Bayram Sevinci
Bayramdan bir gün əvvəl (ərəfə günü) ikindi namazından sonra hamı birlikdə kənd qəbirastanlığına gedirlər, orada yasin oxuyurlar (dua edənin duasına hamı "amin" deyər), sonra yaxınlarının qəbri başında məzar daşları ilə dostluq qurarlar.
Qəbirastanlıqlar o zamanlar qorxulu bir yer idi. Belə bir inanç vardı ki, xoca məktəbində ölülər ölməzdi. Torpağın qoynunda yuxuya gedərlərdi. Məzara gəlib-gedənləri görərdilər. Axan göz yaşları və buğulu yasinlər və fatihələr ruhani bir ab-havanın mənzərələridir. Məzarın önündə oturmuş insanlar əllərində çöp, dodaqlarında hədiyyə, könüllərində o an. Unudulmayan o anlar... düşünürlər və düşündürürlər.
Bir qurban bayramı ərəfəsində nənəmin qəbri başında dua edərkən.... nənəmin qoynundan çıxarıb mənə verdiyi o portağalı və xüsusilə ətrini unuda bilimirəm . Məhz o an...
Həyat mübarizəsində qurban gedənlər qurban bayramı günlərində unudulmaz.
Ölənlərini öldürməyən bu dinin yoluna qurban olam.
Bayram paltarlarım... Bayram sabahına uzanan gecə nə qədər uzun olardı. Paltarlarım , ayaqqabılarım və qaranlıq gecəni aydınlatan ulduz.
Ay işığında rəngini tapan, işığa rəngini verən paltarlarım. Sabah bayram namazına atamla bərabər gedərkən mənə necə gözəl yaraşdığını fikirləşərək qucağımda yatdığım paltarlarım, ayaqqabılarım.
Bayramında uşaqların sevdiyi bu dinin paltarı olam.
Bütün kişilər bayram namazına gedərlər....
Yaşlıların boyunlarını büküb ilk sıralarda oturması, uşaqların arxa sıralarda astadan gülüşləri. Imamın vaazı.... İbrahimin İsmaili kəsmək üçün yatırdığı o anda, gözlərimi yumardım. Sanki İsmail mən idim. Atamın bu sözü "oğlum Allah İbrahimə qoç göndərməsəydi insanlar qurban ediləcəkdi. Mən də səni qurban edəcəkdim." Qocaların narin ağlamaları, bıçağın parıltısıyla görüşür. Kəndin ağsaqqalı, İlyas xocanın təkbirləri arasında gözlərim açılır. Tavanlı məscid yox olmuşdu. Tavansız məscidin lap ortasında qoçun gözləri ilə göz-gözə gəlirik. Xocanın səsilə oyanıram. ismail ən qiymətli şeyimizdir. "Qoç İsmaili fəda edə bilənlərə verilir."
Məscitlərində İsmail kimi gülən, İbrahim kimi qazanan bu dinin qoçu olum.
Bayram namazından sonra kəndin mərkəz meydanında yeməklər gətirilir. Hamı birlikdə yemək yeyir. Sonra hamı bir-birinin bayramını təbrik edir. Kəndçinin gözlədiyi an gəlmişdir. Kəndin dükkançısı bayram şəkəri tökür camaatın üstünə. Gənci, qocası, hamı uşaqlar kimi cumur şəkərin ustünə. Məqsəd şəkər yemək deyildir, bayramda iştirak etməkdir. Ağsaqqallıların yerdə şəkər toplaması, üzləri həmişə gülməyə layiq olan kənd uşaqlarının ağzında, ciblərində, əllərində şəkərlə oraya-buraya qaçmaları, atılıb-düşmələri xoşdur.
Şəkərlə şənlənən bu dinin bayramlarında, uşaq olmağım mümkün deyil, amma uşaq kimi olam.
Sonra imkanı olanlar qurban kəsməyə gedər, imkanı olmayanlar evlərində qurbanın ab-havasını yaşayarlar.
Bütün həyatım boyunca qurban kəsiləcək qoçlara yazığım gəldi. Ibadətin yerinə yetirilməsinə vəsilə olan bir varlıq olaraq gördüm onları. Günlərcə əvvəldən baxmaq üçün alınmış qoçu oxşayaraq gətirirlər. Qoçun gözlərini bağlamazdan əvvəl qoça, duz və su verərlərdi. Təkbirlərlə qurbanı kəsərdik. Qurbanın böyrəklərindən biri mənim olardı. Böyrək nə vaxt ortaya çıxacaq deyə qurbanın başında gözləyərdim.
Qurbanla gələn böyrək sevinci uşaqlığıma sevinc qatardı. Böyrək tavada deyil, közün üstündə pişərdi. Onun közləri də ayrı bir ləzzət verərdi. Qurban ətinin dadına hamıdan əvvəl mən baxardım. Bunun üçün də ciyər qovurmasından yeyə bilməzdim...
Qurban kəsməyən qonşularımızı da unutmazdıq. Qurbanın bərəkəti günlərlə evimizdən ayrılmazdı. Evimizə gələnlər, gedənlər, qaynayan qazanlar...
Bu din üçün qurban olan qoçlara çoban olum.
Bu xatirələrin hamısını fikirləşdiyim vaxt qurbanın əti üçün kəsildiyi ağlıma heç yatmır. O mənəvi feyzləri maddi qanla və ətlə necə birləşdirəbilirik?
Bir uşaq qurban bayramında böyrəyin dadından daha çox ləzzət alır.
Ölənlərini öldürməyən bu dinin yoluna qurban olam
Bayramında uşaqların sevdiyi bu dinin paltarı
Məscitlərində İsmail kimi gülən, İbrahim kimi qazanan bu dinin qoçu olum.
Şəkərlə şənlənən bu dinin bayramlarında, uşaq olmağım mümkün deyil, amma uşaq kimi olam.
Bu din üçün qurban olan qoçlara çoban olum.
ŞƏRHLƏR