Həcc İnsan Ömrünün Zəkatıdır
Möhtərəm müsəlmanlar!İslamın beş təməl əsaslarından biri də həccdir. Həcc, zəngin, ağıllı, azad, sağlam və həddi-büluğa çatmış hər müsəlmana fərzdir. Həcci inkar etmək küfrdür.
Həccin fərz olmasınının səbəbkarı, Məkkə şəhərində yerləşən, müsəlmanların qibləsi olan mübarək Kəbədir. Kəbə Tövhid inancına əsaslanan İslamın yeganə mərkəzidir. Kəbə, Quran diliylə desək, yer üzündə ilk inşa edilən mübarək Allah evidir.
Allah Təala Qurani-Kərimdə belə buyurur:
"Həiqətən insanlar üçün ilk bina olunan ev Məkkədəki evdir ki, o, şübhəsiz bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır. (Ali-Imran, 96)
Orada aydın nişanələr-İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır. (təhlükədən uzaqdır.) Yoluna (ərzaq, minik və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi onun Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə, (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir."(Ali-Imran, 97)
Kəbə, Allahın ilahi əmrinə tabe olaraq, dünyanın hər yerindən gələn dilləri, irqləri, rəngləri ayrı olan yüz minlərlə müsəlmanın, eyni iman, eyni şüur altında ağabbaq ehramlar içərisində Allah nidalarının yüksəldiyi mübarək bir məkandır. Kəbə Hz. Rəsulullahın (səs):
"Allaha and olsun ki (ey Məkkə) sən Allahın ən xeyirli yerisən. (əgər) səndən (zorla) çıxarılmış olmasaydım qətiyyən (bu yerdən) çıxmazdım" buyurduğu bərəkətli bir ərazidir.
Əziz möminlər!
Həcc insan ömrünün zəkatıdır. Malın zəkatı pulla, bədənin zəkatı namaz və orucla verildiyi kimi, ömürün də zəkatı həcc etməklə verilir. Ağabbaq kəfəni xatırladan ehramlara bürünən möminlər, bu ibadət əsnasında dünyanın fani olduğunu, özlərinin isə əbədi bir həyatın yolçuları olduqlarını daha yaxından his edərlər.
Həcc insanın günahlardan təmizlənməsinə ən gözəl bir vasitədir. Həccin şətlərinə riayet edərək yerinə yetirənlərə Allahın Rəsulu (s.ə.s) bu muúdəni vermişdir.
"Kim həcc edər, həcci əsnasında ağızdan pis bir söz çıxarmaz, günaha girməzsə, Həcc ziyarətindən o, anadan yeni doğulmuş körpə kimi günahlardan təmizlənmiş halda qayıdır."
Namaz əsnasında çiyin-çiyinə səf quran möminlər həcdə daha toplu və daha geniş bir şəkildə yan-yana olurlar. Qəlblər eyni duyğu ilə döyünür, dillər eyni şeyləri təkrarlayır.
Müxtəlif rəng və millətlərdən olan möminlər həqiqi qardaşlığın necə olduğunu həcc əsnasında bir daha göstərirlər. Bu baxımdan bir istişarə, fikir alış verişi demək olan həccdə, müsəlmanlar bir-birlərinin dərdlərinə şərik çıxmağa çalışaraq, kədər və sevinclərini birgə yaşayırlar.
Ey əməli saleh olan möminlər!
Üzərinə həcc fərz olan kəslərin işi gecikdirmədən bu fərzi yerinə yetirmələri lazımdır. Həccə getməyə hər cür imkanı olduğu halda həccə getməyənlər haqqında Hz. Peyğambər (səs) belə buyurur:
"(Bir) kimsə özünü beytullaha çatdıracaq ərzaq və yol vasitəsinə malik olduğu halda, həccə getməzsə, onun yəhudi və xristian olaraq ölməsi üçün başqa heç bir səbəbə ehtiyac yoxdur."
Başqa bir Hədisi-Şərifdə isə belə buyurur:
"Kim həcc etmək istəyirsə tələssin. "
ŞƏRHLƏR