GƏLİŞİN BAHARDIR KÖNLÜMÜZƏ…

GƏLİŞİN BAHARDIR KÖNLÜMÜZƏ…

Möhtərəm ustadımız Osman Nuri Topbaşın
Azərbaycana gəlişinin 30-cu ildönümü münasibətilə…

Gəlişi böyük sevincdi… Çiçəklərin açdığı, kəpənəklərin uçuşduğu, quşların cəh-cəh vurub xoş nəğmələrlə təbiəti canlandırdığı bu bahar mövsümündə qəlblərimizə bir bahar mehi əsdi.

Gəlişi gözümüzə nur, könlümüzə fərəh gətirdi. Ruhumuz həyəcanlandı, torpaq cana gəldi.

Gül fəsli idi. Könül bağçamız onun gəlişi ilə abi-həyata qovuşdu. Torpağımıza, budağımıza, yarpağımıza can gəldi. Gül mövsümü idi… Onun gəlişi ilə üzümüzə, gözümüzə gül gəldi, gülüş gəldi, təbəssüm gəldi.

O, könül coğrafiyamızın fədakar, çiləkeş, mətin, səbirli və comərd “Bağbanı” oldu.

İllər əvvəl böyük eşqlə yollara düşmüşdü. Yola çıxanda mövsüm qış idi. Hava soyuq, yollar bağlı idi. Həyat sanki donmuş, torpaq daşlaşmış, quşlar köçmüş, zaman da donmuşdu.

Bütün məhrumiyyətlərə baxmayaraq Bağban eşqlə yola çıxdı. Gələn dəvətə xeyr demək olmazdı. Qardaşlığın məsuliyyəti və gül bağçasının həsrəti soyuq qış günündə qarlı Qafqaz dağlarının buz bağlamış yollarında hərarətli bir eşq yolçuluğuna çıxartdı.

Bağban illər uzunu zəhmət çəkdi. Qəlbindən üfürdüyü nəfəslə qarlı dağların buzunu əritdi. Yetmiş il imansızlıq ideologiyasının səbəb olduğu buzlar əriməyə başladı. Qarlar əridi, torpaq hiss olunmağa başladı, torpağa can gəldi.

Fədakarlıqla və böyük səbirlə, eşqlə atılan toxumlar tumurcuq açdı. Fidan oldu, gül oldu, könül bağçamız gülşənə döndü. Evimiz şənləndi.

İllər uzunu irfan, iman və inanc gözəlliyini, Allah və Peyğəmbər eşqini qəlbində qoruyub saxlayan, bütün bu gözəllikləri sinəsində daşıyan bu bərəkətli torpaq artıq gül bağçasına döndü.

Artıq könül bağçamızda çiçəklər açır, kəpənəklər uçuşur, bülbül nəğmələri, quş cəh-cəhləri ruhumuzu oxşayır.

Bu gül bağçası Allahın lütfü, Bağbanın eşq və səbirlə verdiyi əməyin nəticəsidir. Gül yetişdirərkən bir dəfə də olsun əlinə batan tikanlara üz turşutmadı. Qaşqabaq tökmədi. Bu gül bağçası onun gül çöhrəsindən qidalandı. Quran, Sünnə, əhli-beyt və irfan əhlinin müstəsna həyatından süzülən fəzilətlər mədəniyyətindən bəslənən sağlam inanc əqidəsi bir günəş olub bu bağçaya nur saçdı. O, keçdiyi vadilərə həyat verən bir könül çayı oldu…

Bağban qışımızı bahara, quraq könlümüzü gül bağçasına çevirdi.

İllər sonra gül bağçasında Bağbana “Nə yaxşı ki, sən gəldin. Gəlməsəydin halımız necə olardı?” deyənlərə:

“Biz olmasaq, Allah başqasını göndərərdi. Bütün bu xidmətlər bizə də Allahın lütf və ikramıdır. Nə qədər şükür etsək, azdır”, - deyərək müstəsna təvazökarlıq və heçliyin sirli nümunəsi oldu…

Ey Bağban, bu bağ, qızılgüllər, sünbüllər, bənövşələr və lalələr sənə minnətdardır.

Ey Bağban, bu kəpənəklər, pərvanələr, eşq bülbülləri sənə minnətdardır.

Ey Bağban, gül bağçanda könül torpağına qönçə gül yarpağından damlayan bir şəbnəm qədər yerimiz olsa, nə böyük səadət olar…

Yaxşı ki, gəldin.

Yaxşı ki, varsan.

Yaxşı ki, sevdin.

Yaxşı ki, qaldın.

Yaxşı ki, hər zaman yanımızdasan.

Yaxşı ki, hər zaman yanındayıq.

Yaxşı ki, duandayıq...

 

 

 

İYİ Kİ GELDİN

Yüreğimin zarif acısı.

Şimdi bu şehir adının incesiyle gülümsüyor kuşlara

Basıp geçtiğin yollar, dokunduğun duvarlar…

Her yer şarkı söylüyor.

 Kimyası değişiyor gökteki yıldızların...

Parlıyor aklımdaki kuyruklu uçurtmalar.

Şimdi her evin gölgesinde bir avuç su kalbim.

Yüzünü yıkıyor geçip gitmiş babalar.

Ağzını uzatıp yudumluyor, terlemiş şen çocuklar.

İyi ki geldin bak!

Şimdi bu şehir çocuk.

Bu şehir baba,

Bu şehir aşk...

(C.Zarifoğlu)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz