Fələstinin Əfsanə Qəhrəmanı: ƏRƏFAT

Fələstinin Əfsanə Qəhrəmanı: ƏRƏFAT

Bütün ömrünü müstəqil Fələstin dövlətinin qurulmasına həsr etdi.Fələstinin dövlət başçısı Yasər Ərəfat, yaşayarkən "əfsanə" olmağı bacarmış məşhur şəxsiyytlərdən biridir. İsrailə görə o bir terrorist, fələstin xalqına görə isə Fələstinin qurucusu, lideri...

Mühasirədə yaşadığı vaxtlarda belə İsrailin Baş naziri Ariel Şaronun "daimi sürgün" təklifinə: "Qərbi Şəriəni tərk etməkdənsə, burada ölmək yaxşıdır" demiş və öz vətəninə, torpağına necə bağlı olduğunu göstərmişdi.

Bütün həyatını müstəqil bir Fələstin dövlətinin qurulması üçün xərclədi. Həm Ərəb ölkələrində, həm beynəlxalq aləmdə özünə yaxşı bir yer tutdu. Xüsusilə işgal altındakı Fələstin torpaqlarında, xalqın gözündə əfsanə bir lider oldu.

1974 ilində Fələstin xalqının təmsilçisi kimi iştirak etdiyi BMT Təhlükəsizlik Şurasında söylədiyi, "bu gün bir əlimdə barış təklifi, bir əlimdə azadlıq cəngavərinin silahı var. Barış təklifinin dalının əlimdən düşməsinə icazə verməyin" sözlərinin üstündən 30 il keçdi, ancaq bölgədə hələ də daimi bir sülh nizama salına bilmədi.

Əsl adı Əbdürrəhman Abdürrauf olan Yasər Ərəfat, ərəb dünyasında "quran" mənasına gələn Əbu Əmmar ləqəbi ilə də tanınır. 24 avqust 1929-cu ildə varlı bir tacir ailəsində dünyaya gəlmişdir.

Anası anti-sionist hərəkatın liderlərindən biri olan Qüdsün başmüftüsü Hacı Əmin əl-Hüseyninin qohumu idi. Yasər 5 yaşında olanda anası vəfat etmişdir. O dörd il Qüdüsdə, dayısının yanında qalmışdır. "Ağlama divarı"-nın yaxınlığında meydana gələn dəhşətli toqquşmaları görərək uşaqlıq illərini yaşamışdır. Orta məktəbi 1948-ci ildə Ərəb-İsrail müharibəsindən sonra köçdükləri Gəzzədə, Qahirə Universitetində isə İnşaat Mühəndisi fakültetini bitirmişdir. Oxuduğu vaxtlar hərbi təlimlər keçmiş və Müsəlman Qardaşlar Təşkilatı ilə əlaqələri olmuşdur. Misir ordusundakı Fələstin briqadasında iştirak etmiş. Eyni illərdə, Fələstin Tələbə Birliyini yaratmışdır.

Ərəfatı Fələstin mübarizəsindən uzaqda saxlamaq istəyən Ərəb Birliyi ölkələri, Fələstin Qurtuluş Təşkilatını qurdular (FQT). əl-Fətih, Fələstin Qurtuluş Təşkilatından fərqli olaraq müstəqil hərəkət edirdi. Heç bir dövlətə bağlı deyildi və Fələstin xalqının azadlığı üçün silahlı çevriliş fikrini dəstəkləyirdilər.

1965-ci ilin əvvəllərində İsralə qarşı hücum planını hazırlayan Ərəfat, işgal altında olan Qərbi Şəriədəki müqaviməti təşkilatlandırmağa çalışdı və İsrailə qarşı gerilla döyüşlərinə rəhbərlik etdi. Bu illərdə meydana gələn Ərəb-İsrail müharibəsində məşhur bir şəxsiyyətə çevrildi.

Ərəfat, Fələsintəki müxtəlif qrupları eyni məqsəd ətrafında birləşdirən Fələstin Qurtuluş Təşkilatını ələ keçirdi və təşkilatın icraiyyə komitəsinin sədri oldu.

1999-cu ildə Əhud Barakın vaxtında İsrail ilə əlaqələr kəskin xarakter aldı.

ABŞ prezidenti rəhbərliyində İsrail və Fələstin hökümətləri 9 gün çəkən Camp David sambitində iştirak etdilər. Amma heç bir nəticə əldə edilmədi. Bu krizis vaxtında, İsraildəki Likud partiyasının lideri Ariel Şaron min nəfər əsgərlə birlikdə Hərəmi-Şərifi (Qüdsü) ziyarət etməsi ilə ikinci müqavimət (intifada) hərəkatı başlandı.

"Anlaşmazlıq müddəti"nin axırında, Qərbi Şəriədə yerləşən Ramallahdakı qərargahında İsralin üç il çəkən mühasirəsi başladı.

Mart ayında İsrail kabineti, Ərəfatı "düşmən" elan etdi. Eyni ilin aprel ayında İsrailin Başnaziri Ariel Şaronun "daimi sürgün" təklifinə: "Qərbi Şəriəni tərk etməkdənsə, burada ölməyi seçərəm." cavabını vermişdi.

Ariel Şaron "qalıcı sürgün" təklifinə: "Qərbi Şəriəni tərk etməkdənsə, burada ölmək yaxşıdır" demiş və öz vətəninə, torpağına necə bağlı olduğunu göstərmişdi.

Oktyabr  ayının 29-unda halı pisləşincə Ramallahdakı qərargahından çıxarılaraq, Parisdəki Percy Hərbi Təlim Xəstəxanasına aparılmışdır. Burada təxminən iki həftə müalicə edilən Fələstin lideri, 11 noyabır səhər vaxtlarında həyata gözlərini əbədi olaraq yummuşdur.

 

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz