Təbbət
Fransanın karikatura ziddiyyəti. Söhbət, təbii ki, üfunət iyi verən Charlie Hebdo jurnalından gedir. Heç bir milli-mənəvi dəyəri və həssasiyyəti olmayan, dünyaya yalnız kin qusan, əsasən də İslamı və müsəlmanları hədəf alan xəbərlər və karikaturalar yayan bir media qurumu. Nədənsə mövzu İslam olduqda "Biz karikaturalardan əl çəkməyəcəyik, karikaturalar azadlıqdır" deyə öz məkrli əməllərini pərdələyirlər, amma işlənən mövzu öz gülünc halları olduqda karikaturanın “qəbuledilməz” olduğunu vurğulayırlar. Atalar yaxşı deyib: “it itin ayağını tapdamaz”.
Məqsədləri nə olursa olsun, Türkiyənin 11 şəhərində baş verən, minlərlə insanın həyatını itirdiyi zəlzələdən sonra belə bir karikaturanın mediaya təqdim edilməsi faşistlikdən başqa bir şey deyil. Hansı ki, dünyanın heç bir bölgəsi bundan sığortalanmayıb. Yəni bu, hər kəsin başına gələ biləcək, dinindən və dilindən asılı olmayaraq can itkisinə səbəb olan bir hadisədir. Bunu sadəcə İslama yamamaq, ya da belə desək, can verənlərin müsəlman olmağına sevinmək heç bir canlının edə bilməyəcəyi bir rəzillikdir. Bunun üçün ancaq olmayan insanlığını qapının kandarında qoyub Charlie Hebdoda işləmək lazımdır.
Sosial mediada "Tank göndərməyə belə ehtiyac qalmadı" deyə yazaraq bu karikaturanı paylaşmışdılar.
ŞƏRHLƏR