoymaq olarmı?

Valideynin uşaqlara qarşı vəzifələrindən biri də onlara gözəl ad qoymaqdır. Hz. Peyğəmbər (s.ə.s) bir hədisi-şərifində qiyamət günündə insanların adları ilə çağırılacaqlarını bildirərək “Uşaqlarınıza gözəl adlar verin” buyurmuşdur. (Əbu Davud, Ədəb, 68) Bəs uşaqlara Allahın Qurani-Kərimdə və hədisi-şəriflərdə yer alan adlarını vermək olarmı? Allahın bəzi adları sırf özünə xas olub bunlar insanlar üçün istifadə edilə bilməz. Məsələn, Allahın “Saməd” adı “heç kimə möhtac olmayan” mənasındadır. Bu adın insanlar üçün istifadəsi doğru deyildir. Bu növdən adlar əgər uşaqlara veriləcəksə başına “qul” mənasına gələn “abd” sözü əlavə edilməlidir. Məsələn, “Abdussaməd”, “Abdullah”, “Abdurrahmən”, Abdurrəzzaq” və s. Allahın bəzi adları isə ona xas olmayıb insanlar üçün də istifadə edilə bilər.  Məsələn, Allahın gözəl adlarından “Kərim” (çox səxavətli), “Adil” (Ədalətli), “Lətif” (Lütf və ehsan sahibi), “Rauf” (Çox şəfqətli), “Mömin” (etibar edilən, qoruyan) kimi adlar Allahın xaricində insanların da vəsf edildiyi ortaq adlar olduğundan, sırf Allaha xas olmayan bu adlar uşaqlara qoyula bilər.  

Nafilə namazları evdə, yoxsa məsciddə qılmaq daha fəzilətlidir?

İslamda fərz namazların məsciddə qılınması əsasdır. Nafilə və sünnə namazlarda isə bu durum fərqlidir. Hz. Peyğəmbər (s.ə.s) istər beş vaxt namazından qabaq və sonra, istərsə fərz namazlardan ayrı olaraq sünnə və nafilə namazlar qılar və bu cür namazların evlərdə qılınmasının daha uyğun olacağını ifadə edərdi. Bir hədisi-şərifində Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Ey İnsanlar! Evlərinizdə namaz qılın! Çünki fərz namazlar xaricindəki namazların ən məqbulu insanın öz evində qıldığı namazdır”. (Buxari, Əzan, 81) Başqa bir hədisində Hz. Peyğəmbər (s.ə.s): “Sizdən biriniz fərz namazını məsciddə qıldıqda o namazından evinə də bir pay ayırsın! Belə ki, Allah-Təala bu nafilə namaz səbəbi ilə onun evində bir xeyir yaradar” (Müslim, Salətül-Musafirin, 210) buyurmuş və “Namaz qılmayaraq evləri qəbiristanlığa çevirməyin!” (Buxari, Salat, 52) buyuraraq bütün namazların məsciddə qılınaraq evləri namazdan məhrum etməməyi tənbeh etmişdir. Buna görə fərz namazların sünnələri daxil digər bütün nafilələrin məsciddə qılınması mümkün olmaqla birlikdə evlərdə qılınması daha fəzilətli görülmüşdür.    

Müsabiqələrdən əldə edilən hədiyyələri almaq caizdirmi?

İki və daha çox şəxsin öz aralarında doğrudan və ya dolaylı bir şəkildə razılaşaraq, sonda bir tərəfin qazanacağı, digər tərəfin itirəcəyi şəkildə şansa bağlı oynadıqları hər cür oyun və yarış qumar sayılır və haramdır. Fəqət yarışan şəxslərin xaricində üçüncü tərəfin vəd etdiyi bir mükafatı əldə etmək üçün yarışa qatılmaq haram deyil. Belə müsabiqələrdə iştirak etmək caizdir. Çünki burda yarış üçün təyin olunan mükafat yarış iştirakçıları tərəfindən deyil, üçüncü bir şəxs tərəfindən təmin edilməkdə olub iştirakçılar bir şey itirməməkdədir. Ancaq bu növdən müsabiqələrə qatılmaq üçün sms göndərmək və ya başqa əlavə ödənişlər etmək, bir növ lotereya bileti almaq kimi olduğundan qumara bənzəməkdədir.  

 

Bədənə döymə etdirməyin hökmü nədir?

Bədənə iynələr batırılıb açılan deşiklərə boyalı maddələr yeridərək edilən döymə (tatto, nakolka) qədim dövrlərdən bəri bəzi insanların tətbiq etdiyi bir üsuldur. Sağlamlıq baxımından bədənə zərərli olan döymə dinimiz tərəfindən də qadağan edilmişdir. Belə ki, diqqəti cəlb etmək və daha gözəl görünmək məqsədi ilə insana yaradılışdan verilən bədən xüsusiyyətlərini dəyişdirmək, İslam dinində fitrəti dəyişdirmə olaraq qəbul edilmiş və qadağan edilmişdir. (Nisa,119) Hz. Peyğəmbər (s.ə.s) bədənə döymə vurdurmaq və dişləri incəldərək seyrəltmək kimi əməliyyatları yaradılışı və fitrəti dəyişdirmək olaraq dəyərləndirmiş və bunu edən və etdirənlərin Allahın rəhmətindən uzaq olacaqlarını bildirmişdir. (Buxari, Libas, 83-87; Müslim, Libas, 120) Bədəninə döymə etdirən bir müsəlman, əgər sağlamlığına bir zərər gəlməyəcəksə onu silməlidir. Silmək mümkün olmazsa, sadəcə bu günah üçün tövbə etməlidir. Bədəndə döymənin varlığı dəstəmaza və qüslə mane deyil. Çünki döymə dərinin altında qalır. Dəstəmaz və qüsldə isə dərinin üstünün yuyulması kifayətdir. Ayrıca döymə namaz qılmaya, ibadətləri yerinə yetirməyə, məscidə getməyə və Quran oxumağa da əngəl deyil.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz