SUALLAR VƏ CAVABLAR

SUALLAR VƏ CAVABLAR

Sual: Kimlər qurban kəsməlidir?

Cavab: Yetkin, ağıllı, muqim (yolçu olmayan), maddi imkanı olan şəxslər dinən qurban kəsməklə məsuldurlar. Kasıblara qurban kəsmək vacib deyildir. 

Dolanışıqdan əlavə 80 qr. qızıl və yaxud bu qiymətdə pul ya da ticarət malına sahib olan şəxsə qurban kəsmək vacib olar. Təməl ehtiyac isə ev, əşya, maşın, məslək sahibi olarların ləvazimatları və ehtiyaclarını təmin etməklə məsul olduğu şəxslərin bir illik keçim xərcləridir.

Sual: Toyuq, qaz və digər ev quşlarından qurban olarmı?

Cavab: Qurban; sadəcə qoyun, keçi, dəvə və inək cinsindən olanlardan kəsilməlidir. Camışlar da inək cinsindəndir. Erkək və ya dişi kəsilə bilər.

Ev heyvanı olmayan maral, ceyran və.s. kimi heyvanlar və toyuq, xoruz, qaz və hinduşqa kimi ev heyvanlarından qurban kəsilməz.

Sual: Qurban nə vaxt kəsilməlidir?

Cavab: Qurban bayramının bir, iki və üçüncü günü kəsilir. Birinci gün kəsilməsi daha məqbuldur.

Bayram namazı qılınan yerlərdə, namazdan sonra; qılınmayan yerlərdə isə, baryram namazının vaxtı girdikdən sonra bir müddət gözləyib kəsilir.

Sual: Bir heyvanı nəçə nəfər kəsə bilər?

Cavab: Qoyun və keçini ancaq bir nəfər kəsə bilər. Camış və inəyi isə ən çox yeddi nəfər qurban olaraq kəsə bilər.

Sual: Qurbanın dərisi, baş-ayağı qəssaba verilə bilərmi?

Cavab: Qurbanın dərisi, əti, yağı, baş-ayağı və yununun satılması məkruhdur. Əgər satılarsa, alınan məbləğ sədəqə olaraq verilməlidir. Bunlar qəssaba zəhmət haqqı olaraq da verilə bilməz.

Hz. Əli (r.a) belə demişdir: "Rəsulüllah (s.ə.s) dəvələr qurban kəsilərkən nəzarət etməmi, dərilərini paylaşdırmağımı əmr etdi və onlardan hər hansı bir şeyi qəssaba zəhmət haqqı olaraq verməyi mənə qadağan etdi."

Sual: Adaq qurbanının (nəzir, qurbanının) ətindən nəzir edən yeyə bilərmi?

Cavab: Demə qurbanının ətini deyən şəxs yeyə bilməz. Həyat yoldaşı, anası, atası, babası, nənəsi, uşaq və nəvələri də yeyə bilməz.

Sual: Həcc hansı gün olur? Nə üçün hər il dəyişir?

Cavab: Həcc və digər dini günlərin təyin edilməsində şəmsi-miladi təqvim deyil, qəməri-hicri təqvimdən istifadə edilir. Buna görə həcc qəməri taqvimin axırıncı ayı olan "zilhiccə" ayının 9-cu günü başlayır. Şəmsi təqvim ilə qəməri təqvim arasında isə 10 günlük bir fərq var. Qəməri təqvimə görə il daha qısa olduğu üçün; ramazan, həc və qurban hər il miladi tarixinə görə əvvəlki ildən on gün tez olur.

Sual: Haram yolu ilə əldə edilən pulla həccə getmək olarmı?

Cavab: Haram yol ilə əldə edilən pullar haramdır. Həcc isə fərz olan bir ibadətdir. Həccə gedən hər hansı bir şəxs halal yoldan qazandığı pulla getməlidir.

Hər kim, ömründə bir dəfə bütün şərtlərinə tabe olaraq bir həc ibadətini yerinə yetirərsə, fərz olan borcdan (həc borcundan) azad olar. Ancaq savab əldə edə bilməz. Bu ibadətdən savab qazanılmaq üçün malın halal olması və ixlas (səmimiyyət) lazımdır.

Mömin, Allah rizası üçün çıxdığı həcc səfərində, Onun rizasına zidd olan bir yolla qazandığı pulu xərcləməməlidir.

Sual: Həcc zamanı ticarət etmək olarmı?

Cavab: Bəqərə surəsinin 198-ci ayəsində icazə verildiyi üçün həccdə ticarətlə məşğul olmaq olar. Bu, dini vəzifəyə mane olmayacaq tərzdə hər zaman olar. Ancaq o müqəddəs məkanlara ibadət məqsədilə gedilir. Ticarət üçün gedən şəxs isə savabından məhrum qalar.

Sual: Şirkətlərin verdiyi qida və digər məhsulların hədiyyə kompaniyasından əldə edilən mükafatlar halaldırmı?

Cavab: Bu kompaniyalarda siz verdiyiniz pulun əvəzi bir əşya alırsınız. Yəni, sizin verdiyiniz pul bir ziyan deyil, aldığınız əşyanın qiymətidir. Uduş kompaniyasından çıxan isə o şirkətin sizə bir hədiyyəsidir və halaldır.

Sual: Hədis deyə qeyd edilən hər sözü hədis olaraq qəbul edib əməl edəbilərikmi?

Cavab: Hədis elminə görə Peyğəmbər Əfəndimizin (s.ə.s) hədisləri məqbul (əməl ediləbilən) və mərdud (əməl edilməyən) olmaq üzrə iki hissəyə ayrılır. Məqbul hədis sinfinə "səhih" və "həsən" hədislər, Mərdud hədis sinfinə də "zəif" və "uydurma" hədislər daxildir. Biz bir hədisin məqbul və ya mərdud olduğunu ancaq sənəd və mətni tədqiq etdikdən sonra bilərik. İslam alimləri bu araşdırmalar nəticəsində səhih və uydurma hədisləri ehtiva edən müstəqil kitablar qələmə almışlar.

Alimlərin böyük bir qismi "Kütüb-i Sittə"ni (Buxari və Müslimin Səhihləri, Tirmizi, Əbu Davud, Nəsai, Ibn Macənin Sünənləri) ən səhih hədis kitabları olaraq qəbul etmişlərdir. Əgər hədis bu qaynaqlardan birində yer alırsa, onunla əməl etmək olar. Belə hədislərin qaynağı qeyd edilməzsə onun doğruluğu haqqında məlumatımız olmaz. Buna görə də qaynağı göstərilməyən hədis (əgər hədis tanınmış deyilsə) etibarlı deyildir. Yalnız araşdırma nəticəsində hədisin məqbul və ya mərdud olduğunu deyə bilərik. Qəzet, úurnal və təqvim səhifələrində bu cür hədislərlə qarşılaşmaq mümkündür.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz