HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əziz Mahmud Hüdayi - 11

Hüdayi həzrətləri buyurur:

Neyləyəyim dünyanı?

Mənə Allahım gərək.

Gərəkməz masivanı,

Mənə Allahım gərək…

Allah-Təala belə buyurur:

“Cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım”. (əz-Zariyat, 56) Yəni bu fani dünyada var olma səbəbimiz Rəbbimizin razı qalacağı hal və əməllərlə qulluğumuzu ərz etməkdir.

Lakin Haqq-Təala insana ilahi imtahan gərəyi nəfs əngəli verib, dünya və içindəki nemətləri də nəfsi özünə cəzb edəcək şəkildə yaradıb.

Məhz möminin əsl qiyməti də nəfsinin arzu və istəklərinə baxmayaraq, dünya ehtirasından sıyrılaraq hər bir halda Rəbbinə yönəlməsində və yalnız Onun qulu olduğunu ibadətləri ilə isbat etməsindədir.

Hikmət əhli qəlbi qəflətə sürükləyib Allah-Təaladan uzaqlaşdıran hər şeyi masivadünya adlandırıb.

İnsanın Allaha yaxın olması və Onunla bərabərliyin hüzurunu dadması üçün qəlbindən qəflət pərdələrini qaldırması vacibdir. Bu pərdələrin başında isə “dünya məhəbbəti” gəlir.

Lakin qəlbdən atılmalı olan “dünya məhəbbəti”nin mahiyyətini doğru anlamaq lazımdır. Həzrət Mövlana belə deyir:

“Dünya Allahdan qafil olmaqdır. Yoxsa pul-para, ailə və övlad sahibi olmaq deyil. Səni aldadıb Allahdan qafil edən nə varsa, dünyan da odur”.

Yəni insana bu dünyaya gəliş qayəsini unutduran, onu Rəbbindən qafil edən və Allah məhəbbətinin önünə keçən bütün fani məhəbbətlər bu qəbildəndir.

Ona görə möminin vəzifəsi ilahi imtahan vəsiləsi olan can, övlad, var-dövlət, vəzifə və məqam kimi vasitələri tərk etmək deyil, onlara layiq olduğundan artıq dəyər verməməkdir.

Dindarlıq və təqva dünyadan əl çəkmək deyil, eynilə leyman u kimi dünya məhəbbətini qəlbə yaxın buraxmamaq və heç nəyi ilahi məhəbbətin önünə keçirməməkdir.

Nəql olunduğuna görə, bir qarışqa Süleyman u-ın cinlərdən, insanlardan və quşlardan ibarət ordusunu görüb digər qarışqalara:

“Həzrət Süleymanın səltənəti çox böyükdür, ayaq altında qalarsınız! Yuvalarınıza girin!” - deyə səsləndi.

Bunu eşidən Süleyman u:

“Xeyr, mənim səltənətim fani, dünya həyatım da müvəqqətidir. Lakin bir dəfə kəlmeyi-tövhid gətirməyin bəxş edəcəyi səadət sonsuzdur!” - dedi. O möhtəşəm dünya səltənətinə rəğmən əsla Rəbbinə qulluqdan uzaq qalmadı.

Allahdan qafil qalmaq təlaşı ilə qəlbi dünya sevdalarından qorumaq zöhdtəqvanın tələbidir. Lakin bu, zahiri deyil, qəlbi həssaslıqdır. Yəni mühüm olan dünya nemətləri ilə məşğul olmaqla yanaşı, onları qəlbə yaxın buraxmamaqdır. Bu nöqteyi-nəzərdən dəyərləndirdikdə zöhd və təqva əsla kasıblıq demək deyil; varlı, kasıb hər möminin sahib olacağı müstəsna qəlbi səviyyədir.

Əsri-səadət dövründə qənimətlərin beşdə biri Rəsulullah r -ə gəlirdi, istəsəydi, həddən artıq zəngin həyat sürə bilərdi. Lakin O, zövq-səfa içində yaşamaq sevdasından üz döndərib yaşatmaq sevdasına könül vermişdi. Ona görə də zəruri miqdarla kifayətlənib əlində qalanı infaq edərək könüllü olaraq zöhd içində yaşamağı seçmişdi.

Əgər bir insan ilahi təqdir nəticəsində yoxsulluq içində yaşamasına baxmayaraq könül dünyası daim dünyəvi arzuların təlatümü içindədirsə, o kəs zöhd və təqva əhlindən sayılmaz. Çünki zöhd və təqva qədərin sövqü ilə məcburi olaraq aza qənaət etmək deyil, qəlbi ixtiyari şəkildə dünya boyunduruğundan qorumaqdır.

Bu qissə sözünü etdiyimiz gerçəyi necə də gözəl ifadə edir:

Böyük Allah dostlarından Muhamməd Parisa həzrətləri həccə gedərkən yolu üstündəki Bağdad şəhərindən keçir. Burada nur üzlü gənc bir sərrafla rastlaşır. Gəncin qızğın alverlə məşğul olaraq vaxtını gərəksiz dünyəvi məşğuliyyətlərlə keçirdiyini zənn edərək məyus olur. Qəlbindən:

“Yazıq! Tam da ibadətlə məşğul olub Allaha yaxınlaşacağı bir çağda özünü dünya məşğuliyyətlərinə verib”, - deyə keçirir. Lakin bir anlıq müraqibəyə dalıb gəncin qəlb aləminə nəzər saldıqda dünya işləri ilə məşğul olsa da, qəlbinin Allahla bərabər olduğunu və daimi zikr halını qoruduğunu görüb heyrətə düşür… Bu səfər:

“Maşallah! Əl karda, könül Yarda”, - deyərək gənci təqdir edir.

Hicazda isə Kəbənin örtüsündən yapışıb için-için ağlayan ağ saqqallı bir qoca ilə qarşılaşır. Əvvəlcə onun yana-yana Allaha yalvarmasına və zahiri görünüşünə baxaraq qibtə ilə öz-özünə:

“Kaş mən də belə ağlayaraq Allaha dua edə biləydim”, - deyir.

Sonra onun da qəlbinə nəzər salır, bütün dua və ağlamasının fani dünyalıq üçün olduğunu görür. Bu zaman həssas qəlbi hüznə qərq olur.

Bu qissədən başa düşürük ki, mühüm olan dünyəvi işlərlə məşğul olarkən Allahı unutmamaq, qulluq vəzifəsinə səhlənkarlıq göstərməməkdir. Allah-Təala bu cür bəndələrini ayeyi-kərimədə belə mədh edir:

“O kəslər ki, nə ticarət, nə də alış-veriş onları Allahı anmaqdan, namaz qılmaqdan və zəkat verməkdən yayındırar. Onlar qəlblərin və gözlərin çevriləcəyi (iztirab çəkəcəyi) bir gündən qorxarlar”. (ən-Nur, 37)

Həmçinin Rəbbimiz belə buyurur:

“Allahın sənə verdikləri ilə (Allah yolunda infaq edərək) axirət yurdunu istə! Dünyadakı nəsibini də unutma!..” (əl-Qasas, 77)

Deməli, bu məsələdə yanlış olan insanın dünyadakı qismətinin ardınca getməsi deyil, qulluq vəzifəsini arxa plana atacaq dərəcədə qəlbini ona verməsi, ehtirasa qapılaraq haramlara bulaşması, israf və xəsislik edib dünyaya əsir olmasıdır.

Hüdayi həzrətləri buyurur:

Dərdmənd insan, gör nedər;

Muttasıl dünya cəm edər,

Axır bunda qoyub gedər,

Nic olur bizim halımız?

