“Bu Şərəf Gəncliyimizə Aid...”

“Bu Şərəf Gəncliyimizə Aid...”

“Bir ağac əkim, barı mənə qismət olmasa da, qoy nəvələrimə qismət olsun" deyərlər. Məhz belə bir düşüncənin məhsulu olan "İslam Konfransı Gənclər Forumu" 2004-cü ilin 1-3 dekabr tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində, möhtəşəm "Gülüstan" sarayında keçirildi. 

Toplantıda 38 ölkədən gələn 70 nümayəndə və 300 nəfərə yaxın qonaq iştirak edirdi. Nəhayət, Təsisçilər Məclisinin iclası ilə belə bir Forum ərsəyə gəldi. İlkin olaraq İKT üzvü olan 38 ölkə və 7 bey-nəlxalq gənclər təşkilatının iştirak etdiyi bu Forum, gələcək illərdə ölkələr nəzdində sayısı İKT üzvü olan 57 ölkədən çox olmayacaq, beynəlxalq qeyri-hökumət təşkilatları çərçivəsində isə bu sayını, üzv ölkələrin 1/3 olan 19-a çatdırmaq niyyətindədir. Eyni məramlı beynəlxalq təşkilatlar və İslam dünyasındakı imkansızlıqlar  nəzərə alınarsa, ilk toplantıda iştirak edənlərin çoxluğu diqqəti cəlb edir.

Yaxşı, İKT Gənclər Forumu nədir? Məqsədi nədir? Və bu günə necə gəlmişdir?

İKT Gənclər Forumu, Beynəlxalq QHT olan Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası (EIDA) və 55 üzvü olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) tərəfindən hazırlanmış bir proyektdir. Hər iki təşkilat da Avropa və dünyadakı bir çox beynəlxalq qurumların, o cümlədən Avropa Gənclər Forumunun üzvü və BMT İqtisadi və Sosial Komitəsin-də məşvərətçi statusa malikdir. Əsas məqsəd, İKT üzvü olan ölkələrin gənclər təşkilatlarını bir yerə toplayan bir mərkəz meydana gətirmək və necə ki Avropa Birliyi nəzdində bir "gənclik forumu" və ya "BMT qeyri-hökumət forumları" mövcud isə İKT-də də buna bənzər bir forum yaratmaq.

Belə olan halda hər bir ölkənin gəncləri həm problemlərini bütün İslam ölkələri nəzdində qaldıra biləcək, həm öz mədəniyyətini təmsil etmək imkanı əldə edəcək, həm də İKT gənclərini digər dünya gəncləri sırasında təmsil etmə şansı olan bir qurum olacaqdır.

Bundan başqa imkanlarını səfərbər edərək bir çox mövzularda böyüklərə də təsir edə bilcək mexa-nizmləri həyata keçirə biləcəkdir. Avropa ölkələrində beynəlxalq sə-viyyədə  olan təşkilatların yanında "Gənc Xristianlar Dərnəyi", hətta "Gənc Katoliklər Dərnəyi" kimi spesifik xüsusiyyətə malik qurumlar olduğu halda İslam ölkələrində belə qurumlardan bir dənə də olmaması böyük çatışmazlıqdır.

Bütün bu çatışmazlıqları hiss edən EIDA və NAYORA 2002-ci ildən başlayaraq İKGF-nu qurmaq üçün çalışdılar.

Xüsusilə, əgər belə bir  qurum  yaradılacaqsa, qanuni tərəfdən problemin aradan qaldırılması və məsuliyyətli bir təşəbbüskarlığın meydana gəlməsi üçün İKT nəzdində və ya ən azından onun xeyir-duası ilə keçirilməsinin münasib olacağına qərar verilir.

İKT, ölkələrin sayına görə BMT-dən sonra dünyada ən çox üzvü olan və son vaxtlar Rusiyanın belə üzv olmaq üçün çox çabaladığı, bundan ötrü də adından və əhəmiyyətindən çox bəhs edilən bir qurum. İki illik macəradan sonra 2004-cü ilin 14-16 iyun tarixiləri arasında, İstanbulda 31-cisi keçirilən, İKT Xarici İşlər Nazirlərinin görüşündə, daha sonradan Forum olması planlaşdırılan "İslam  Konfransı Gənclər Təşəbbüsü" adlı proyekt, toplantıda iştirak edən ölkələr tərəfindən yekdilliklə qəbul edilir.

Burada, İKT üzvü olan ölkələrin gənclər təşkilatlarının iştirak edəcəyi birinci toplantı (və forumun) 2004-cü il 24-26 noyabr tarixləri arasında, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilməsinə qərar verilir. Toplantı bir həftə təxirə salınaraq 2004-cü il 1-3 de-kabr tarixləri arasında həyata keçirilir.

Və nəticə:

İki qardaş ölkənin; Azərbaycan və Türkiyənin əl-ələ verərək həyata keçirdiyi bu ilk və tarixi toplantı 38 İKT üzvü olan ölkədən iki nümayəndə, 7 beynəlxalq təşkilat və 300 nəfərdən çox qonaq iştirak etdi.

Konfransın açılışı, Azərbaycanın yetirşdirdiyi ilk hafizlərdən Laçının oxuduğu uca Allah kəlamından sonra, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin duası və Azərbaycan Gənclər, İdman və Turizm naziri Əbülfəz Qarayevin, bu təşəbbüsü təqdir etdiyi çıxışla başladı.

Azərbaycan Xarici İşlər nazirinin müavini Vaqif Sadıqov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev, Küveyt Vəqflər naziri Adil əl-Fəllah, İslam Bankı sədrinin zqonaqların ürək sözlərindən sonra, Türkiyə Cumhuriyyəti Xarici İşlər naziri Abdullah Gül və İKT Baş katibi Dr. Əkmələttin İhsanoğlunun təbrik teleqramları oxundu. Sonrakı iki gündə Forumun quruluş bəyannaməsi və nizamnaməsi səsə qoyuldu və qəbul edildi.

İkinci gün keçirilən seçkilərdə, sədrliyə Türkiyə vətəndaşı Əli Sarıqaya, Baş Katibliyə Azərbaycan vətəndaşı Elşad Isgəndərov seçildi. Forumun idarə heyətinə isə Küveyt, Səudiyyə Ərəbistanı, İran, Əlcəzair, Pakistan, Sudan nümayəndələri ilə beynəlxalq təşkilatları təmsilən EIDA-nın prezidenti Nedim Kaya seçildilər. Forumun mərkəzi ofisinin 3 ay sonra keçiriləcək iclasda ölkələrdən ediləcək təkliflərə görə müəyyən edilməsi və Baş Assembleya toplantılarının ildə bir dəfə keçirilməsi  qərara alınmışdır.

Forumun axırıncı günündə Avropa Şurası Gənclik və İdman Departamentinin direktoru Ralf-Rene Weingartner Forumu təbrik etmək məqsədi ilə Azərbaycana gəlmişdir. O, Avropa Birliyi ilə ortaq proyektlərin həyata keçirilməsinin əhəmiyyətindən danışmış, xüsusilə İslamofobi və bu kimi düşüncələrin gənclər üzərindəki təsirinin  azal-dılması üçün əməkdaşlıq imkanlarının artırılmasının lüzumunu qeyd etdi.

Bu təşəbbüsə 57 ölkədən bir çoxunda əlaqə qurmaq üçün hər hansı oxşar bir təşkilat tapmayan gənclər, ayrılığın üzüntüsünə baxmayaraq, olduqca qiymətli bir addım atmağın sevinci ilə ölkələrinə döndülər. Özlərilə birlikdə təzə-təzə alovlanmağa başlayan dostluqlar və xatirələr apardılar.

Belə möhtəşəm və vacib bir proyekti həyata keçirmə işini Türk dünyası gənclərinin bacarması hər halda təsadüf deyildir. Proyektin sponsorlarının başında TİKA-nın olması da bunun ən bariz nümunəsidir. Bundan sonra görüləcək iş Forumun İKT gənclərinin təhlükəsizliyi və dünya sülhünə xidmət etməsi üçün lazım olan addımların atılmasıdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz