Ümummilli Lider HEYDƏR ƏLİYEVİN Ölümündən Bir İl Keçdi...
Ümummilli lider Heydər Əliyevin ölümündən artiq bir il keçdi. Bu dahi şəxsiyyət Azərbaycan xalqının yaddaşinda əbədi yaşar izlər qoyub getdi.
Heydər Əliyevin Azərbaycanın müstəqilliyindən sonrakı dövründə 1991-2003-cü illərdəki fəaliyyətinin Azərbaycan tarixində xüsusi yeri vardır.
Məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda siyasi stabillik yarandı. Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alındı. Onun hakimiyyəti dövründə Azərbaycan Respublikasi bir çox dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanındı. Bir çox dünya dövlətlərinin bu gün də üzv olmağa çalışdığı və ya üzv ola bilmədiyi Avropa şurasına Azərbaycan Respublikası Heydər Əliyevin hakimiyyəti dövründə qəbul olundu. Mərhum Prezident Heydər Əliyev haqqında bir çox dövlət başçılarının söylədikləri ifadələrdən bir neçəsində:
Türkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Necdət Sezər:
Zati-alilərinizin liderliyi ilə Azərbaycan Respublikasının atdığı addımları Türkiyə rəğbətlə izləyir. Azərbaycan xalqının səadəti həm də türk xalqının səadətidir. Turkiyə həmişə, kədərdə də, sevincdə də dost və qardaş Azərbaycanın yanındadır.
Bill KLİNTON, ABŞ-ın kecmiş Prezidenti
Demokratiya və bazar iqtisadiyyatı yolu ilə gedən müstəqil dövlət kimi Azərbaycanın son illər möhkəmlənməsində, iqtisadi islahatların aparılmasında və bu işdə böyük uğurlar əldə edilməsində Prezident Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirirəm... Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqillik yolunda qarşılaşdığı çətinliklərin dəf edilməsində böyük müvəffəqiyyətə nail olmuşdur. Birləşmiş Ştatlarda bu müvəffəqiyyətin davam etdirilməsini arzulayırlar.
Jak ŞIRAK, Fransa Prezidenti
Yaroslav Mudrı ordenində belə bir yazı var: "Müdriklik, şərəf-şöhrət". Belə sözləri tam mənası ilə Heydər Əliyevə aid etmək olar. Dövlət başçısı kimi Siz ölkənin inkişafının siyasi və iqtisadi məsələlərində müdriklik göstərirsiniz. Siz Cənubi Qafqaz regionunda, Avropa qitəsində və dünyada layiqli yer tutan Azərbaycanın şöhrətini öz fəaliyyətinizlə artırırsınız.
Süleyman DƏMIRƏL, Türkiyənin kecmiş Prezidenti
Hörmətli Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur. 1918-1920-ci illərdə olduğu kimi, Azərbaycan dövlətinin bayrağı yenə yüksəlmişdir və bir daha enməyəcəkdir. Bu bayrağın enməməsi üçün keçən 10 ildə bütün səylər göstərilmişdir. Heydər Əliyev Azərbaycan dövlətini sadəcə tanıtmaqla kifayətlənməmiş, onunla dost olmağa çalışmışdır. Azərbaycan xalqının sərvətlərinin ortaya çıxarılması və bunların xalqın zənginliyinə xidmət etməsi həmin on ildə görülən işlərdəndir.
Həmçinin Heydər Əliyev haqqında bir çox mətbu orqanlarda dərc olunan yazılardan "Şərq" qəzetində onun ildönümünə həsr olunmuş məqalədə millət vəkillərinin onun haqqında söylədikləri fikirlər çox diqqət cəlbedici idi. Həmin məqalədən bəzi məqamları bir daha təkrar vermək yerinə düşərdi.
Millət vəkili Zakir Qaralov:
"Heydər Əliyevi dahi şəxsiyyət, görkəmli dövlət qurucusu və idarəedicisi, sağlam və yardıcı fikir sahibi kimi səciyyə etdi."
Millət vəkili Xanhüseyin Kazımlı:
"Onun əsas arzusu Azərbaycanı qüdrətli dövlətə çevirmək idi ki, buna da nail oldu."
Millət vəkili Şahlar Əsgərov: "Tarixi şəxsiyyətlərə bu titulu tarix verir. Heydər Əliyevin böyüklüyü onda idi ki, o bu titulu tarixdən yox, öz dövründzən aldı."
Millət vəkili Mais Səfərli:
"Milli liderimiz Heydər Əliyev NATO standartlarına uyğun bir ordu yaratdı. Heydər Əliyev dünya azərbaycanlıları problemini ilk dəfə dövlət siyasəti səviyyəsinə qaldırdı."
Millət vəkili Əliməmməd Nuriyev:
"Böyük işləri böyök şəxsiyyətlər görür" - deyən Nuriyev "Əgər ötən əsrin əvvəllərində Məhəmməd Əmin Rəsulzadə öz silahdaşları ilə birgə Azərbaycan Cumhuriyyətini yaratdisa, 90-cı illərin əvvəllərində Əbülfəz Elçibəy öz silahdaşları ilə birgə Cumhuriyyəti bərpa etdisə, bu Cumhuriyyətin möhkəmlənməsi, müstəqilliyimizin dönməzliyi məhz Heydər Əliyev şəxsiyyəti ilə bağlıdır."
Millət vəkili Səməd Seyidov :
"O Azərbaycanı bütün dünyaya tanıtdırdı. Bütün dövlətləri Azərbaycana hörmətlə yanaşmağa məcbur etdi. Indi biz fəxrlə deyirik ki, "biz azərbaycanlıyıq".
Allah Heydər Əlirza oğlu Əliyevə rəhmət etsin. Amin!
ŞƏRHLƏR