“Qəlbi dünya dərdi ilə dolu olan insana bax gör zamanını nə ilə ziyan edir? Durmadan dünya varını yığmaqla məşğuldur. Lakin son nəfəsdə onları burda qoyub gedir. Bizim halımız necə olacaq?!”

Dünya bazarının gözləri qamaşdıran, könülləri cəzb edən, uğrunda ömürlərin tükəndiyi fani malları yenə dünyada qalır. Ona görə də dünyanı abad etmək üçün çırpınıb axirəti bərbad etmək ən böyük axmaqlıqdır. Dünyalıq uğruna qulluğundan keçərək axirəti təhlükəyə atacaq hal və davranışlara düşmək necə də dəhşətli aldanışdır.

Dünya həyatında Allah rizası yerinə sırf dünyəvi mənfəətlər üçün çalışıb əldən düşən qafillər haqqında Allah-Təala «عَامِلةٌ نَاصِبَةٌ» “Çalışmış, lakin boşuna yorulmuşdur” (əl-Ğaşiyə, 3) buyurur.

Hikmət əhli də belə deyir:

“İnsan öldükdən sonra malı ilə əlaqəli iki müsibətlə qarşılaşar, hansı ki, daha əvvəl belə bir müsibətlə qarşılaşmamışdır:

Birincisi, bütün malının əlindən alınmasıdır. Digəri isə bütün malının əlindən alınmasına rəğmən onu necə qazanıb necə xərclədiyindən hesaba çəkilməsidir”.

Əslində sahibi olmadığımız və bir gün mütləq əlimizdən alınacaq olan dünya nemətləri üçün verəcəyimiz ağır və çətin hesab həmin nemətləri qazanıb istifadə etmək xüsusunda nə qədər həssas və diqqətli davranmalı olduğumuzdan xəbər verir. Ona görə də xüsusilə hərislik və həsəddən uzaq olub qənaət və riza ilə könül zənginliyinin hüzuru içində yaşamalı, kifayət miqdarına qane olmalı, ehtiyacımızdan artığını infaq edərək axirət azuqəsi hazırlamalıyıq.

İmam Şafei g buyurur:

“Ey dünya və dünya zinəti ilə şərəfləndiyini zənn edən insan! Ölüm binaya da gələcək, binanı inşa edənə də… Hər kimin izzəti dünya və onun bər-bəzəyidirsə, bilsin ki, izzəti çox az, zavala məhkum və fanidir… Bil ki, dünyanın xəzinələri qızıldandır. Sən iman, saleh əməl və xeyir-həsənat xəzinələrinə sahib ol!..”

İnsanın əsl sərvətinin Allah rizası üçün infaq edərək axirət sərmayəsinə çevirdiklərindən ibarət olduğunu bu hadisə necə də gözəl ifadə edir:

Hz. Peyğəmbərin ailəsi bir qoyun kəsmişdi. Bir çox adama infaq etdikdən sonra Rəsulullah r qoyundan nə qaldığını soruşdu.

Həzrət Aə anamız:

- Yalnız bir kürək sümüyü qaldı, - cavabını verdikdə Allah Rəsulu r belə buyurdu:

- Daha de ki, kürək sümüyündən başqa hamısı bizim oldu ki! (Tirmizi, Qiyamət, 33)

Dünyanın ən bariz vəsfi vəfasızlıqdır. Verdiklərini mütləq bir gün geri alır. Vəfasını görəcəyimiz və əbədi həyatımızda bizi tərk etməyəcək dünya malı isə indidən infaq edərək axirətə göndərdiklərimizdir. Necə ki, Hz. Peyğəmbər r bu həqiqəti də başqa bir hədisi-şərifində belə ifadə edir:

“Adəm oğlu elə hey “malım, malım” deyir. Ey Adəm oğlu, yeyib tükətdiyin, geyinib köhnəltdiyin və ya savab qazanmaq üçün sədəqə verib bəri başdan göndərdiyindən başqa nə malın var ki?!(Müslim, Zöhd, 3-4)

Yəni əsl sərvətimiz yalnız infaq edə bildiklərimizdir. Allah üçün verə biləcəyimiz hər şey bizimdir. Xalis niyyətlə işlədiyimiz xeyir əməllər bizimdir. Qəlbimizdə sığınacaq verdiyimiz fəqir-füqəra, qərib və kimsəsizlər bizimdir. Bu dünyada yığa biləcəyimiz ən qiymətli xəzinə qazandığımız könüllərdir. Ən dəyərli sərvət də sevindirdiyimiz hüznlü qəlblərdən ərşi-əlaya çıxan gözəl dualardır. Çünki, inşallah, onların sayəsində Allahın rizasını qazanacaq, əbədi səadət və əmin-amanlığa qovuşacağıq.

Peyğəmbərlər, əshabi-kiram və Haqq dostları daima bu şüur və idrak ilə ömür sürdülər.

Səhabeyi-kiramdan Səvban t belə nəql edir:

…Qızıl və gümüş yığıb onu Allah yolunda xərcləməyən kimsələri acı bir əzabla müjdələ!” (ət-Tövbə, 34) ayəsi nazil olduğu zaman biz Peyğəmbərimiz r ilə birlikdə səfərdə idik. Bəzi səhabələr:

“Qızıl və gümüş haqqında nə nazil olacaqdısa oldu. (Artıq bir daha onları yığa bilmərik.) Kaş nəyin daha xeyirli olduğunu bilib bir az ondan yığaydıq”, - dedilər.

Bunu eşidən Rəsulullah r belə cavab verdi:

“İnsanın sahib olduğu şeylərin ən fəzilətlisi zikr edən dil, şükür edən qəlb və ərinin imanına dayaq olan əməlisaleh xanımdır”. (Tirmizi, Təfsir, 9/9)

Yəni bu dünyada qazanıb yığmağa layiq olan şeylər son nəfəsi, qəbri və axirəti gözəlləşdirəcək olan mənəvi xəzinələrdir.

Ariflərdən birinin bu xəbərdarlığı necə də ibrətlidir:

“Çox qəribədir! Məzardakıların peşman olduqları üçün dünyadakılar bir-birini yeyir!..”

Həqiqətən də, qəbir əhli dünyada hərislik edib ardınca qaçaraq ömürlərini hədər etdikləri şeylərin nə qədər boş həvəsdən ibarət olduğunu yəqinliklə dərk ediblər. Lakin nə fayda?! Artıq iş işdən keçib, hər şey başa çatıb…

Hüdayi həzrətləri buyurur:

Bulsan dünyanı udarsan,

Min illik tədbir edərsən,

Axır xod qoyub gedərsən,

Gəl Allaha, gəl Allaha!..

Nəfsin mayasında faniliyə üsyan var. Ölüm və sonluğu heç vaxt istəməz. Əbədilik həsrəti ilə yaşayar. Buna baxmayaraq ehtiras təhrikləri ilə sanki ruhları iflic olan xam, nadan və qafil insanlar əbədiliyi fani dünyada axtararlar. Sanki cənnəti dünyada yaşamaq istəyərlər, səadəti səfalət bazarından almağa çalışarlar. Halbuki kəlami-kibarda necə də gözəl buyurulur:

“Dünyadan əbədilik istəmə! Özündə yoxdur ki, sənə də versin!”

Yəni fani dünyada əbədilik axtarmaq və ya məsud günlərin başa çatmayacağını və nemətlərin heç vaxt əldən çıxmayacağını zənn etmək səhradakı ilğıma aldanmaq kimi boş xəyal və bihudə ümiddən başqa bir şey deyil.

Bunun üçün Mövlana həzrətləri belə xəbərdarlıq edir:

“Dünya həyatı yuxudan ibarətdir. Dünyada sərvət sahibi olmaqsa yuxuda dəfinə tapmağa bənzəyir. Dünya malı müəyyən zaman ərzində nəsildən-nəslə ötürülərək yenə dünyada qalar.

Ölüm mələyi qafil zənginin canını almaqla onu qəflət yuxusundan oyandırar. O da  əsl maliki olmadığı bir mal üçün dünyada çəkdiyi əziyyətlərə görə peşmanlıq çəkər”.

Qısacası, ömrünün bir gün başa çatacağı şüur və idrakı ilə yaşayan kəs fani dünya ləzzətlərinə, bu həyatda yolçu olduğunu bilən də dünya müsafirxanasındakı oyuncaqlara aldanmaz! Çünki əşya dünyaya aiddir və onun ayrılmaz bir parçasıdır.

Bir adam bütün fani nemətlərə sahib olsa, həmin adam hüzur və səadət içində min il yaşasa, nə fayda!.. Sonda əliboş halda girəcəyi yer qara torpağın bağrında açılmış bir çuxurdan ibarətdir.

Əshabi-kiramdan Əbu Zərr t-ın etdiyi bu xəbərdarlıq da nə qədər ibrətlidir:

“Malın üç şəriki var:

Birincisi, mal sahibi, yəni sənsən.

İkincisi, qədərindir. O, xeyir, yoxsa fəlakət və ölüm kimi şər gətirəcəyini səndən soruşmaz.

Üçüncüsü isə varisdir. O da bir an əvvəl başını yerə qoymağını (yəni ölümünü) gözləyər. Sən öldükdən sonra malına sahib çıxar, sənsə cəzasını çəkərsən. Əgər gücün çatırsa, bu üç şərikin ən acizi olma!

Allah-Təala:

“Sevdiyiniz şeylərdən (Allah yolunda) infaq etməyincə birrə (iman, ibadət, əxlaq və fəzilətdə xeyrin kamalına) çatmazsınız…”[1] buyurur.

Mənim ən sevdiyim malım bu dəvəmdir, (axirətdə qarşıma çıxması üçün) onu özümdən əvvəl göndərirəm (yəni sədəqə verirəm)”. (Əbu Nuaym, Hilyə, I, 163)

Bizə əmanət edilən can, mal və digər imkanlar əlimizdə əbədi qalmayacaq. Şübhəsiz ki, bir gün anidən hamısına əlvida deyəcəyik və hər şey əslinə qayıdacaq.

Elə isə bizə bir dəfə lütf edilən həyat fürsətində bu ilahi əmanətləri Allahın razı olacağı şəkildə xərcləyib infaq edək ki, həm onların axirətdəki məsuliyyətindən azad olaq, həm də Rəbbimizin müstəsna lütf və ehsanlarından məhrum qalmayaq.

Digər tərəfdən, bir çox insan mal-mülk və sərvətin mütləq mənada xeyirli olduğunu, xoşbəxtlik, sevinc, səadət və firavanlıq gətirəcəyini güman edir. Bu səbəblə onu əldə etmək üçün hərisliklə əlləşib vuruşur. Halbuki malın səadət, yoxsa fəlakət gətirəcəyi məchuldur. Sələf alimlərindən Əbu Hazim g belə buyurmuşdur:

“İnsanı Allaha yaxınlaşdırmayan (əksinə, Ondan uzaqlaşdıran) hər nemət baş bəlasıdır”.

Ona görə də insanın dünya nemətlərinə qarşı ən ağıllı rəftarı ehtiras, həsəd və acgözlüyə qapılmadan, haram və şübhəlilərə meyil etmədən, Allahın razı qalacağı şəkildə çalışıb halalından qazanmaq və Onun rizası istiqamətində də xərcləməkdir.

Şeyx Sədi necə də gözəl deyir:

Ağıllı insanlar mallarını və pullarını o biri dünyaya gedəndə özləri ilə apararlar (Yəni əvvəldən Allah yolunda infaq edərlər). Lakin xəsislər həsrət çəkərək burada qoyub gedərlər”.

