İslam dünyası Bakıda...
"Gülüstan" sarayında İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun Baş Assambleyası öz işinə başladı. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) təşəbbüsü ilə keçirilən tədbir dekabrın 3-ünə qədər davam etdi.
Tədbirdə, Azərbaycandan üç rəsmi nümayəndə və xeyli sayıda yerli ve xarici jurnalist iştirak edirdi. Qafkaz müsəlmanları idarəsinin sədri Hacı Allahşükür Paşazadə, Gənclər, İdman və Turizm naziri Əbulfəz Qarayev və onun muavini İntiqam Babayev, Dini Qurumlarla iş üzrə dövlət Komitəsinin sədri Rafiq Əliyev ilə birliktə xarici təmsilcilər böyük diqqət yetirdilər. Formun açılış mərasimində çıxış edən qonaqlar İslam dünyasında mövcud olan problemleri dile getirərək gənclərin təsis ettikləri bu təşkilatın əhəmmiyyətini xüsusilə vurğuladılar
Daha sonra İslam İnkişaf Bankının idarə Heyətinin sədri Əhməd Məhəmmədəlinin və İKT-nin baş katibi Əkmələddin İhsanoğlunun təbrik məktubları oxundu.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev qloballaşma zəminində İslam ölkələrinin öz yerlərini tapa bilmədiyini söylədi. O, yeni forumun bir sıra üstünlüklərinin olduğunu xatırlatdı: "Bu forumun geniş intellektual sosial bazası var. Müsəlman gənclərini birləşdirən ideologiya var. İslam ölkələrinin kifayət qədər maliyyə imkanları var və nəhayət, təşkilati məsələlər də bu gün həll olunur." Tədbirin birinci yarısının sonunda təşkilatçılar mətbuat konfransı keçirdilər. ABİA-nın prezidenti Nedim Kaya forumun əsas məqsədinin müsəlman gənclər arasında əlaqələr qurmaq, eyni zamanda İslam dininə qarşı son illərdə edilən təzyiqlərin əsassız olduğunu sübut etmək olduğunu bildirdi. O, bu qurumun təsis edilməsi üçün üç ilə yaxın müddətdə danışıqlar aparıldığını, bu ilin iyun ayında İKT-yə daxil olan dövlətlərin xarici işlər nazirlərinin İstanbul sammitin də buna razılıq verildiyini söylədi.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)-in sədri Fuad Muradov isə forumun təsis konfransına qatılmaq üçün 42 ölkəyə müraciət edildiyini, lakin onlardan 38-nin nümayəndələrinin tədbirdə iştirak etdiklərini bildirdi.
Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə İslam ölkələri gənclərinin birliyə can atmalarını böyük nailiyyət kimi qiymətləndirdi. Onun sözlərinə görə, müasir dövrümüzdə problemlərin pərakəndə şəkildə həll edilməsi, eyni zamanda milli dövlətçiliyin qorunması və milli maraqların təmin edilməsi qeyri-mümkündür.
Gənclər, İdman və Turizm naziri Əbulfəz Qarayev öz çıxışında bunları dedi:
"İslam dini birləşdiricidir. Dağıdıcı deyildir. Biz inanırıq ki buraya toplaşan islam ölkələri təmsilciləri də bu birliyə köməklik göstərəcək islam dünyasındaki problemhəll edilməsi üçün yardım edəcəklər. Buna görə də bu qurumun təsis edilməsi, İslam konfransı gənclərinin birləşməsi və dünya siyasəti baxımından çok əhəmiyətldidir. Ayrıca Azərbaycanın qanayan yarası Qarabağ problemi ilə də əlaqəli əhəmiyyətli hadisələrə imza atacaqlarını ümid edirəm."
Xarici işlər nazirinin müavini Vaqif Sadıqov
"Dünya siyasətində bir çok gənclik təşkilatları vardır. Avropada, Asiyada, Amerikada. Bizdə də eyni şəkildə islam konfransı gənclik təşkilatının gənclər formu dünya siyasətində böyük rol oynaya bilər. Dünyada gedən proseslərə siyasi, sosial, iqtisadi hadisələrdə daha fəal iştirak edə bilər Bu islam ölkələrinin fəaliyyət üçün əhəmiyyətlidir."
Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Turan Moralı da Türkiyə cumhuriyəti xarici işlər naziri Abdullah Gülün məktubunu oxudu və bunları əlavə etdi:
"Bu forumun ilk toplantısının Bakıda keçirilməsinin çox sevindiricidir. Dostluq və əməkdaşlıq çox əhəmiyyətlidir. Tədbirininzin və təşkilatınızın müvəffəq olmasını arzu edirəm. Abdullah Gül
Kuveytin Əvqaf və İslam işləri naziri Adil əl-Fəllah öz çıxışına bir ayə ilə başlayaraq bunları dedi:
"Həqiqətən onlar Rəbblərinə iman etmiş gənclərdir."
Allaha iman ürəklərinizin ən dərin yerində olsun inşallah. Əmanətə sadiq gənclər olmalıyıq. Doğru əməlli möminlər için bu dindən daha gözəl bir din yoxdur.
Gənclik, həyatınızın ən gözəl çağıdır. Bu işinizdən ötrü sizləri təbrik edirəm. İslamın ləkələnmək istənməsi radikallıqdır. Təəssüf ki dünya siyasətində İslama qarşı mənfi siyasət aparılır. Düşmənçilik toxumları atılır. İnşallah bu toxumların aradan qaldırılmasında sizlərin böyük rolu olar."
Daha sonra təmsil olunan ölkələrdən çıxış etmək istəyənlərə söz verildi:
İordaniya təmsilçisi:
İordaniya gənclər təşkilatı ölkəmizin problemlərinin xüsusilə gənclərimizin problemlərinin həll edilməsində əhəmiyyətli rol oynamışdır Mənə görə müsləman gənclər formu islam ölkələrindəki problemlərin həll edilməsi üçün atılan ilk ve çox mühüm bir addımdır. Biz bir-birimizi başa düşməliyik. Əgər problemlərin həllində razılaşsaq həqəqətən çok gözəl müvaffəqiyyətlərimiz olacaqdır. Bizim ölkəmizdə ən əsas problemlər: işsizlik, yoxsulluq və qadın haqlarıdır. Biz bunların həlli üçün tədbirlər görürük.
Qazaxıstan təmsilçisi:
SSR ölkələrində olduğu kimi bizdə də dini cəhətdən təmir edilməsi çətin olan yaralar vurmuş və biz bu yaranı yaxşılaşdırmaq üçün çalışırıq. Mən buradan bütün müsəlmanlara səslənirəm:
Ey müsləmanlar Qazaxıstanda mənəvi işlərdə sizin də bir payınız olsun. 70 il Rus zülmündə dinini, imanını, mənliyini itirən xalqımıza kömək edin. Təşəkkür edirəm.
Əfqanistan təmsilçisi:
Hamınızı Allahın salamı ilə salamladıqdan sonra bunu demək istəyirəm ki,
GYF və NAYORA bu tədbiri keçirməklə tarixə düşəcəklər. Bildiyiniz kimi Əfqanistan illərdir dünyadan ayrı salınmış bir ölkə olmuşdur. Mən Əfqan Gənclər Mərkəzindən buraya gəldim. Biz çalışırıq ki: Əfganistanda islamın demokratik bir din olduğunu gənclərimizə başa salaq. Əfganistanda İslam haqqında yanlış təsəvvürlər vardır. Biz bunu aradan qaldırmaq üçün çalışırıq. Demokratiyanın inkişaf ettiyi islam ölkələri kimi olmaq istəyirik.
ŞƏRHLƏR