Muhamməd Əsəd Ərbili həzrətlərinin bu ifadələri də çox mənalıdır:

“Kirayəçilərin bir evdən digərinə köçərkən bütün əşyalarını özləri ilə aparması və sevdikləri malları əvvəlki evdə qoymaması hamıya məlumdur. Belə olduğu halda insanların hər şeyə möhtac olduqları qəbir evinə gedərkən sevdikləri əşyalarından az da olsa özləri ilə aparmamaları (yəni infaq edib özlərindən əvvəl axirətə göndərməmələri) adamı heyrətə salır”. (Məktubat, s. 16, № 5)

Allah-Təala da bu məsələdə qəflətdən uzaq olmamız üçün ayeyi-kərimələrdə belə buyurur:

“Sizdən birinizin ölümü gəlib çatmazdan əvvəl sizə verdiyimiz ruzidən infaq edin ki, sonra o: “Ey Rəbbim! Kaş yaxın bir vaxta qədər məni (ölümümü) təxirə salaydın. Beləcə, mən də sədəqə verər və salehlərdən olardım!” - deməsin!” (əl-Münafiqun, 10)

“Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün gəlməzdən əvvəl sizə verdiyimiz ruzidən infaq edin!..” (əl-Bəqərə, 254)

Hüdayi həzrətləri buyurur:

Bunda gələn əgər piri-cavandır,

Üryan gəlib yenə üryan gedərlər!

Əgər gəda, əgər şahi-cahandır,

Bunda üryan gəlib üryan gedərlər!

“Dünyaya gələn qoca-cavan hər kəs, kölə də olsa, dünya padşahı da olsa, çılpaq gəlib çılpaq gedəcək”.

Həyat bazarının ən ali libası olan kəfən bütün fani alış-verişlərin, keçici zövqlərin, tükənməz arzu-istəklərin yox oluş nöqtəsidir. Hər insan qəbrə girərkən özü ilə dünyalıq olaraq yalnız bir kəfən aparır. O da bir müddət sonra cəsədlə birlikdə əslinə dönür, yəni torpaq olur. Geriyə sadəcə iman və əməllər qalır.

Qəbrin cənnət bağçalarından bir bağca, yoxsa -Allah qorusun- cəhənnəm çuxurlarından bir çuxur olacağını da insanın dünya həyatındakı sosial statusu, vəzifəsi, var-dövləti deyil, iman və əməlləri müəyyən edir.

Necə ki, Fəxri-Kainat r belə buyurmuşdur:

“Allah sizin surətlərinizə (zahiri görünüşünüzə) və mallarınıza baxmaz! Lakin sizin (ixlas və təqva baxımından) qəlblərinizə və əməllərinizə baxar”. (Müslim, Birr, 34)

Torpağın altına girəndən sonra kasıba nə olacaqsa, zənginə də eynisi olacaq. Orada hər kəs etdiklərini qarşısında görəcək. Bu dünyadan gedənlər istər kölə, istər padşah, istər müdir, istər məmur olsun, oradakı bütün sərmayələri yalnız iman və saleh əməlləridir.

Elə isə düşünək:

- Əbədiyyət səfəri üçün heybəmizdə nələr var?

- Hansı fədakarlıqları yığdıq?

- “Ya Rəbb! Sirat körpüsündə məni cəhənnəm odundan qoru, mən sənin rizan üçün bu əməlləri işlədim” deyə biləcəyimiz nə qədər tədarükümüz var?

Yoxsa -Allah qorusun- özümüzlə ora qəflət, günah və üsyan aparırıq?..

Haqq-Təala hər birimizi dünya və nəfs parıltılarına aldanaraq əsas həyat olan axirəti unutmaq qəflətindən mühafizə etsin.

Amin!..

[1] Ali-İmran, 92.

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz